Microsoft Outlook Express/Ünvan kitabından istifadə

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Microsoft Outlook Express

../

Ünvan kitabından istifadə məktublarda ünvanların yazılmasını asanlaşdırır və vaxtınıza qənaət edir. Mausun oxunu menyunun Xidmət(Tools) bəndinin üzərinə gətirib sol düyməsini basın, Ünvan kitabı (Address book) əmrini seçin.

Açılan dialoq pəncərəsində Yeni (New) düyməsini basın. Açılan siyahıdan Yeni əlaqə (New contact) sətrini seçin. Ekranda Xassələr (Properties) pəncərəsi açılır. Adı (First name) sahəsinə ad yazın, məsələn, Rashad, Soyadı (Last name) sahəsinə soyadını, Aliev, Elektron ünvan (E-mail addresses) sahəsinə isə elektron ünvanını yazın rashad@firststeps.az

Əlavə etməli (Add) düməsini basdıqda Ünvan kitabına birinci ünvan daxil edilir. OK düyməsini basın. Pəncərənin yuxurı sağ küncündəki "X" düməsini basmaqla Ünvan kitabını bağlayın.

Menyunun Xidmət(Tools) bəndinin Parametrlər (Options) əmrini seçin. Açılan dialoq pəncərəsinin Göndərmək (Send) səhifəsində Cavab verdiyim şəxsləri Ünvan kitabına daxil etməli (Automatically put people I reply to in my Address book) parametrinə fikir verin. Bu parametri aktivləşdirsəniz hər cavab yazdığınız məktubun ünvanı avtomatik olaraq Ünvan kitabına daxil ediləcək. Təqzib (Cancel) düməsini basaraq bu imkandan imtina edin.

Poçt istifadəçisinin əsas pəncərəsinə qayıtdıqda Yeni məktub (New Mail)düməsini basın və məktub göndərəcəyiniz şəxsin adını yazmağa başlayın (vvedite Xal). Gördüyünüz kimi proqram özü adı və soyadı avtomatik olaraq Ünvan kitabında yazılanlara əsasən davam edir. Təsdiqləmək üçün yazının yanında mausun düməsini basın.

Başqa bir misal: məktub pəncərəsində Kimə (To) düyməsini basın. Alıcının adını seçin (Select recipients) dialoq pəncərəsi açılır. Üzərində mausun düyməsini basmaqla ünvan kitabında olan yazılardan birini seçin və Kimə (To) düməsini basın. Sonra Ünvan kitabındakı başqa bir yazını seçib Surəti düməsini basın. OK düyməsini basdıqda görəcəksiniz ki, seçdiyiniz ünvanlar lazımi sahələrdə yerləşdirilib.