İstərəm

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
[[../]]

Mənə uzaqları görsətməyin siz
Mən bu sahillərə baxmaq istərəm
Qalıb özlüyümdə təkliyimdə mən,
Mən bu sahillərdə ölmək istərəm.

Yalnızlıq ürəkdə tənhalıq məndə,
Sevgidən üzülmüş bir qəlbdir məndə.
Saflıqdan yoğrulmuş azəriliklə,
Mən bu sahillərdə qalmaq istərəm.

Nə edim şairlik gen düşüb məndən.
Sadəcə bilirəm, sevgidən məndə
Yaranıb bir arzu yaranıb istək
Yaradım səninlə, yazım səninlə.

Tarix: 2008
Müəllif: Paradoks