Səməd Vurğun—100 “İctimai Azərbaycan” elmi işçisi Dilşad Cabbarova gəlmişdilər

Wikibooks saytından

Keçid et: naviqasiya, axtar

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim-Tədris Məktəbində (TTM) ölməz sənətkarımız Səməd Vurğunun 100 illik yubileyi qeyd olundu. Tədbiri giriş sözü ilə Təlim-Tədris Məktəbinin tərbiyə işləri şöbəsinin rəisi, polkovnik Mirkamal Bağırov açaraq qonaqları salamladı. Sonra sözü məclisin təşəbbüskarı və aparıcısı yazıçı-publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Xalidə xanım Xalidə verdi. Xalidə Xalid Səməd Vurğun dühasının ucalığından, zəngin poetik irsinin saflığından, böyüklüyündən, fəlsəfi mənasının bəşəriliyindən danışdı.

Ucalsın yurdumuz öz hünərilə, Halal zəhmətilə, alın tərilə. Qoy yaşasın bəxtiyar ellər, Bizim bu ceyranlı, turaclı çöllər. Qoy bir də yuxusuz qalmasın Vətən, Düşmən atlarının ayaq səsindən.

Xalqımızın yenilməzliyi, vətən eşqi, humanizmi, işğalçılıq hissiylə yaşayan bədnamlara nifrəti Səməd Vurğun poeziyasında, pyeslərində... öz gözəl əksini tapmışdır. Səməd Vurğunun 100 illik yubileyi şərəfinə əsgərlərlə görüşə şairin qızı Aybəniz xanım Vəkilova, “Ordunun dostları klubu”nun prezidenti Emin Həsənli, filologiya elmləri namizədi, dosent, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə, pedaqoji elmlər namizədi Əminə Qədimova, “İctimai Azərbaycan” dərgisinin təsisçisi Bəsti Rəcəbi, əməkdar artist Ağalar Bayramov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dilşad Cabbarova gəlmişdilər. Onların hər biri Səməd Vurğun irsinin bəşəri dəyərindən söz açdı. Aktyor Ağalar Bayramov, eləcə də leytenant Leyla Adilova və balaca fidanların – uşaqların ifasında ölməz şairimizin şeirlərindən nümunələr səsləndi. İfaçıları tarda və kamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri müşayiət edirdilər. Məclisin sonunda şairin qızı Aybəniz xanım atası haqqında xoş, şirin xatirələr söylədi və tədbirin təşkilatçıları TTM rəhbərliyinə, həmçinin Xalidə xanıma səmimi minnətdarlığını bildirdi. Almaz ÜLVİ, “Xalq qəzeti”

Şəxsi alətlər