İstifadəçi:54310amil

Vikikitab, açıq dünya üçün açıq kitablar
                                                Latın dili
                                           Latın dili!
                                           Hər sözündə dünya boyda yük daşıyır ,
                                           Latın dili!
                                           Millət ölüb, dil yaşıyır.
                                           "Ana" deyən, "torpaq" deyən, "Vətən" deyən 
                                           yox bu dildə.
                                           Ancaq yenə yaşar bu dil.
                                           Sabah bizim ərzimizin
                                           Sərhədindən o yana da
                                                    Qoşar bu dil.
                                           Bəlkə... bütün ulduzlar
                                                    gəzər bu dil.
                                           Döyüşlərdə zəfər çalıb
                                           Ölən ərə bənzər bu dil.
                                           Vətəni yox, 
                                           Milləti yox.
                                           Yaşar özü .
                                           Elmlərin təməlidir
                                           Əvvəl sözü, axır sözü
                                           Kim deyir ki, ölüdür bu?
                                           Həkimlərin, 
                                           Alimlərin,
                                           Loğmanların dilidir bu.
                                           Bu dil ilə hesablanır ay da, il də.
                                           Çiçəklərin,
                                           Böcəklərin,
                                           Küləklərin ,
                                           Fələklərin,
                                           Adlarını yazın alim
                                                    Ölü dildə
                                           Kim deyir ki, ölüdür bu? 
                                           Ölülərin dili deyil,
                                           Dirilərin dilidir bu.
                                           Atlantika sahilində
                                           Coşa-coşa,
                                           Daşa-daşa:
                                           -Mən azadam, mən xöşbəxtəm,-
                                           Deyir natiq yad dilində.
                                           Söylə, natiq,
                                           İndi nəyə inanaq biz-
                                           Qulağamı,
                                           Ya gözəmi?
                                           Əmələmi,  
                                           Ya sözəmi?
                                           "Mən azadam, müstəqiləm" sözlərini
                                           Öz dilində deməyə də
                                           İxtiyarın yoxsa əgər, 
                                           De kim sənə azad deyər?...
                                           Komalarda dustaq olub 
                                                    ana dilin?
                                           Böyük-böyük məclislərdə
                                           İtirilib ilim-ilim?..
                                           İclaslarda bir kəlməsi, sözü yoxdur.
                                           Bəlkə... onun böyük, rəsmi məclislərə
                                           Çıxmaq üçün üzü yoxdur?
                                           ...Sən dərdə bax,
                                           Vətən də var, 
                                                    Millət də var,
                                                    Ancaq onun dili yoxdur.
                                           Elə bil ki,
                                           Güzgü kimi, hamar, şəffaf royalın var
                                                    dili yoxdur...
                                           İndi söylə,
                                           Hansı dilə ölü deyək?
                                           Vətən varkən,
                                           Millət varkən,
                                           Kiçik, yoxsul komalarda
                                                    dustaq olan bir diləmi?
                                           Yoxsa uzun əsrlərdən
                                                    keçib gələn,
                                           Xalqı ölən,
                                           Özü qalan bir diləmi?
                                                                                     
                                                                          
                                                                                       Bəxtiyar Vanabzadə