Məzmuna keç

Resept:Giləmeyvəli keks

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Giləmeyvəli keks səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • 2 stəkan əla növ un
  • 2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
  • 1/2 çay qaşığı duz
  • 1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
  • 1 stəkan şəkər tozu
  • 4 yumurta
  • 1 stəkan qatıq (turş olmasın)

Hazırlanma qaydası

[redaktə]

1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın). 2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).

  • Bir qabda un, qabartma tozu və duzu qarışdırın.
  • Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.
  • Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.
  • 21 X 11 santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.
  • Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir.