Kosmetika/Kələm lasyonu
Görünüş
(Kələm lasyonu səhifəsindən yönləndirilmişdir)
Kosmetika/Kələm lasyonu | |
---|---|
Kateqoriya: | Lasyonlar |
Porsiya: | 10 |
vaxt: | 3 dəqiqə |
Hazırlanma mürəkkəbliyi: |
Kələmin tərkibində bir çox mineral duzlar mövcuddur. Kələm ucuz və həmçinin çox effektiv kosmetik preparatdir. Kələm həm ağardıcı, nəmləndirici, həm də, qidalandırıcı effektə malikdir. Bundan əlavə, kələm tərkibli maskalar var ki, onları saçın möhkəmlənməsi üçün və başın dərisinin qabıqlardan azad edilməsi üçün istifadə etmək məsləhətdir.
Quru dəri üçün lasyon
[redaktə]Tərkibi:
- 1 çay qaşığı kələm suyu
- 2 çay qaşığı bal
- 20 qr. spirt
Yaxşıca qarışdırıb 2 gün şüşə flakonda qaranlıq yerdə saxladıqdan sonra, istifadə etmək olar. Bu lasyon quru dərini silmək üçün nəzərdə tutulur.
Qidalandırıcı maska (hər növ dəri üçün)
[redaktə]Tərkibi:
- 1 ədəd yerkökü
- 50 qr. kələm suyu
Yerkökünü sürtgəcdən keçirib məhlulu əzirik. Daha sonra üzərinə kələm suyunu əlavə edirik. Qarışdırdıqdan sonra üzərinə 1 çay qaşığı smetan əlavə edib maskanı təmiz üz dərisinə çəkməklə qidalandırıcı effekti əldə edərik.