Resept:Əzgil turşusu
Görünüş
(Əzgil turşusu səhifəsindən yönləndirilmişdir)
Əzgil turşusu — Azərbaycan mətbəxində geniş istifadə olunan turşu növlərindən biri.
Tərkibi
[redaktə]2 kq. əzgil, 1 kq. toz şəkər, 2 ədəd limon suyu, 2 litr su.
Hazırlanması qaydası
[redaktə]Əzgillər əvvəlcə suda yuyulur, suyu süzüldükdən sonra bıçaqla dörd bir tərəfindən 2 sm uzunluğunda kəsilir. Daha sonra 1 litr suya toz şəkər və limon suyu əlavə edilir və əriyənə qədər qarışdırılır. Əzgillər qaba boşaldılır. Hazırlanan şəkər qarışığı əzgillərin üzərinə əlavə olunur və ağzı sıx bağlanılır. 15-20 gündən sonra əzgil turşusu hazır olacaq.[1]
İstinadlar
[redaktə]Xarici keçid
[redaktə]- [2]Əzgil turşusu.