İstifadəçi müzakirəsi:Book2016

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Crystal ksmiletris.pngXoş gəlmisiniz, Book2016!

Salam, Book2016. Tamamilə könüllü istifadəçilərin səyləri ilə 89 dildə yaradılan WikiBooks (Vikikitab) layihələrinin Azərbaycan dilindəki versiyasıVikikitaba xoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Mövcud mətnləri redaktə etmək və ya yeni mətn və ya kitab yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikikitab hər kəs üçün azad məkandır.
  • Vikikitabın yazı üslubu sadədir. Mətnlərin informasiya verici və bitərəf olmasına diqqət yetirin. Bir neçə cümləlik qaralama mətnlər yazmaqdan çəkinməyin. Vikikitab istifadəçiləri bir-birlərinin başlatdığı mətnləri zamanla zənginləşdirirlər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya Signature button.png imzanızı atmağı unutmayın.
  • Mövzu seçimində çətinlik çəkirsinizsə, aşağıdakı səhifələr sizə kömək edəcək:
  • Yaratmaq istədiyiniz mətnin adını aşağıdakı xanaya daxil edin və "Mətn yarat" düyməsini basın.

Nuvola apps important yellow.svg
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Araz Yaquboglu (müzakirə) 14:52, 4 noyabr 2016 (UTC)

Bizim institut haqqında kitab[redaktə]

Salam, Araz müəllim. Mən Vikikitabda İdarəetmə Sistemləri İnstitutu haqqında kitab yaratmaq istəyirəm. Onun şöbələri, fəaliyyəti, tarixi və s. Mən bunu necə edə bilərəm? əgər mümkünsə mənə kömək edin. — Bu imzasız yazı Book2016 (müzakirəfəaliyyət) tərəfindən əlavə edilmişdir.

Salam Book2016. Vikipediyada w:AMEA İdarəetmə Sistemləri İnstitutu adlı məqalə var. Əlavə və dəyişikliklərinizi orada etməyiniz məsləhətdir. Vikikitabda özünüz yaratdığınız kitabları və mətnləri əlavə edə bilərsiniz. İnstitutun şöbələri, fəaliyyəti, tarixi və s. haqqında orada yazın. Burada İnstitut alimlərinin biblioqrafiyalarını yarada bilərsiniz. Məsələn belə: Rasim Əliquliyev/Biblioqrafiya. Fəaliyyətinizdə sizə uğurlar. --Araz Yaquboglu (müzakirə) 14:52, 4 noyabr 2016 (UTC)