Resept:Lobya fisincanı
Görünüş
(Lobya fisincanı səhifəsindən yönləndirilmişdir)
Lobya fisincanı | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 4 |
Enerji qiyməti: | 400 kkal. |
vaxt: | 25 dəq. |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- Qırmızı lobya – 100 q,
- baş soğan – 30 q,
- ərinmiş yağ – 20 q,
- qoz ləpəsi – 30 q,
- sirkə - 20 q və ya nar şirəsi – 15 q,
- keşniş göyərtisi – 20 q, istiot, duz.
Hazırlanması
[redaktə]Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzədilir.