Resept:Heyva mürəbbəsi
Wikibooks saytından
| Heyva mürəbbəsi | |
|---|---|
| Kateqoriya: | Şərq şirniyyatı |
| Porsiya: | 20 |
| Enerji qiyməti: | 1000-2000 kkal. |
| vaxt: | 2-3 saat |
| Hazırlanma mürəkkəbliyi: | |
[redaktə] Tərkibi
- Təmizlənib doğranmış heyva - 1 kq,
- şəkər - 1,2 kq.
[redaktə] Hazırlanma qaydası
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.