Məzmuna keç

Resept:Şərab

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Şərab səhifəsindən yönləndirilmişdir)

Hazırlanması

[redaktə]

Şərabın hazırlanma prinsipi adi qaydadadır. Bu içkinin hazırlanması zamanı iki dəfə qaynadılır və palıddan hazırlanmış çəlləklərə yığılırdı. Lakin bu şərablara daha sonradan xüsusi nüanslar əlavə edildi və etiketlər meydana gəldi. Əgər öz texnologiyanızı əvvəldən sona qədər düz qurursunuzsa bu zaman sizin yüksək səviyyəli qiymətiniz də olacaqdır, hansı ki, şərabın butulkasının üzərində bunlar da göstərilir. Yaxud da bunun əksi ola bilər yəni ucuz olan markalar. Beləliklə bu növdə olan şərab hazırlanma qaydası nəsildən nəsilə keçməyə başladı, nəticədə onlara məlum olan sirlər, ustalıq bacarığı da gizli saxlanılır və yalnız öz işlərində istifadə edilir. Şərab üçün nəzərdə tutulan üzümün tərkibi də dəyişik olmalıdır, yəni xüsusi sorta malik olan üzümdən ibarət olub bir – birindən 3 metr aralıda əkilməlidir. Məhsulu ildə bir dəfə yığırlar – oktyabrın birinci yarısında. Bir çoxları bu zaman əl əməyindən istifadə edirlər, lakin çox vaxt maşınlardan yararlanırlar. Bundan sonra preslərə verilir və əldə edilən şirələr şəkər qatılmadan hazırlanır. Təxminən 3 həftədən sonra gənc içki Blanc de Blanc özünün 8% alkoqol tərkibi ilə iki dəfə sərt hesab olunur.

Bu formada şərab spirti meydana gəlir. Bundan sonra spirtləri palıddan olan çəlləklərə yığılır, 270 – 450 litrə kimi yığmaq mümkündür. Həmçinin diqqət yetirmək lazımdır ki, 15 dərəcəyə malik olan dəyişilməz temperaturda qalsın. Spirt tam öz formasını almalıdır, bu hal 2 ildən 50 ilə qədər davam edə bilər. Çünki bu meyvənin növündən asılı olaraq dəyişir. Yalnız bundan sonra həmin içkini şərab adlandırmaq olar. Palıddan olan çəlləklərdə saxlanılan spirt müəyyən müddət sonra öz həcmini itirir və palıd məmulatı içkiyə spesefik qoxu, rəng və dad qazandırır. Uzun müddət saxlandıqca şərab da öz keyfiyyətini daha da artırır. Fransada palıddan olan çəlləklərin hazırlanması üçün yalnız Tronçais meşəsinin ağaclarından istifadə olunur, hansı ki, burada yerli Allier böyüyür. Bu meşənin palıdları xırda dənəlidir və nəticədə çox saxlanılması üçün uyğundur. Bu növdə olan çəlləklərə tələbat çoxdur, çünki onlar bərk olmalıdır, yaşlı palıd olması nəticəsində isə şəraba daha yaxşı dad və qoxu verir. Deməli çəlləklər yalnız qədim və yaşlı palıddan hazırlanmalıdır, xüsusən həmin ağacların nazik hissələrindən.

Xarici keçidlər

[redaktə]