Vikikitab:Kömək

Vikikitab saytından
(Vikikitab:Kömək səhifəsindən yönləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Qısayol:
VK:K

Bu məqalənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində kitabın necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.

Birinci addım. Kitabınn mövzusunu müəyyənləşdirin[redaktə]

Sizə maraqlı olan mövzuda kitab və bukitaba daxil olunacaq məqalələr yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.

İkinci addım. Kitab üçün başlıq seçin[redaktə]

Vikikitabda kitablar və bu kitaba daxil olunacaq məqalələr müxtəlif cür adlandırıla bilər.

Üçüncü addım. Belə bir məqalənin mövcud olub-olmadığını yoxlayın[redaktə]

Sizin tərəfinizdən seçilmiş başlığı axtarış sətrinə daxil edin və axtar düyməsinə basın. Axtarışın nəticələrini keçidlər şəklində görəcəksiniz. Əgər Sizi maraqlandıran mövzuda məqalə artıq varsa, həmin keçid vasitəsilə məqaləyə keçin və "redaktə et" düyməsinə basın. Qarşınızda redaktə üçün tam hazır məqalə görəcəksiniz.

Dördüncü addım. Məqalə yarat[redaktə]

Yox əgər Sizi maraqlandıran mövzuda məqalə yoxdursa - demək onu yaratmaq lazımdır. Bunun üçün məqalənin adını yenə də soldakı axtar qutusuna yazmaq lazımdır. Daha sonra isə Gətir (Axtar yox) düyməsini basın. Açılmış səhifədə sizə bu başlıq altında məqalə yaratmaq təklif olunacaq, həmin yazını basın və məqalənin yazılması səhifəsinə keçin. Beləliklə siz öz birinci səhifənizi yazmaq üçün hazırsız.

Məqaləyaratmazdan əvvəl kitbların siyahısına da baxın ola bilsin sizin yaratmaq istidiyiniz kitab artıq mövcuddur. Məqaləni həmin kitabın daxilində yaradın. Məsələn yemək resepti daxil etmək istəyirsinizsə bu məqaləni Kateqoriya:Kulinariya kitabları kitabına daxiletmək daha düzgün olar.

Beşinci addım. Məqaləni düzgün başlayın[redaktə]

Vikilitabdada məqalə yaratmazdan əvvəldigər məqalələrinnecə yaranmasını,hansı şablonlardan istifadəolunmasını öyrənin.

Altıncı addım. Məqalənin məzmununun yazılması[redaktə]

Məsləhətdir ki, məqalənin ilkin həcmi 500 işarədən az olmasın. Məqalələrin yazı stili elmi-bədii olmalıdır. Həmçinin məqalələri yazarkən iki ümumvikipediya (əslində beşdir, lakin Siz yeni olduğunuz üçün hələlik ikisi deyilir) prinsipinə ciddi şəkildə əməl etmək lazımdır:

  1. Yazılmış məqalənin neytrallığı prinsipi - Bu prinsipə əsasən, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalı, heç bir subyektiv fikir əks etdirməməlidir. Əgər bir fikir ətrafında bir neçə versiya varsa onda bütün versiyalar bərabər şəkildə əks olunmalıdır.
  2. Müəllif hüquqlarının qorunması. Viki-cəmiyyətin əsas məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının yaradılmasıdır. Buna görə də Vikipediyaya müəlliflik hüquqları ilə qorunmuş mətn, şəkil və ya mediya faylların əlavə olunması qəti qadağandır. Yox əgər siz mənbənin müəlliflik hüquqları ilə qorunub-qorunmadığını bilmirsinizsə onda bu cür mənbədən istifadə etməkdən çəkinin.

Yeddinci addım. İstifadə etdiyiniz mənbəni qeyd edin[redaktə]

Məqalənin məzmununu qeyd etdikdən sonra Mənbə adında bölüm yaradın və ora istifadə etdiyiniz bütün çap materiallarının (kitab, qəzet və s.), müəlliflərin, nəşriyyatların adlarını, çap ilini və s. bu kimi parametrləri qeyd edin. Daha sonra Həmçinin bax adlı bölüm yaradın və orada Vikikitab daxilində məqaləyə yaxın məzmunlu digər məqalələrin adlarını göstərin. Ən sonda Xarici keçidlər adlı bölüm yaradın. Bura isə internetdə mövzu ilə əlaqədar istənilən səhifələri göstərə bilərsiz. Bir şərtlə ki, göstərilən linklər Spam olmasın. Spam səhifədən dərhal silinəcək, istifadəçiyə isə müəyyən məhdudiyyətlər qoyula bilər.

Səkkizinci addım. Məqaləni kateqoriyalaşdırın[redaktə]

Axtarışda asanlıq təşkil eləsin deyə, xarici keçidlərdən sonra bir sətr boş qoyaraq məqalənizin daxil olduğu kateqoriyaların siyahısını göstərin: [[Kateqoriya:Mədəniyyət]], [[Kateqoriya:Tarix]] və s.

Doqquzuncu addım. Məqaləyə interviki linklərin artırılması[redaktə]

Vikikitab yalnız Azərbaycan dilində mövcud deyildir. Vikipediya dünyanın onlarca müxtəlif dillərində mövcud olan beynəlxalq ensiklopediyadır. İnterviki linklərin artırılmasında əsas məqsəd onlar arasında əlaqə yaratmaqdır. Öz məqalənizin adını bacarsanız ingilis dilinə tərcümə edin və həmin məqaləni ingilis vikikitabındada tapın. Məqalənin redaktə (edit this page) bölümünə keçin. Məqalənin sonunda (kateqoriyalardan sonra) yerləşən yazıları kopyalayın və öz məqalənizə kateqoriyalardan sonra boş sətir buraxmaqla əlavə edin. Sonda "Səhifəni qeyd et" düyməsini basmağı unutmayın. Beləliklə sizin ilk məqaləniz və ya kitabınız hazırdır.


Unutmayın[redaktə]

  • Vikikitabda reklam xarakterli məqalələr yaratmaq və ya mövcud məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
  • Əgər məqalədə məzmun səhvi tapmısınızsa, əvvəlcə bunu həmin məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın, daha sonra redaktəyə başlayın.
  • Məqaləni redaktə edərkən Azərbaycan dilinin orfoqrafiya qaydalarına ciddi şəkildə əməl edin, heç bir ləhcədən və ya şivədən istifadə etməyin.