İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv/1

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Crystal ksmiletris.pngXoş gəlmisiniz, Araz Yaquboglu/Arxiv/1!

Salam, Araz Yaquboglu/Arxiv/1, tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan WikiBooks layihələrinin Azərbaycan dilindəki versiyası -VikiKitaba xoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, VikiKitab hər kəs üçün azad məkandır.
  • VikiKitabın yazı üslubu sadədir. Məqalələrin informasiya verici və bitərəf olmasına diqqət yetirin. Bir neçə cümləlik qaralama məqalələr yazmaqdan çəkinməyin. Vikikitab istifadəçiləri bir-birlərinin başlatdığı məqalələri zamanla zənginləşdirirlər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya Signature button.png imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Nuvola apps important yellow.svg
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Emin | mesaj 07:28, 22 fevral 2014 (UTC)

Vikikitab-Vikimənbə[redaktə]

Salam İradə xanım. Hərdən istərəm ki, vaxtım olduqca burada da redaktələr edim. Lakin hələlik mənə Vikikitabın və Vikimənbənin nə kimi fərqlərinin, hansı tipli məqalənin harada olması aydın deyil. Kifayət qədər eyni məzmunlu, eyni tipli məqalələr hər iki ensiklopedik saytda var. Məlumat versəz şad olardım. --Araz Yaquboglu (talk) 10:01, 24 fevral 2014 (UTC)

Salam Araz müəllim. Sizi Vikikitabda görmək mənə çox xoşdur. Ümid eirəm ki, bu layihənin zənginləşdirilməsində yardımınızı əsirgəməyəcəksiniz. Vikikitab və Vikimənbə arasında fərqə gəldikdə isə: Vikimənbədə nəşr olunmuş kitablar saxlanılır. Vikikitabda isə kitabları biz yaradırıq: burada elmi kitablar, monoqrafiyalar, uşaqlar üçün kitablar yaratmaq olar. Müəlliflər kitabı, hər hansı institut haqqında kitab və s. Vikimənbə kitablar artıq nəşr olunmuşdur və onların məzmununu dəyişdirmək olmaz. Vikikitabda isə kitabların məzmununu dəyişdirmək olar. Vikikitabda kitab əsasən kateqoriya olur, onun bölmələri isə məqalələr və altkateqoriyalar. Məsələn, "Kulinariya kitabına" baxa bilərsiniz. Ola bilər ki, yazıçının çap olunmuş və çap olunmayan əsərləri var. O öz əsərlərinin burada bir kitab şəklində toplaya bilər. Hörmətlə, --Irada (talk) 11:32, 24 fevral 2014 (UTC)

Vikikitab sözü[redaktə]

İradə xanım bəzi kateqoriya və səhifələrdə Vikikitab bəzilərində isə VikiKitab yazılışına rast gəldim. Bunun hansı doğrudursa dəyişdirib elə edək. Məsələn: VikiMənbə belə yazılır, Vikipediya isə belə. --Araz Yaquboglu (talk) 09:24, 12 dekabr 2014 (UTC)

Əslində Vikikitab olmalıdır. Mən VikiKitab yazılanların bir hissəsini dəyişdim. Amma sonradan metada nasazlıqlar oldu, oradakı idarəçilərdən biri başladı burada Vikikitabları Vikibooksla əvəz etməyə. Mən razı olmadım. Problem hələ ki, aktual olduğundan dəyişdirmirəm. Məsələn, kənd meydanının adını dəyişdirdim, amma köhnə versiya bərpa olunmadı. Onların sistemlərində nəsə düz deyil. Buradakı məqalələrin müzakirə səhifələrinə daxil olsanız, sizə hər şey aydın olar. --Irada (talk) 12:47, 16 dekabr 2014 (UTC)

İradə xanım salam. Bəzi Vikikitabla bağlı səhifələrdə problemlər var. Belə ki məqaləni oxumaq olur amma daxil olmaq istəyəndə yönləndirmə göstərir. Mən 1-2 məqalədə oxunma vəziyyətində kopi edib yenidən həmin başlıqda məqalə yaratdım. Bu zaman problem olmur. Və normal işləyir. Siz necə düşünürsüz bəlkə belə edib bütün problemli səhifələri yenidən düzəldək. --Araz Yaquboglu (talk) 13:51, 21 dekabr 2014 (UTC)

Salam Araz müəllim. Siz bilən məsləhətdir. Təcrübəli admin kimi mən sizin düzgün həll yolu tapdığınıza əminəm. Hörmətlə --Irada (talk) 07:00, 25 dekabr 2014 (UTC)