Məzmuna keç

Qara Yanvar/20 yanvar hadisələri və İnternet

Vikikitab, açıq dünya üçün açıq kitablar
Qara Yanvar 20 yanvar hadisələri və İnternet


Qanlı Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə nə dərəcədə çatdırıldığını izləmək üçün apardığımız araşdırmadan sonra bir daha əmin olduq ki, bu istiqamətdə hələ çox çalışmalıyıq.

20 Yanvar haqqında ən təfərrüatlı materiallar http://www.president.az saytında yer alıb. Sənədlərdə 20 yanvarda şəhid olmuş adamların şəkilləri və onlar haqda qısa arayış verilir. Bundan başqa, həmin dövrü əks etdirən tarixi sənədlər, Rusiya və Azərbaycan mətbuatında dərc edilmiş materiallar var. Səhifə ingilis və rus dillərində hazırlanıb. Azərbaycanın ABŞ-dakı səfirliyinin internet saytında 20 Yanvar faciəsi ilə bağlı rəsmi bəyanatların və rəsmi sənədlərin böyük bir arxiv qovluğu olsa da, onun həmin faciə ilə bağlı olan http://www.azembassy.com/yan20.htmlhttp://www.azembassy.com/letters/20yan00.html səhifələri açılmır. http://www.azerigenocide.orghttp://www.azerigenocide.net saytları (hər iki ünvanda eyni sayt yerləşdirilib) kifayət qədər aktiv saytlardan sayılsa da (əksər saytlarımızdan fərqli olaraq burda "under construction" xatırlatması yoxdur), onun ana səhifəsində 20 Yanvara yer ayrılmayıb.http://www.azerin.com internet saytının içində 20 yanvar faciəsi ilə bağlı üç dildə ayrıca səhifələr toplusu nümayiş etdirilir. İngilisdilli internet saytları və arama sistemlərində 20 Yanvar faciəsi haqda material bol olsa da, bu məlumatlar sistemsizliyi ilə fərqlənir. Üçüncü domenlə hazırlanmış http://www.azerin.com/members/rabite/ganliyanvar/index.htm ünvanında 20 yanvarla bağlı olaraq Azərbaycan, rus və ingilis dillərində materiallar dərc edilib. Səhifədə faciəni əks etdirən bir neçə fotoşəkil yerləşdirilib.

Məşhur http://ww.yahoo.com sistemində "genocide" sözünün axtarışında tapılan 86 internet səhifəsindən üçüncüsü ermənilərin http://www.cilisia.com saytı çıxdı. "azeri genocide" və "Azerbaiyan genocide" birləşmələrinin axtarışı müvafiq olaraq 2440 və 6450 nəticə verdi. Bunların heç də hamısı bilavasitə 20 yanvar hadisələrinə həsr edilməsə də, onların arasında "qanlı şənbə" günü ilə bağlı saytlar var. Bu saytların əksəriyyəti könüllülərin şəxsi səhifələri və yarıpeşəkar saytlardır. Onların əksəriyyəti üçüncü dərəcəli domenlərdədir. http://scf.usc.edu/~baguirov/yanuary.htm internet saytının ana səhifəsində yerləşdirilmiş dörd şəkildən üçü açılmır. Səhifə həvəskar tərəfindən hazırlansa da, yalnız 20 yanvar faciəsini əks etdirdiyi üçün önəmlidir.

Bir neçə kəlmə müstəqil saytlar haqqında. Əslində onların araşdırılması bu sahədəki vəziyyəti daha dəqiq görməyə imkan verir. http://www.genocide.orgda Azərbaycan xalqının soyqırımı ilə bağlı iki sayta çıxış var. Bunlardan biri prezidentin saytındakı Xocalı qırğını prezentasiyası, digəri isə http://www.khoyaly.org.az saytıdır. Onların hər ikisi məzmunlu saytlar sayıla bilər. Bununla belə, "www.genocide.org" saytında 20 yanvar faciəsi əks olunmayıb. Halbuki həmin yerdə bu mövzu üçün ayrıca link - sovet dövrünün soyqırımı haqda sayt var. Beynəlxalq Antigenosid Hərəkatının internet saytında (http://www.endgenocide.org) hərəkətdə olan xatırlatma lövhəsindəki yazı "1.500.000 erməni; 3.000.000 ukraynalı;" şəklində başlayır. Burada 20 yanvar faciəsi, ümumiyyətlə Azərbaycan xalqına qarşı soyqırımı haqda kəlmə belə tapa bilmədik.

Qısa araşdırmadan sonra məlum oldu ki, 20 yanvar faciəsinin, ümumiyyətlə, Azərbaycan xalqının soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işində daha çox rusdilli internet saytlarında uduzuruq. Rusiyanın məşhur "www.mail.ru" arama sistemində (keçmiş "list.ru") "Azərbaycan" sözünün axtarışı ilə 196 server nəticəsi versə də, onların arasında 20 Yanvar faciəsinə həsr edilmiş ixtisaslaşmış sayt və ya həvəskar səhifəsi yoxdur. Ara-sıra bəzi səhifələrdə 20 Yanvara yer verilib, vəssalam. Ermənilər isə təbliğat materiallarını məhz rusdilli internetin fəthinə yönəldiblər. "www.yandex.ru"da "Azərbaycan" və "soyqırımı" sözlərinin işləndiyi 416 səhifə, 53 server, "erməni soyqırımı" birləşməsinin işləndiyi 582 səhifə, 133 server tapıldı. Nəzərə almaq lazımdır ki, ermənilər internetdə "genocide" sözü ilə başlayan ikinci dərəcəli domenləri ələ keçirməyə başlayıblar.