İqtisadiyyat/İqtisadi böhran

Vikikitab, açıq dünya üçün açıq kitablar
< İqtisadiyyat(İqtisadi böhran səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
../ İqtisadiyyat

../

1926-1928-ci illərdə ABŞ iqtisadiyyatı inkişaf dövrünü keçirdi. Istehsal həcminin artması kompaniyaların maliyyə göstəricilərinə müsbət təsir edirdi və birja səhmlərinin də artımına səbəb olurdu. 1929-cu il 1 oktyabrda buraxılan qiymətli kağızların dəyəri 87 milyard dollar olmuşdu. Iqtisadiyyatın nə dərəcədə güclü olduğunu bu fakt göstərir ki, 1929-cu ildə avtomobil sənayesi 5,4 milyon maşın buraxmışdı. Iqtisadi çiçəklənmə prosperity (daimi çiçəklənmə) nəzəriyyəsini yaratmışdı, lakin bu, illuziya olaraq qaldı. Həmin dövrün iqtisadi ideologiyası laissez faire yəni dövlətin iqtisadiyyata müdaxilə etməməsi doktrinası dominantlıq edirdi. Belə hesab olunurdu ki, iqtisadiyyatın müxtəlif sahələri qeyri məhdud imkanları sayəsində özlərinə nəzarət etmək iqtidarındadırlar. Digər mühüm ideologiya isə liberal demokrat ideologiyası idi. Individualizmə, bərabər mümkünlük prinsipinə, sosial mobilliyə əsaslanırdı. ABŞ-ın ərazi xüsusiyyətlərini, nisbətən mövcud olan iqtisadi azadlığı, torpaq sahəsinə malik olmağın asan başa gəlməsini nəzərə alaraq əhalinin əksəriyyəti istənilən vətəndaşın şəxsi nailiyyəti onun öz qabiliyyətindən, işləməyə həvəsindən asılı olduğunu hesab edirdi. Lakin 19-cu əsrin sonunda iqtisadiyyatda inhisarlaşma prosesi sürətlə getməyə başladı, eləcə dəNəhəng sənaye birliklərinin yaradılmağa başladı. Bu da milli sərvətin iri kapital sahiblərinin əlində cəmlənməsinə səbəb oldu. 1928-ci ildə iqtisadi dövriyyə azalma vəziyyətinə yaxınlaşırdı. Bu, tələbatın aşağı düşməsi və iqtisadiyyata kapital qoyuluşunu məhdudlaşdırdı. 1929-cu il oktyabrın 21-də əmək bazarı ilk həyəcan təbilini çaldı. Səhmlərin əksəriyyətinin satışı nəticəsində (6,1 mln) səhmlərin qiyməti aşağı düşdü. 24 oktyabrda (qara cümə axşamı adlandırılır) Nyu York fond birjasında qiymətlər aşağı düşməyə başladı. Vəziyyəti yaxşılaşdırmaq məqsədilə bir neçə bank səhmlərin qiymətini stabilləşdirmək üçün əhəmiyyətli məbləğ topladılar və bazara alıcı kimi çıxdılar. Bir neçə günlüyünə səhmlərin qiymətini yyuxarı səviyyədə saxlamaq mümkün olsa da 29 oktyabrda (qara çərşənbə axşamı) vəziyyət yenidən pisləşməyə başladı. Nəticədə bir çox şirkət iflasa uğradı, zəncirvari şəkildə böhran bütün iqtisadiyyatı bürüdü. Ilk olaraq orta təbəqənin mümayəndələri maliyyə böhranına uğradılar – birja oyununda iştirak edən xırda burjua, ixtisaslı işçilər, varlı fermerlər idi. Domino prinsipinə əsasən böhran bank, müəssisə, ayrı ayrı zəngin, nüfuzlu şəxsləri bürüdü. Böyük depressiya on milyonlarla insanları əhatə edirdi. Hətta insanların psixologiyası və dünya görüşünə də tədir etdi artıqinsanlar arasında belə fikir formalaşmışdı – insanlar \1929 cu ilə qədər\ və \1929-cu ildən sonra\ danışacaqlar. Sosial nəticələri daha ağır idi. Fermerlər torpaq sahələrini itirirdilər, ev sahibləri evlərindən məhrum olurdular, özlərinin biznesi olanlar işsiz qalaraq əmək bazarına üz tuturdular. Istənilən yerlərdə, qara işlərdə çalışırdılar. əmək probleminin araşdırılması üzrə amerika assossiasiyası işsiz qalan əhalinin 17 milyondan çox olduğunu bildirirdi. Təxminən 2,5 milyon əhali evsiz, sığınacaqsız qalmışdı. 135 min şirkət iflasa uğradı. 1929-1933 cü illərdə 900 minə yaxın fermer təsərrüfatı iflasa uğradı. 20-ci illərin əvvəllərində ABŞ-da 30minə yaxın bank var idi. 1932-ci ilin oktyabrında Nevada ştatı öz ərazisindəki bütün bankları bağladı. Miçiqan ştatı da iflasdan qurtulmaq üçün bütün bankları bağladı. Ardıcıl olaraq bir çox ştat bu addımı atdı. İSLAHAT İDEOLOGİYASI 1933-cü il martın 4-də F.D.Ruzvelt öz vəzifəsinin icrasına başladı. Holland əsilli amerikalı idi və Teodor Ruzveltin uzaq qohumu idi. Ruzvelt fəaliyyətində \beyin trestinə\ arxalanırdı. Dövrün görkəmli alim və mütəxəssislərindən ibarət olan trest 1932-ci ildə onun seçki kompaniyası vaxtı yaradlmışdı. O, T.Ruzveltin \yeni millətçilik\ və V.Vilsonun \yeni azadlıq\ iqtisadi siyasi konsepsiyanın sintezini etməyə nail olmuşdu. Sosialzm və faşizmin alternativ kimi düşünüldüyü dövrdə Ruzvelt kapitalizmin xilsakarı kimi çıxış edirdi. Ruzvelt gözəl natiqlik qabiliyyətinə malik idi və dövlətin siyasəti, aparılan islahatlar haqqında geniş məlumat verirdi. Tez-tez radioda çıxış edərək əhalini məlumatlandırırdı. Amerika burjuaziyası əhəmiyyətli dərəcədə daxili bazara əsaslanırdı. Ruzveltdən əvvəlki prezident Huver vəziyyətin öz-özlüyündən düzələcəyini çıxışlarında qeyd edirdi və ciddi iqtisadi tədbirlər görmürdü. Herbert Huver əhalini səbrli olmağa çağırır və hər çıxışında söz verirdi ki iqtisadiyyatın canlanması tezliklə başlayacaq. Lakin böhran daha da dərinləşirdi və inqilabi qərarlar qəbul etmək zamanı idi. Ruzvelt deyirdi, "elə zamanlar olur ki qayda və prinsipləri pozmaq olmaz, lakin elə zaman da olur ki, qaydalara riayət etmək təhlükəlidir". Huver individuallığın saxlanılmasının tərəfdarı idisə, Ruzvelt daha ciddi tədbirlərin görülməsinə, hökumət dairələrini "iqtisadi piramidanın ayaqları altında unudulan amerikalı" nəzər salmağa çağırırdı. Aparılan islahatların kökündə kapitalizmin sosiallaşması (konvergensiya) dururdu. Bu islahatların aparılmasında dövlətin rolunun güclənməsi, dövlət xərclərinin artması, antiinhisar tədbirlərinin görülməsi dayanırdı. Ruzvelt dövlətin sosial məsuliyyəti haqqında inqilabi fikirlər söyləyirdi. O, 1932-ci il San Fransiskoda çıxışında deyirdi \hər insanın yaşamaq haqqı var, bu o deməkdir ki, kifayət qədər təmin olunmuş həyat şəraiti onun haqqıdır. Öz əməyi sayəsində Ehtiyaclarını ödəyə bilmək üçün hökumət vətəndaşa şərait yaratmalı, imkanlar təqdim etməlidir\. Ümummilli birlik və sosial dünya çağırışlarında o deyirdi – yeni kurs bütün cəmiyyəti semetləməyə istiqamətlənib. Yəni zəngin və yoxsulları azad vətəndaşların könüllü qardaşlığında birləşdirməyə və ümumi rifaha yönəlib. Ruzvelt vəzifəsinin icrasına başlayan kimi prezidentin səlahiyyətlərinin genişləndirilməsi üçün belə fikir söyləmişdi \əgər düşmən ölkəyə hücüm etsəydi prezidentə hansı əlavə səlahiyyətlər veriləcəkdisə bu vəziyyətdə də geniş səlahiyyətlər icraedici orqana verilməlidir\. Ruzvelt administrasiyası vəzifəsinin icrasına qeyri adi tədbirlərin görülməsi ilə başladı. 9 martda Konqresin xüsusi sessiyası fəaliyyətə başladı və 3 aydan çox fəaliyyətinə davam elədi. ABŞ iqtisadiyyatına ciddi təsir göstərən bir neçə mühüm qanun qəbul etdi və bununla da Yeni Kursun əsası qoyuldu. Bu dövr "ilk 100 gün" adını aldı. Əsas məqsəd ABŞ-ın maliyyə sisteminin böhrandan çıxması və stabilləşməzi idi. Yeni kurs siyasətinin əsasında iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun gücləndirilməsi dayanırdı. Ruzveltin ilk addımlarından biri 6 martda bir həftəlik "bank tətillərini" elan etdi. Bir həftə ABŞ-ın bütün bankları bağlandı. Bank sisteminin təmizlənməsi məqsədilə ümumi təftiş aparıldı. Iflasa uğramayan banklar öz fəaliyyətlərinə davam etmək hüququ qazandılar. 11 martda mətbuat qarşısında, 12 martda isə radioda çıxış edərək hökumətin böhrandan çıxış yollarını və tədbirlərini izah etdi. 15 martda bankların 30 faizi açıldı. Bu tədbirlər nəticəsində bank sisteminin möhkəmlənməsinə nail olundu. Vəziyyətin yaxşılaşdırılması məqsədilə mühüm qanunlar qəbul edildi. Onlardan biri 21 iyunda qəbul edilən Qlas-Stiqal qanunu idi. Kommersiya banklarına qiymətli kağızlarla işləmək qadağan olunurdu. Bu hüquqa yalnız ixtisaslaşmış maliyyə təşkilatları malik idi. Bu qanuna əsasən kredit birjalarına da reqlament qoyuldu. Sənayenin dirçəlməsi haqqında qanunlar Ilk 100 gün iqtisadiyyatın strukturunun möhkəmlənməsinə yönəlmişdi – banklar möhkəmlənir, iri fermer təsərrüfatları, iri müəssisələr imtiyazlar qazanırdılar. Istehsalatın normallaşmasına istiqamətlənən tədbirlər öz əksini 1933 cü il iyun ayında qəbul olunan Sənayenin Bərpası haqqında milli qanunda tapdı. Qanunun əsasını 1931-ci ildə \General Electric\ kompaniyasının prezidentinin təklif etdiyi plan təşkil edirdi. Bu plan ABŞ-ın Ticarət Palatası tərəfindən qəbul edilmişdi. Bu plana əsasən bütün müəssisə sahibləri "düzgün rəqabət kodeksi"ni hazırlamalı idi. Bu kodeksdə istehsalatın həcmi, şəraiti, qiymətlərin minimal səviyyəsi qeyd olunmalı idi. Qanunun 7-ci bəndi sosial xarakterli tədbirləri əhatə edirdi. Iş həftəsinin müddətinə məhdudiyyətin qoyulması, mütləq minimum əmək haqqının müəyyənləşməsi qeyd olunurdu. Eləcə də həmkarlar ittifaqının yaradılması hüququ elan olunurdu.