TCP/IP protokolu

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ TCP

../
Sister Projects. Həmçinin baxın: Haqqında •
TCP/IP

1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən açıq şəbəkə texnologiyası ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və İnternetin atası sayılan B. Stefin rəhbərliyi altında TCP/IP protokolu yaradıldı. Bu protokolun yaradılması Internet arxitekturalı lokal şəbəkəsinin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi. 1972-ci ildə isə İnternetin ilk xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.

İnternet ilə 1979-cu ildə USENET, 1981-ci ildə BITNET, sonralar CompuServe, AmerikaOline və NSFNET şəbəkələri arasında əlaqə yaradılaraq, 1990-cı ildən o, İnternet adlanmağa başladı. Eyni zamanda İnternetlə digər ölkələrin kompüter şəbəkələri arasında əlaqə təmin edildi və o, beynəlxalq şəbəkələr şəbəkəsinə çevrildi. 1979-cu ildə İnternetin USNET, 1989-cu ildə WWW, 1996-cı ildə ICQ xidmətləri fəaliyyətə başladı.

Internet – çoxlu sayda kompüterlərdən, kabellərdən, marşrutizatorlardan və şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət qlobal şəbəkə sistemidir. Internet şəbəkəsini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP şəbəkə protokollarıdır. TCP/IP ümumiyyətlə Internetlə kompüterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa düşülür.

  • TCP – Transmission Control Protocol. TCP iki istiqamətdə informasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə translyasiya olunmasına səbəb olur.
  • IP – Internet Protocol. IP protokolu Internet ümumdünya şəbəkəsinin əsas protokoludur.

Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul edilməsi qaydalarını təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır. IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP protokolu idarə edir.

İnternetin işləmə prinsipi[redaktə]

Tutaq ki, siz kimə isə poçt vasitəsi ilə jurnal göndərmək istəyirsiniz. Jurnalı bandrol halında göndərmək üçün pul xərcləmək lazımdır. Jurnalı vərəqlərə bölüb məktub halında göndərmək daha ucuz başa gəlir. TCP protokolu da bu üsulla işləyir. Protokol informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi nömrələyir (sonradan informasiyanı ardıcıl birləşdirmək üçün), hər bir hissəyə «işçi» informasiya əlavə edir və onları ayrı-ayrılıqda «IP-konvertə» düzür. Bu «konvert» şəbəkə vasitəsilə göndərilir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə onları TCP/IP protokolu adlandırırlar. İnternetlə göndərilən TCP/IP paketlərinin ölçüsü 1 baytdan 1500 bayta qədər olur. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından asılıdır.

Poçt əlaqələrində məktublar çox vaxt yollarda itirlər və ya lazımi ünvanlara çatdırılmırlar. Bu problem İnternetdə də mövcuddür.

İntranet[redaktə]

Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide Web) qlobal Internetə aid idisə, qeyd etmək lazımdır ki, TCP/IP protokolları ilə korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnternetdə olduğu kimi HTML səhifələri, istinadlar, URL ünvanları, Web-saytlar yerləşdirmək olar və bu şəbəkənin Internet şəbəkəsinə qoşulmağı o qədər də vacib deyil. Belə şəbəkə Intanet (İntraşəbəkə) adlanır və Internetdən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə müraciət mümkün deyil. İntranetin köməyi ilə informasiya mübadiləsi təşkilat daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir.