Resept:Qızıl gül mürəbbəsi

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

  • Qızıl gül ləçəkləri - 100 q,
  • şəkər - 900q,
  • lumu turşusu - 2q.

[redaktə] Hazırlanma qaydası

Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır. Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alın ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbəniz qaynara düşdü, götürüb 12 saatlığa kənara qoyun. Sonra onu yenidən qaynamağa qoyun. Mürəbbənin çəğrayı kəfini yığılır, 20-25 dəqiqiə ərzində mütəmadi olaraq qarışdıra-qarışdıra bişirilir. Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud yarım çay qaşığı quru limon turşusu əlavə edilir. Bundan sonra gözünüzün qarşısında bozumtul çəhrayı şirə bir andaca şəffaflaşır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır və steril qablara yığılıb, ağzı bağlanılır.

[redaktə] Mənbə

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu