Qarğıdalı bitkisi/Ziyanvericilərlə mübarizə
Görünüş
←Xəstəliklərlə mübarizə | Qarğıdalı bitkisi |
Alaq otları ilə mübarizə→ |
Qarğıdalı bitkisinə bir sıra ziyanverici-həşarat ziyan vurur. Azərbaycanda qarğıdalının geniş yayılmış ziyanvericiləri qarğıdalı gövdə kəpənəyi, şıqqıltılı böcək və pambıq sovkası sayılır. Bu ziyanvericilərin zərərli təsirini dondurma şumunun aparılması və cərgə aralarının vaxtında becərilməsi ilə müəyyən qədər azaltmaq olsa da, onlara qarşı kimyəvi mübarizə də aparılmalıdır. Toxumun dərmanlanması ilə yanaşı qarğıdalı gövdə kəpənəyinə qarşı hektara 0,2 kq “Karate”, pambıq sovkasına qarşı - 0,6 kq “Desis” preparatı ilə çilənməlidir.