İstifadəçi:Anar Məcidzadə (Anar Feyruz oğlu Məcidzadə)

Vikikitab, açıq dünya üçün açıq kitablar
(İstifadəçi:Anar Feyruz oğlu səhifəsindən yönləndirilmişdir)


HƏYATI:

Anar Feyruz oğlu Məcidzadə 5 oktyabr 1988-ci ildə Göyçay rayonunda anadan olub.

Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının üzvü, Həsən bəy Zərdabi adına Cəmiyyətin fəxri üzvü, "Qızıl Qələm" mükafatı laureatı və Prezident təqaüdçüsüdür. Əslən Şamaxıdan övliya (seyid) Eyyub babanın nəslindəndir, eləcə də milli mətbuatımızın və milli teatrımızın əsasını qoyan Həsən bəy Zərdabinin əmisinin nəvəsidir. Bakı Asiya Universitetində və Bakı Slavyan Universitetində ali təhsil alıb, ixtisasca filoloqdur. 2010-2011-ci illərdə Tərtər və Ağdam rayonlarında həqiqi hərbi xidmətdə olub. Ailəlidir.


ƏMƏK FƏALİYYƏTİ:

2006-2010-cu illərdə "Səs" qəzetində müxbir, 2012-2015-ci illərdə Lent.az İnformasiya Agentliyində müxbir, 2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifəsində işləyib, 2016-cı ildən DQİDK-da baş məsləhətçi vəzifəsində çalışır. Dövlət qulluğunun kiçik müşaviridir. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


YARADICILIĞI VƏ MÜKAFATLARI:

1998-ci ildən bədii yaradıcılıqla məşğuldur. Onlarla kitab və məqalənin müəllifidir.

Kitabları:

1. "Dünyada sözüm qalar" (2005)

2. "Heydər zirvəsindən başlanan yol" (2009)

3. "Dərsliklər haqqında" (2013.İlham Tumasla birgə)

4. "Dini radikalizmlə mübarizə və gənclər: İmkanlar və perespektivlər" (2017. Orxan Maşayevlə birgə)

5. "Seçilənlər" (2018)

6. "Vətən sevgisi" (2019)

7. Sevgi yağışları" (2023)

Mükafatları:

1. "Qızıl Qələm" mükafatı laureatı (2014)

2. Təhsil nazirinin əmri ilə Təhsil Nazirliyinin Fəxri diplomu (2014)

3. Prezident təqaüdçüsü (2017)

4. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmri ilə Fəxri Fərman (2022)