Mənim dərdim sağalmayan

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

Mənim dərdim sağalmayan
Torpaqlarım qayıtmasa
Mənim dərdim sağalmayan
Yağı düşmən basılmasa
Diz çokərək qabağımda
Eyləməsə min yalvarış
Mənim dərdim sağalmayan
Düşmənimi təpikləyə-təpikləyə
Sürüməsəm at dalında
Oynatmasam çəpikləyə-çəpikləyə
Basdırmasam ayparanı sinəsinə
Mənim dərdim sağalmayan
Taki ulu Türk bayrağı
Ucalmayıbdır göylərə
Mənim dərdim sağalmayan
Taki babamın ocağı
İşğal olub özgələrə
Mənim dərdim sağalmayan
Taki mənim səsim-sədam
Deşməyibdir qulağını düşmənimin
Mənim dərdim sağalmayan
Bayrağını sancmasam, İrəvanda vətənimin
Mənim dərdim sağalmayan!

Müəllif: Rüfət Əhmədzadə Seyidəhməd oğlu
Tarix: 2000-ci il

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu