Resept:Qoz mürəbbəsi

Wikibooks saytından
Keçid et: naviqasiya, axtar

[redaktə] Tərkibi

  • Emal edilmiş qoz - 1kq,
  • şəkər - 1,5kq,
  • lumu turşusu - 3q,
  • mixək - 3q, və ya hil - 3q,
    • Qeyd:(50 ədəd qoza 1 kq şəkər).

[redaktə] Hazırlanma qaydası

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşdəkləyib yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 2025 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda lumu turşusu, mixək və ya hil əlavə edilir və ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.

Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

[redaktə] Mənbə

Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Print/export
Alətlər qutusu