Resept:Ət piroqu

Vikikitab saytından
(Ət piroqu səhifəsindən yönləndirilmişdir)
Keçid et: naviqasiya, axtar


Tərkibi[redaktə]

Xəmir üçün[redaktə]

  • 1 ç.q. quru maya
  • 1 x.q.şəkər
  • duz
  • 1 yumurta
  • 250 ml ilıq süd
  • 200 qr. kərə yağı
  • 500 qr. un

İç üçün[redaktə]

  • 2 ədəd baş soğan
  • 500 qr qiymə (mal ətindən)
  • duz, istiot

Hazırlanması[redaktə]

Dərin bir qabda yumruta, şəkər, duz, kərə yağı, süd qarışdırılır, yavaş-yavaş un əlavə edilərək xəmir yoğrulur və gəlməsi üçün üstü örtülərək bir kənara qoyulur. İç üçün soğan, qiymə qovrulur. Duzlanır və istiot vurulur. Sonra hamısı qarışdırılır və soyuması üçün qoyulur.

Xəmir yayılır, 2 yerə bölümür. daha böyük kündə dördbucaqlı formaya gətirilir. Yayılmış xəmir yağlı kağız üzərində duxovka listinə qoyulur, xəmirin ortasına iç qoyulur. Xəmir kənarlardan qaldırılıb. Digər kündə yayılaraq iç qoyulmuş birinci xəmirin üzərinə qoyulur. Xəmirlərin kənarları birləşdirilir. Üstdən 3-4 yerdən çəngəllə deşilir ki, hava çıxsın və duxovkaya qoyulur.