Vikikitab:Şəkil lisenziyaları

Vikikitab, açıq dünya üçün açıq kitablar
Qısayol:
VK:ŞL


PD Bu əsərin müəllif hüquqları mənə aiddir və mən könüllü olaraq onu ictimai mülkiyyətə verirəm.

Əgər qanun buna imkan vermirsə, mən heç bir şərt qoymadan hər kəsə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla bu əsəri istənilən məqsəd üçün istifadə etməyə icazə verirəm.

GFDL

Bu sənədin Azad proqram təminatı fondu tərəfindən nəşr edilən GNU Free Documentation License (1.2 və ya da əvvəl) lisenziyası çərçivəsində dəyişdirilməyən bölmələrsiz, mətnsiz, birinci və sonuncu üzlərdə yerləşdirməsiz köçürmək, yaymaq və/və ya dəyişdirmək icazəsi var.

Həmçinin bax: 1.3 versiyası rəsmi lisenziyasının tam mətni1.2 versiyası (ing.).


İctimai istifadə Azərbaycan Respublikası ərazisində ictimai mülkiyyət sayılan əsərlər üçün şablonlar
Warning sign Qeyd: Xahiş olunur ağağıdakı şablonlardan uyğun birini istifadə edin:
Copyrighted

Bu, şirkət və ya təşkilat loqosudur və müəlliflik hüququ ilə qorunur. Bu loqodan yalnız həmin təşkilat, qurum, və ya markanı tanıtmaq üçün istifadə edilə bilər. Faylların qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondu tərəfindən ABŞ-da yerləşən serverlərdə kiçik ölçülərdə və yalnız müəyyən olunmuş məqalələrdə yerləşdirilməsi Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu çərçivəsində ədalətli istifadə şərtlərinə uyğundur. Bu şəklin həm Vikipediyada, həm də başqa yerlərdə qeyd edilən şərtlərdən kənar istifadəsi müəlliflik huququnun pozulmasıdır. Bu təsvirdən hər hansı kommersiya məqsədli istifadə bu markanın hüququnun pozulması deməkdir. Baxın: Wikipedia:Fair useWikipedia:Logos.

Bu faylın burada istifadəsi Vikipediyanın və ya Vikimedia Fondunun buna razı olması demək deyil, həmçinin bunun əksi anlamına da gəlmir.

Faylı yükləyən üçün: lütfən, hər istifadə üçün, burada təsvir edildiyi kimi, ətraflı "ədalətli istifadə izahatını" əlavə edin.

Copyrighted

Bu Müəlliflik hüquqları ilə qorunan bir şəkildir. İcazəsi olmadan bu şəkil mövzu ilə əlaqədar məqalədə şəxsin tanıdılması, mövzunun izahı və bu kimi digər məqsədlərlə istifadə olunurkən bunun Ədalətli istifadə kimi qəbul oluna biləcəyinə inanılır.

Şəklin Vikipediya və ya başqa bir yerdə digər istifadəsi Müəllif hüquqlarının pozulması kimi qəbul oluna bilər.

Şəkli yükləyən şəxs mənbə göstərməli və Ədalətli istifadə üçün səbəbləri yazmalıdır.

uyarı Lisenziyası qeyd edilmədiyinə görə bu şəkil Vikikitabdan silinməlidir!

Şəklin Vikikitabdan silinməməsi üçün onun lisenziyasının qeyd edilməsi vacibdir. İstifadəçi şəkli yükləyərkən onu haradan əldə etməsiylə bağlı məlumat verməli və müvafiq lisenziya göstərməlidir. Göstərilən lisenziya qanunlara uyğun olduğu təqdirdə, bu etiket Vikikitab:Şəkil etiketləri səhifəsindəki etiketlərdən biri ilə əvəzlənməlidir.
Lisenziya göstərilməsi ilə bağlı tələblərə əməl edilməzsə, şəkil yükləndiyi tarixindən 7 gün sonra silinəcəkdir.

Bu səhifə Vikimedia Fondu lisenziya siyasəti, həmçinin ABŞ (layihə serverlərinin yerləşməsi baxımından) qanunvericiliyi və digər ölkələrin müəllif hüququna əsasən faylların (ilk növbədə şəkillərin) Azərbaycan dilində Vikikitaba yüklənilməsi, izahı, istifadə qaydaları və məsləhətlərini təyin edir.

Baza prinsipləri[redaktə]

  1. Hər bir fayl uyğun lisenziyaya sahib olmalıdır.
  2. Hər bir fayl lisenziya statusunu təsdiqləyən və istənilən an yoxlanıla bilən mənbəyə sahib olmalıdır.
  3. Hər bir fayl müəllif (və ya müəlliflər) və ya müəllif hüququna malik olan haqda məlumata sahib olmalıdır.
    • Qeyd. Müəyyən lisenziyalar imkan verir ki, müəllif qeyd edilməsin. Bu yalnız şəklin izahı və ya digər səbəblər olaraq istisna halları təşkil edir.
  4. Hər bir fayl üçün yaradılma tarixi qeyd edilməsi tövsiyyə edilir.
  5. Hər bir fayl haqda izah yazılması tövsiyyə edilir.
  6. Lisenziyanın ədalətli olmasının sübutu, mənbə və müəllifin göstərilməsi faylı yükləyən istifadəçinin üzərinə düşür. Digər istifadəçilər izah, uyğun lisenziyanın göstərilməsi, mənbə və müəllifin dəqiqləşdirilməsində yardım göstərə bilərlər.
  7. Lisenziyasız və/və ya mənbəsiz (və ya lisensiya və/və ya mənbə sual altında olanda) fayllar uyğun xəbərdarlıq şablonunu yerləşdirdikdən 7 gün sonra göstərilməsə silinməlidir.
  8. Müəllifi göstərilməyən (və ya müəllifi sual altına qoyulan) fayllar uyğun xəbərdarlıq şablonu yerləşdirdikdən 7 gün sonra göstərilməsə silinməlidir.
  9. Şübhəli, dəqiq olmayan və ya qeyri-ensiklopedik fayllar müzakirə yolu ilə silinə bilər.

Lisenziya[redaktə]

  1. Lisenziya — bu və ya digər faylın azadlıq dərəcəsini təyin edir.
  2. Fayllar üçün bütün lisenziyalar aşağıdakı kvalifikasiyasına əsasən bölünür:
    • Aktual olanlar:
      1. Hazırkılar.
      2. Qadağan edilənlərVikimedia Fondunun tələblərinə cavab verən lisenziyalardır. Bu cür lisenziyalara sahib fayllar lisenziyasız fayllara bərabərdir. Bu şablonun şəklə yerləşdirilməsi onun zərurətindən asılıdır. Bu şablona malik şəkillər bir müddətdən sonra mütləq yenidən lisenziyalaşdırılmalı və ya əks halda silinməlidir.
    • Azadlıq dərəcəsi ilə:
      • (a) Azad olanlarincəsənət əsərinin azad olma (ing.) kriteriyalarına cavab verən fayllardır. Bu cür fayllar (bir neçə istisna halallarından başqa) Vikimedia Fondunun bütün səhifələrində istifadə edilə bilər. Bu formaları birləşdirən fayllar azad fayllar kimi tanınır:
        1. İstifadə edilmə azadlığı. Həmçinin kommersiya məqsədi ilə
        2. Tədqiq azadlığı.
        3. Tam və ya ayrı-ayrı kopyalama və yayma azadlığı.
        4. İstehsal işlərinin azadlığı.
      Azad fayllara yalnız aşağıdakı tələblər qoyular bilər:
      1. Müəllifin göstərilməsi tələbi.
      2. Yuxarıda göstərilən kopyalama, yayma və istehsal işlərinin azadlığını saxlamaq tələbi.
      • (b) Azad olmayanlar — incəsənət əsərlərinin azadlıq kriteriyalarına cavab verməyən fayllar. Bu cür fayllar Azərbaycan Vikipediyasında yalnız ədalətli istifadə qaydalarına riayət etdikdə mümkündür.
  3. Azad incəsənət əsərləri həm ABŞ, həm də öz ölkəsində azad olmalıdır.
    • Yerli ölkə - faylın ilk buraxıldığı (nəşr etmə və sair) yer tanınır.
    • Əgər əsər 30 gün ərzində həmçinin bir neçə başqa ölkədə də işıq üzü görübsə, onlar da yerli ölkə hesab olunurlar.
    • Vikimedia Fondunun loqoları (adətən şablon-lisenziya {{CopyrightByWikimedia}} işarə edilir) azad olmayan fayllar sayılsa da, fondun layihələrində onları azad formada istifadə etmək olar. Ancaq fondun loqosunun istifadəsi ciddi məhdudlaşdırılıb; bu loqonun geniş istifadəsi üçün icazə tələb olunur.
    • Digər (həm azad, həm qeyri-azad) loqolar kontekst istifadə edilməlidir ki, əmtəə nişanları ilə bağlı qanunvericilik pozulmasın (bax {{Trademark}}).
    • Nasist Almaniyasının, ANSFP və ona yaxın təşkilatların loqoları kontekst istifadə edilməlidir. Uyğun işarələrin sui-istifadəsi sonradan layihənin müəyyən hüquqi təqiblərinə gətirə bilər (bax commons:Template:Nazi symbol).

Mənbə[redaktə]

  1. Mənbə nəinki faylın mənşəsini göstərməli, həm də onun lisenziyasının uyğun olduğunu sübut etməlidir.
  2. Tələb olunan mənbə, mütləq olaraq http-prefiksinin göstərilməsini tələb etmir. Mənbənin mətnli izahı qadağan deyil. Müəyyən hallarda bu cür mənbə göstərilməsi daha uyğundur.
  3. Vikimedia Fondunun digər layihələrinə mənbə kimi istinad qadağandır. («Özünəsitatdan qaçın» — Avoid self-references (ing.)).
    • İstisna: uyğun layihələrin istifadəçiləri tərəfindən yaradılmış azad fayllar.
    • Qeyd: digər halalrda fond layihəsinin səhifələri ikinci dərəcəli mənbə kimi göstərilə bilər.
  4. Faylların (şəkillərin) axtarışı və saxlanılması xidmətlərinin tapılan və saxlanılanların mənbə statusu haqda heç bir məlumat olmadıqda istifadəsi qadağandır.

Mənbənin göstərilməsi ilə bağlı tövsiyyələr[redaktə]

  1. Əgər əsər birbaşa olaraq Azərbaycan Vikipediyasının istifadəçisi tərəfindən yaradılaraq, yüklənilibsə mənbə mətn formasında "öz işim" kimi qəbul olunur və uyğun -self və ya -user şablonu ilə təmin edilir.
  2. Əgər əsər Vikimedia Fondunun hər-hansı layihəsindən olan istifadəçi tərəfindən yaradılaraq, yüklənilibsə mənbə (layihəyədəki) uyğun keçid formasında birbaşa şəklin səhifəsi kimi göstərilməlidir və -user şablonu ilə təmin edilməlidir.
    • Əgər fayl Vikimedia Fondunun hər-hansı layihəsindən götürülübsə mənbəyə xarici keçid http-prefiksi ilə yox, daxili keçid ilə qeyd edilməlidir (interviki).
  3. Əgər fayl İnternetdən götürülbsə, keçidi birbaşa olaraq faylın izahı olan bölməyə qoymaq lazımdır. Fayla və ya saytın ana səhifəsinə yönlənən keçidlər arzuolunmazdır.
    • Məsələn, Şəkil:Ivan the Terra Bus.jpg şəkli üçün aşağıdakı forma uyğundur/uyğun deyil:
      • Flickr — uyğun deyil;
      • [http://www.flickr.com] — uyğun deyil;
      • [http://flickr.com/photos/elisfanclub/1554920381/] — müəllifin, tarixin və yayma şərtlərinin göstərildiyi üçün tam uyğundur;
      • [http://farm3.static.flickr.com/2303/1554920381_c1f00c0ca9_o.jpg] — uyğun deyil.
  4. Əgər fayl onun tam olaraq azad fayl olmasını göstərməyən mənbəyə istinad edirsə, müəllifin bu faylın azad formada yayılmasını təsdiqləyən məktubu göstərilməlidir.
  5. Ümumilikdə mənbə kimi kağız və ya elektron mənbə göstərilə bilər. Ancaq unutmayın ki, yayımı məhdud olan bu cür mənbə bəzi istifadəçilər tərəfindən sual altına alına və gələcəkdə silinə bilər.
  6. Əgər fayl üz qabığı, plakat, kadr və ya skrinşotdursa uyğun məqaləyə viki-keçid qoymaqla, mənbə kimi istinad daha qəbul olunandır, nəin ki, xarici internet-keçid.
    • Məsələn:
      • «Sonuncu divarın daşları» [[Çingiz Abdullayev]] romanının üz qabığı. Nərşçi Nurlar.
      • «[[Nəsimi (film)]]» filmindən kadr
      • [[Atari]] şirkətindən «[[Tetris]]» oyununun skrinşotu.
  7. Əgər sayt strukturunun dəyişilməsi, bağlanması, bölmənin və ya ümumilikdə saytın qapadılması nəticəsində əvvəlki mənbənin dəqiqliyini yoxlamaq üçün The Wayback Machine («Zaman maşını) xidmətindən istifadə etmək tövsiyyə olunur. Bu xidmət vasitəsilə mənbə bərpa olunub, yoxlamadan keçdisə onu xidmətin verdiyi keçidlə göstərmək gərəkir.

Müəllif[redaktə]

ABŞ müəllif hüquqları qanunvericiliyi və bəzi digər azad lisenziyalar, ictimai istifadəyə keçən əsərlər üçün əsərin müəllifini qeyd etməyi zəruri saymır (bax. Attribution (ing.)) və əgər onlar naməlumdursa müəllif istənilmir. Buna baxmayaraq əgər müəllif və ya müəlliflik hüququna malik olanlar məlumdursa, o/onları istənilən halda qeyd etmək tövsiyyə olunur. Bu tövsiyyə təkcə şəxslərə/təşkilatlara hörmət deyil, həmçinin müəllifin qeyd olmasını mütləq tələb hesab olunan digər ölkələrin qanunvericiliyi ilə uyğun olması baxımından vacibdir.

  1. Müəllifin (müəlliflərin) və ya müəllif hüququna malik olanların mütləq qeyd edilməsini tələb edən lisenziyalar:
    • {{GFDL}}, {{CC-BY}} (bütün versiyalar), {{CC-BY-SA}} (bütün versiyalar), {{Attribution}} — bu lisenziya altında əsərlər anonim nəşr edilə bilməz. Burada əsər müəllifinin qeyd edilməsi onun azad yayılması və istifadə edilməsi üçün əsas tələblərdən biridir.
    • -self-user lisenziyaları, konkret şərtlərdən asılı olmayaraq - bu lisenziya altında olan əsərdə onun yaradıcısı (Vikimedia Fondunun layihə istifadəçisi) həm müəllif həm də mənbədir.
    • Bu lisenziya ilə olan, ancaq müəllifi qeyd edilməyən fayllar müəllif hüququ pozuntusu kimi qəbul olunur və silinməlidir.
  2. Uyğun ölkənin qanunvericiliyi ilə bərkidilən və müəllifin qeyd edilməsi zəruri olan lisenziyalar.
    • {{PD-old}} və {{PD-art}} (əgər əsər ilk dəfə bu ölkənin ərazisində yayımlanıb və ya müəllif bu ölkənin vətəndaşıdırsa), {{PD-Azerbaijan}}.
    • Müəllif məlumdursa, onun qeyd olunması istənilən halda mütləqdir. Əgər müəllif məlum deyilsə, bu faktı uyğun keçidlə qeyd etmək tövsiyyə olunur.
  3. Müəllifin qeyd olunmasını zəruri saymayan lisenziyalar:
  4. «Müəllif» anlayışının ümumiyyətlə olmadığını (çox hallarda) göstərən lisenziyalar :
    • {{PD-trivial}} — trivial əsərlərin müəllif ola bilməz (müəllif hüquqları qanunvericiyili baxımından).
    • {{PD-AZ-exempt}} — baxmayaraq ki, müəyyən hallarda dövlət və ya rəsmi rəmzlərin müəllifləri məlum olur, ölkələrin qanunvericiliyi dövlət (rəsmi) rəmzləri müəllif hüququ qanunvericiliyindən çıxarır.

Yaradılma tarixi[redaktə]

Ümumiyyətlə uyğun tarixi (ili) onun məlum olmasından asılı olaraq bütün hallarda qeyd edilməsi tövsiyyə olunur. Bu xüsusilə ictimai istifadəyə keçən faylların tarixinə aiddir.

İzah[redaktə]

Hər bir fayl üçün kiçik izah mətni yazmaq lazımdır. İzahda əsərin özündə nə kəsb etdiyini yaza və istifadə ediləcəyi məqalələrə vikikeçid yerləşdirmək tövsiyyə olunur. Bu faylın lisenziya statusunun nə dərəcədə uyğun olması və ya əks hallarda çox lazımlı ola bilər.