Məzmuna keç

Resept:Flia

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Flia səhifəsindən yönləndirilmişdir)

Flia və ya Fli yada Fliya alban və, həmçinin Kosovo[1] mətbəxinin yeməyi. Yemək qatlarda qızardılmış xəmir ilə süd məhsulların paştetə bənzər kombinasiyasından ibarətdir.[2] Adətən naharda salatla və ya turşudulmuş tərəvəzlə yeyilir. Flianı ənənəvi olaraq ölkənin dağlıq rayonlarında bişirilər.

Bişirilməsi

[redaktə]

Flia üçün xəmir un və sudan və ya süddən hazırlanır. İçi qaymaqla doldurulur, lakin bəzən qaymağın digər növlərini və ya qoyun pendiri, xama və qatıq kimi süd məhsulları istifadə olunur, nadir hallarda yumurta da əlavə olunur.[3] Fliya qat qat hazırlanır. Xəmiri yumuru yağlanmış sacın üstünə kiçik şırnaqlarla tökülər. "Xəmirin şüaları" arasında kiçik boş yerlər qalır, onların içi qaşığla doldurulur. Sonra yemək bir neçə dəqiqə ərzində sobada (250 ° C ilə) bişirilir (yuxarı qat qəhvəyi rəng almayana qədər), daha sonra sözügedən prosedur yenidən təkrarlanır. Flianın nəzərdə tutulan yüksəkliyindən asılı olaraq, bu üsul bir neçə dəfə də tətbiq olunur.[4] Xörəyin, həmçinin qarğıdalı unu və ya ispanaqla hazırlanmış növləri var.[2]

Flia ənənəvi olaraq yağla sürtülmüş tabaqla od üzərində bişirilir. Əlavə olaraq tabağın üstünə sac qoyulur, sacın üstünə qaynar kül və kömür parçaları qoyulur ki, yemək təkçə yuxarıdan deyil, həm də aşağıdan qızarır,[5] buna görə də yeməyi elektrik sobada bişirəndə əlavə yuxarı hərarəti qoşmaq lazımdır.

İstinadlar

[redaktə]
  1. Kosovo Guide
  2. 2,0 2,1 Klementina Hysa, R. John Hysa: The Best of Albanian Cooking. Hippocrene Books, New York 1998, ISBN 0-7818-0609-7, S. 122.
  3. Enisa Bajrami Ushqim Tradicional nga Maqedonia ! (alban dili) (5 fevral 2012). Yoxlanılıb 30 aprel 2016.
  4. "Fli me kos" YouTube saytında
  5. Discover Albania (ingilis dili) (PDF). Ministria e Zhvillimit Urban dhe Turizmit (6 iyul 2014). Yoxlanılıb 2 may 2016.