Məzmuna keç

Resept:Çörək

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Çörək səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • 1kq un
  • 10 qr maya
  • 1ç.q.şəkər tozu
  • 1 yumurta
  • su.

Bişirilmə qaydası

[redaktə]
  • Maya hazırlanılır. Bunun üçün 1 çay qaşığı şəkər tozu, 10 qrmaya, 1 çay qaşığı un və bir az su birlikdə qarışdırılır. İsti yerə qoyulur ki, maya acısın.
  • Ləyən götürülür, un, hazır maya, duz və su tökülüb xəmir yoğrulur. Çalışın ki, xəmiriniz bərk olmasın yumuşaq bir xəmir olmalıdır. Xəmir bərk olsa yaxşı acımaz və çörək yaxşı alınmaz.Xəmirin üstü örtülür və isti yerə acımağa qoyulur. Xəmiri kündələyirik. Yarım saat kündədə saxlayırıq.
  • Kündəyə gəlmiş xəmir listə yayılır və üzərinə yumurta çəkiilib bişirilir.