Aişənin erkən evliliyi

Vikikitab saytından
Jump to navigation Jump to search

Əbu İman Əbdür-Rəhman Robert Skvörs

Müsəlmanların cavabları-Orlando, Florida, Müəllif hüquqları qorunur

Rəhimli və Mərhəmətli Allahın adi ilə başlayıram[redaktə]

Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hələ gənc çağında ikən Əbu Bəkirin (Allah ondan razı olsun) qızı Aişə (Allah ondan razı olsun) ilə evliliyi Qərb dünyasında tənqid atəşinə tutulmağa davam etməkdədir. Əfsuslar olsun ki, lazer sistemi ilə işləyən bombalar, MTV və Big Macların olduğu Neo-Müstəmləkə Əsrində müsəlman olduğunu bildirənlərdən bəzi qismləri tənqidçi olmuşdurlar. Demək olar ki, ətrafdakı hər kəsin canına hopan Qərb dünyasının sözdə “ümumdünya” azadlıq dəyərlərinin qüdrətli gücü ilə üzləşən müsəlmanlardan bir çoxu islamda “insana xəcalət gətirən” bu cür məsələləri müzakirə etməkdən utanaraq uzaq durmuşlar. Şübhəyə yer qoymayan bir həqiqət də budur ki, Avropa gücləri hərçənd müsəlman ölkələrindən öz müstəmləkəçi ordularını çıxarıb həmin ölkələrə “müstəqillik” bəxş etsələr də, əvvəlkindən daha betər bir bəlanı tərk edərək bu müstəmləkə ənənəsini davam etdirməkdədirlər. Bu bəlanın adı isə “Ağılların Zəbt Olunmasıdır” və təhlükəsi əvvəlkindən daha böyükdür, çünki olduqca incə bir məsələdir. İnşəallah bu məqalə ümid edirik ki, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyinə dair sadəcə obyektiv faktlara işıq salmaq faydası ilə yetinməyəcək, eyni zamanda İslam və “müasir” həyat baxışlarını nəzərə alaraq məsələlərə yanaşmalar barədə oxucularımızı məlumatlandıracaqdır.

Bunu təəssüflə qeyd etməliyəm ki, Qərb dünyasında İslamın həqiqətini insanlara təbliğ etməyə çalışanlar şərqşünas W.Montqomeri Uatın aşağıdakı fikri ilə əksər vaxt razılaşmalı olurlar:

“Dünyaya gəlib-getmiş bütün dahi şəxslər arasında ən çox iftira edilən Məhəmməd olmuşdur.” (1)[redaktə]

Lakin burada biz, mövzunun rəngarəngliyi xatirinə, Qərbli insanının aldadılaraq islam adı altında onlara sırınan sözdə “Şeytan Ayələri” insidenti kimi mötəbər olmayan və yaxud uydurma hadisələri deyil, İslam tarixinin mötəbər ənənələrini özündə əks etdirən məsələləri müzakirə edəcəyik. Əlli yaşına varan bir kişinin, belə gənc yaşda olan bir qız ilə evlənməsi-əlalxüsus da onun təqva, saflığın parlaq nümunəsi olacaq bir şəxsiyyət olduğunu nəzərə alsaq-nəinki bir çox “müasir” Qərb insanının bunu qəbul etməsində çətinlik yaradır, onlarda bunu iyrənc “cinsi pozğunluq” kimi ittiham edərək fitnə püskürdəcək bir dərəcəyə çatmışdır. Bu cür tənqidlər qarşısında müsəlmanların buna reaksiyası heç də yetərincə olmayıb. Xeyli sayda müsəlmanın “Qərblilik” xəyalları ilə zəhərləndiyi və Avropalıları demək olar ki, hər bir şeydə təqlid etməyə hazır olduğu ötən əsrdə, müsəlmanların bu ittihamlara qarşı adəti reaksiyası iddia edilən “insana utanc gətirən müşkül”ü rəvayət edən mənbələri inkar etmək olmuşdur. Yalnız Quranda buyurulmuşdursa bu halda hüquqi hökm islam baxımından etibarlı sayılır deyə iddia edən “Çağdaş” müsəlmanlar üçün Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyatının bu aspektini bir kənara itələmək daha asan yol olaraq görünmüşdür. Onlar sadəcə belə bir şeyin baş verdiyini təkzib etmiş və bundan xəbər verən mənbələrə hücum etmişdirlər. Xoşbəxtlikdən, “İslamın Ankl Tomlar” ının (“riyakar quyruqların”) bu cür müdafiə mövqeyi üfüqlərə dalaraq get-gedə solmuşdur. Bununla belə, müsəlmanlardan bir çoxu özlərini Əhli Sünnənin mənsubları hesab etdikləri halda, mötəbər islam qaynaqlarını bir kənara itələyərək problem kimi gördükləri məlum məsələni həll etməyə çalışırlar. Görünür bir çox müsəlman isə bu məsələnin mötəbər olub-olmadığını, əgər mötəbər isə məsələnin həqiqətini necə başa düşmək üçün bunun arzusundadırlar.


Aişənin evliliyi haqqında İslamın mötəbər qaynaqlarından iqtibas edilən sübut və dəlillər[redaktə]

Bir çox müsəlmanın aşkar cahilliyi səbəbindən və yaxud bəlkə də yuxarıda qeyd etdiyimiz “müasir üzrxahlıq” ədəbiyyatını oxuduqlarından, İslamın mötəbər mənbələrinə baxdıqda görürük ki, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) ərə getdiyi yaş həddi təbii və məntiqidir. Beləliklə də, faktların təhlilinə keçməzdən öncə, islamda məsələyə dair mötəbər dəlillərin nə söylədiyini gəlin bir yerdə müəyyən edək. Bu məqamda, qeyd etmək yerinə düşür ki, Aişənin (Allah ondan razı olsun) yaşı barədə “Quranda yoxdur” söyləmək İslama görə tamamilə yersiz bir iddiadır. Belə ki, İslam dininin mətn mənbələri həm Qurani Kərim, həm də Sünnədən ibarətdir. Və bunu bizə Qurani Kərim özü bildirir. İslamda Sünnənin yeri barədə daha ətraflı məlumat öyrənmək istəyənlər və buna ehtiyac duyanlar Suheyb Həsənin “Sünnə barədə ilkin məlumatlar” adlı kitabına müraciət edə bilərlər.

İndi isə gəlin baxaq görək İslamın mötəbər qaynaqlarında məsələ barədə faktiki olaraq nə deyilir. Səhih əl-Buxaridə bu məsələyə dair dörd, Səhih Müslimdə isə üç hədisin rəvayət olunduğu və bu hədislərdə açıq-aydın şəkildə Aişənin (Allah ondan razı olsun) Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə nikah əqdi bağlayarkən “doqquz yaşında olduğu” həqiqəti ola bilsin ki, bəzi “çağdaş”“mədəni” müsəlmanları məyus etsin. Bu hədislərin hamısı, mətndəki azca bir fərqlilik ilə” aşağıdakı kimidir:

“Aişə, (Allah ondan razı olsun), rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) o altında yaşında ikən ona ad elədi (adaxlandı) və doqquz yaşında isə onunla nikah əqdi bağladı, onunla doqquz il ömür sürdü. Səhih əl-Buxari, Cild 7, Kitab 62, Hədis 64

Səhih əl-Buxari əsərindəki dörd hədisdən ikisini Aişə (7:64 və 7:65) (Allah ondan razı olsun), birini Əbu Hişam (5:236), digər birini isə U`sra (7:88) rəvayət edir. Səhih Müslimdəki hədislərin üçünü də Aişə (Allah ondan razı olsun) rəvayət edib. Bundan əlavə, hər iki kitabdakı hədislərdə yekdil rəy vardır ki, Aişə (Allah ondan razı olsun) “altı yaşında ikən” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu ad etmiş. Lakin yalnız “doqquz yaşında ikən” kəbin (nikah əqdi) kəsilmişdir. Üstəlik, hədisin eyni mətnini Əbu Davud “Sünən”ində rəvayət edir. Bunu söyləməyə lüzum yoxdur, lakin bu dəlil-İslama əsasən danışsaq-bütünlüklə güclüdür və bunları təkzib edən müsəlmanlar sadəcə öz “əqli vicdanını”, saf imanını və yaxud hər ikisini fəda etməklə bu cür addım atırlar.

Bir halda ki, məsələyə dair dəlillər öz yerini tapdı, iman gətirmiş müsəlmanlar arasında Aişənin (Allah ondan razı olsun) yaşı barədə müzakirəyə artıq yer qalmır. Kimsə peyda olub ərəb dilində “doqquz yaş” sözünün “doqquz yaş”dan başqa bir mənaya gəldiyini sübuta yetirmədikcə, biz hamılıqla Aişənin (Allah ondan razı olsun) “doqquz yaşında” olduğu barədə inancımızda yəqin olmalıyıq. (Sanki bunun başqa cür olduğuna inanmaqda bir hikmət və yaxud buna ehtiyac var!? Bu faktlara rəğmən, hələ də bəzi müsəlman müəlliflər birtəhər (?) Aişənin (Allah ondan razı olsun) yaşını artıraraq Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) ərə getdiyi zaman “on dörd yaşında” olduğunu söyləmişdirlər. Bununla belə onlardan heç kimin heç bir sübut-dəlil gətirə bilmədiklərini və yaxud öz fikirlərini əsaslandırmaq üçün isnad etdikləri bir mənbəni göstərməkdə aciz qaldıqları sizə heç də təəccüblü gəlməsin. Bunu biz tam əminliklə deyə bilərik, çünki sözsüz ki, onlardan heç biri İmam Buxari və Müslimin hədis toplusundan daha mötəbər mənbələr ilə çıxış edə bilməzlər! Apardığımı araşdırmanın nəticələrinə əsaslanaraq belə düşünürəm ki, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) evliliyi zamanı “on dörd və yaxud on beş yaşında” olduğunu iddia edənlərin söykəndiyi ümumi bir mənbə vardır. Bu mənbə də “Dahi Müsəlmanların Tərcümeyi Halları” adlı əsərdir. Bu əsər kitab şəklində, CD formasında nəşr olunub və internetdə bir neçə səhifələrə yerləşdirilib. Mənbələrə müraciət etməyin nə üçün mühüm olduğuna dair sadəcə başqa bir nümunə verdik...


Peyğəmbərin Perspektivdə Evlilikləri[redaktə]

Bütün bunlara biz perspektivdə yanaşsaq-yersiz üzrxahlığa baş vurmadan-burada hər kəsin bilməsi lazım olan birinci məsələ budur ki, Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) birinci deyil, üçüncü zövcəsi olub. Bundan öncə, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) iyirmi dörd il boyunca birinci və yeganə zövcəsi Xədicə bint əl-Xüveylid (Allah ondan razı olsun) olmuşdur və Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) yaşca təxminən on doqquz yaş böyük idi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Xədicə (Allah ondan razı olsun) ilə ailə qurarkən özünün iyirmi bir, Xədicənin isə qırx yaşı var idi. Belə ki, bu yaş həddini belə demək doğru olarsa kişinin “cinsi inkişaf” dövrü adlandırmaq olar. Dünyasını dəyişənədək Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yalnız onunla evli qaldığı, başqa birisi ilə evlənmədiyi yeganə qadın Xədicə (Allah ondan razı olsun) olmuşdur. Xədicənin (Allah ondan razı olsun) vəfatından sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qırx altı yaşında ikən ikinci zövcəsi Sevda bint Zəm`a ilə ailə qurdu. Məhz bu ikinci evlilikdən sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə kəbin bağladı. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ən yaxşı sirdaşı və sadiq soydaşlarından, ardıcıllarından biri Əbu Bəkrin (Allah ondan razı olsun) qızı idi. Əbu Bəkir (Allah ondan razı olsun) islamı ən erkən qəbul edənlərdən idi və ailələri bu nikah ilə birləşdirməklə özü ilə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) arasında olan bu dərin sevgi bağlarını möhkəmləndirməyi ümid edirdilər. Əbu Bəkirin (Allah ondan razı olsun) qızı Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) nikahı Peyğəmbərliyin on birinci ilində gerçəkləşdi. Sevda bint Zəm`aya evliliyindən bir il sonra və Mədinəyə hicrət etməzdən öncəki dövrə təsadüf edirdi. Yuxarıda qeyd olunduğu kimi Əbu Bəkirin (Allah ondan razı olsun) qızı Aişə (Allah ondan razı olsun) ilə nikah Şəvval ayında bağlandı və bu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət etməsindən yeddi ay sonrakı dövrə təsadüf edirdi. Aişəyə (Allah ondan razı olsun) evləndiyi zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əlli yaşının üzərində idi.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyinin hər iki tərəfi olduqca xoşbəxt edən, sevindirən bir şey olduğunu qeyd etmək yerinə düşər. Necə ki, hədislər buna dəlalət edir. Hədisdə deyilir ki, Aişə (Allah ondan razı olsun) onun ən sevimli zövcəsi və evləndiyi yeganə bakirə idi. Mədinəyə hicrətdən sonra Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) digər qadınlar ilə də ailə qurdu, nəticədə bunların sayı sağlığında on beş idi. Bu məqalədə bu evliliklərin hər birinin təfərrüatına getmək üçün vaxtımız olmadığından, qeyd etmək istəyirik ki, bu evliliklərin hər biri ya siyasi səbəblərdən, qohumluq əlaqələrini gücləndirmək və yaxud ehtiyacı olan bir qadına kömək əli uzatmaq məqsədi daşıyırdı. Bunların arasında olduqca az bir qismi dul, yaşlı və yaxud tərk edildiyindən evə ehtiyacı olan qadınlar idi. Üstəlik, bildirmək lazımdır ki, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) ərə gedərkən doqquz yaşında olduğunu söyləyən İmam Müslimin “Səhih əl-Cami” adlı eyni hədis toplusunda bildirilir ki, Aişənin (Allah ondan razı olsun) bu evliliyi Allah tərəfindən buyurulmuşdu:

Aişə (Allah ondan razı olsun) rəvayət edir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) mənə dedi: “Yuxuda səni mənə iki dəfə göstəriblər. Bir nəfər səni ipək paltarda daşıyırdı və mənə dedi: “Bu sənin zövcəndir.” Mən bunu açdım və nə görsəm yaxşıdır, gördüm ki, sənsən. Öz-özümə dedim: “Əgər bu yuxu Allah tərəfindən isə, Allah təala bunu gerçəkləşdirəcək”. Səhih əl-Buxari, Cild 7, Kitab 62, Hədis 15.

Göründüyü kimi, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) etdiyi hər bir şeydə olduğu kimi, bu evlilikdə də bir hikmət və öyrəniləcək ibrət dərsləri var idi. Bu cür əhvalatların arxasında duran hikmət insan mənəviyyatını əsas götürməklə bizə yol göstərir, islam dinini tənqid atəşinə tutan və bundan daha şərli işlər görən digər dinlərdən olan azğın riyakarların ikili standartlarını ifşa edir. Bu məsələ barədə aşağıda daha geniş məlumat verilir...


İrəli sürülən və həzz alınan tənqidlərə cavab[redaktə]

Mən özüm və çoxsaylı digər müsəlmanlar üçün ikili standart nümayiş etdirməklə Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əxlaq və davranışını tənqid atəşinə tutan xaçpərəstlərin bu hərəkətləri heç də təəccüblü gəlməsin. Belə ki, biz bunları uzun müddətdir ki, duymaqdayıq. Bir Allahsız, şübhəçi və yaxud mənbəyini Allahdan götürən əxlaq və davranışa iman gətirməyən hər hansı bir şəxsin bugünün əxlaq standartlarına görə “siyasi baxımdan doğru olmadığını” söyləyərək bir şeyi tənqid etməsi heç də qəribə gəlməsin sizə. Belə təbiətli insanlar onsuz da hər zaman tənqid etmək üçün nə isə tapırlar, belə ki, ümumiyyətlə din onlar üçün “içlərinə həzm edə bilmədikləri” bir şeydir. Allah tərəfinidən əmr olunan “mütləq əxlaq, mənəviyyat” “yaxşı vaxt” keçirmək üçün onların işinə yaramır, onların qarşısına sədd qoyur, odur ki, onlar bu dinə rişxənd etmək, nüfuzdan salmaq və başlarından etmək istəyirlər. Xaçpərəstlərin tənqidi isə başqa bir mövzudur. Həqiqət bundan ibarətdir ki, xaçpərəstlər böyük əksəriyyətinin dünyəviçilərdən təşkil olunduğu cəmiyyətlər arasında yayılmaqda olan “əxlaq nisbiliyi”nə qarşı tənqidi çıxışlar edirlər. Elə onların özü də “bilməyərəkdən, dərk etmədən bunun qurbanına çevriliblər.”

Bugünki əksər xaçpərəstlərin daşıdıqları dəyərlər mənbəyini Qərbi Avropanın humanist dəyərlərindən götürür (və yaxud, ən azından bunlardan güclü təsirlənirlər). Onların daşıdıqları dəyərlər nə cür iddialar irəli sürsələr də-nə nəzəriyyə, nə də əməl baxımından-mənbəyini birbaşa İncildən götürmür! Bu gün, xaçpərəstlər Avropada və Amerikada sözdə “Azadlıq”, “İnsan Hüquqları”, “Demokratiya” və “Qadın Haqqları”ndan qürur hissi ilə dəm vurmağa davam etməkdədirlər. Lakin bu zarafatdan başqa bir şey deyil.

İddia edilən “Üçüncü Dünya” ölkələrində yaşayan savadsız insanları Avropanın bu dəyərləri ilk baxışda yaxşı təəssüratlandıra bilər, lakin tarixi oxuyan hər bir kəsə məlumdur ki, bu dəyərlər Kilsənin sayəsində deyil, Kilsənin mövcudluğuna paralel olaraq ortaya çıxmışdır. Bir çox xristianın tənqidi yanaşmaya baş vurmadan xristianlığa yad dəyərləri (hal-hazırda haqq olduğu iddia olunan) İncil dəyərləri ilə qarışdırması məni hər zaman “heyran edir”. Bunun parlaq bir nümunəsi əksəriyyəti Evangelist Protestant (hətta digər) Xristianlardan təşkil olunan Birləşmiş Ştatlarda milliyyətçilik və vətənpərvərlik dəyərlərinin dəstəklənməsidir. Amerikada, yaxşı xristianlar “bayraq yelliyənlərdir”. Qızğın vətənpərvərlik ruhunun daşıyıcıları olan bu şəxslərin əgər olsa-olsa da çox az bir qismi görünür özləri də dərk edirlər ki, dar-bəsirətli vətənpərvərlik anlayışı kökündən həm eqoist, həm də qeyri-bəşəridir. Bir çox insanların şüurunda vətənpərvərlik və xristianlığın əl-ələ verərək irəliləməsi, məsələnin həqiqətini dərk etmədən “əxlaqi nisbilik” ideyalarının insanlara kor-koranə sırınmasının başqa bir bariz nümunəsdir.

Yəhudilik, Xaçprəsətlik və İslama görə bir şeyin düz və ya səhv olduğu Qüdrətli Allah tərəfindən müəyyən olunur. Belə olduğu halda, əxlaqi dəyərlər bizim həva və istəklərimizə və yaxud digər mədəni hissiyyatlarımıza əsasən vaxtaşırı dəyişəcək bir şey deyil. Məsələlərin düz və səhv olduğu İlahi əmrlər əsasında müəyyən olunmayan mədəniyyətlərdə düz və səhv anlayışı mədəni qayda-qanunlar əsas götürülərək təsbit olunur. Bu cür hallarda, bir şəxs yalnız o halda “əxlaqsız” hesab edilir ki, cəmiyyət tərəfindən qəbul edilmiş əxlaq normalarını pozmuş olsun. Bir az sonra göstərəcəyimiz kimi, Məhəmməd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyi məsələyə “Mütləq Əxlaq” və dövrünün mədəni əxlaqi dəyərləri fonunda baxıldıqda “əxlaqsız bir əməl” hesab edilmirdi, lakin gələcək nəsillər üçün qiymətli dərsləri ehtiva edən bir əməl idi. Üstəlik, bu evlilik bütün Sami xalqlarının əxlaq və ədəb normalarına söykənirdi, o cümlədən Bibliya dövründə olan əxlaq normalarına. Buna əsaslanaraq və eləcə də aşağıda göstərəciyimiz digər məlumatlara istinad etməklə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə bir gənc çağında Aişəyə (Allah ondan razı olsun) evliliyini tənqid etmək Xaçpərəstlərin həddən artıq ikiüzlü, riyakar yanaşmasından xəbər verir. Əgər işdir xristian oxucularımız onların evlilik ilə bağlı bugünki dəyərlərinin artıq vaxtı keçmiş olduğu və İncilin gəldiyi dövrdə qalmışdır deyə yanlış bir təəssürata düşərsə, onda sizdən xahişimiz budur ki, aşağıdakı məqamlara bir nəzər salasınız. Belə ki, burada birbaşa sualımız ilə əlaqəsi olmaqla bir kəsin nə zaman evliliyə hazır olduğu yaş həddi göstərilir:

“Siyasi düzəliş” və “mütləq əxlaq” fikirlərini yadımıza salsaq, Bibliyanın hökm sürdüyü vaxtlarda bir qızın ərə gedəcəyi yaş həddi “həddi-büluğ” yaşı hesab olunurdu. Bununla belə, Orta Əsrlərdə bu yaş həddi adətən on iki yaş idi. Hal-hazırda “xristian” ölkələrinin əksəriyyətində bu yaş həddi “on dörd ilə on altıdır.”

Mənim yaşadığım ölkədəki bəzi ştatlarda eyni cinsdən olan cütlərin hüquqi baxımdan evliliyinə icazə verilir, lakin on səkkiz yaşında olan bir oğlan on altı yaşında olan bir qız ilə yatırsa bu “qanuna görə təcavüz edən” hesab edilir. Odur ki, xristianlar Qərb aləmində bu gün geniş intişar tapan-istər narkotiklərdən istifadə, eyni cinsdən olanların evliliyi və yaxud uşaqsalma-kimi bir çox şeylər ilə razılaşmasalar da, onlar özü də şüurunda olmadan “əxlaqi nisbiliyin” iyrənc bədheybəti tərəfindən (bəlkə də başa düşmədən) udulublar. Bu da həqiqətdir ki, ola bilsin ki, əxlaqi dəyərləri İlahi əsasa söykənməyən insanlardan fərqli olaraq xristianlar bu təsirlərə daha gec təslim olsunlar, hərçənd onlar da bu fikirlərə təslim olurlar.

Tarixən, bir qızın ailə həyatı qurmaq üçün buna hazır olduğu yaş həddi “həddi-büluğa”çatması ilə müəyyən olunurdu. Bu məsələ Bibliyanın əhatə etdiyi dövrlərdə mövcud idi, eləcə də aşağıda bu məsələni daha ətraflı müzakirə edəcəyimiz kimi hələ də mədəni baxımdan təkəbbürlü Qərbin bütün dünyaya car vurduğu “primitiv cəmiyyətlər”də evlilik yaşını müəyyən etmək üçün istifadə olunur. Aişənin (Allah ondan razı olsun) yaşı barədə hədis göstərdiyi kimi, onun kəbini evlilikdən ən azı üç il əvvəl bağlanmışdır. Bunun səbəbi bu idi ki, Aişənin (Allah ondan razı olsun) həddi büluğ yaşına çatmasını gözləyirdilər (yəni ilk aybaşı dövrünü görmək). Həddi-büluğ bioloji bir əlamət olaraq qadının uşaq doğma qabiliyyətini göstərir. Bunu kimsə məntiqi baxımdan təkzib edə bilərmi? Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) həddi-büluğ yaşına çatar-çatmaz evliliyindəki hikmətdən biri bu məsələni İslam Qanunvericilyinin bir hissəsi kimi əsaslı şəkildə ortaya qoymaqdır, baxmayaraq bu məsələ artıq bütün Sami cəmiyyətlərində (eləcə də İsanın böyüyüb başa çatdığı cəmiyyətdə, Ona Allahın salamı olsun) mədəni bir qayda-qanun idi.

Müsəlman hüquqşünaslarının böyük əksəriyyəti bildirirlər ki, nikah bağlamaq üçün ən erkən vaxt cinsi yetişkənliyin (həddi-büluğun) başlaması ilə gerçəkləşir. Madam ki, bu məsələ bütün Sami cəmiyyətlərində artıq bir qayda-qanun idi və hələ də bugünkü günümüzdə bir çox mədəniyyətlərdə qayda-qanun kimi qalmaqdadır: bundan yüz faiz əmin olmaq lazımdır ki, bu İslamın kəşf etdiyi bir məsələ deyil. Bununla belə, Allah tərəfindən nazil olan və cəmiyyətin məqbul gördüyü tarixi qayda-qanuna qarşı geniş miqyası qarşıçıxma isə yüzə yüz nisbətən yeni bir şeydir.

Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyini tənqid edən yanaşma nisbətən yeni bir şeydir. Yeni olmasının səbəbi isə ona görədir ki, bu məsələ “İntibah Sonrası” Avropa dəyərlərindən doğmuşdur. Həmin Avropadır ki, dini əxlaqını, mənəviyyatını bir sıra humanist dəyərlər qarşılığında tərk etmiş və yaxud ən azından dəyişdirmişdir, bu humanist dəyərlər isə nəyin doğru, nəyin yanlış olduğunu öz rəylərinə görə qərar verən bir qrup insan tərəfindən təsbit olunurdu. Bunu da qeyd etmək maraqlı olardı ki, hələ erkən vaxtlardan xaçpərəstlər (yenə də riyakarcasına) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyini deyil, çoxarvadlılıq məsələsini tənqid atəşinə tutmuşlar. Əminliklə söyləmək olar ki, Orta Şərq Sami ənənəsinin daşıyıcıları olan kəslər tənqid etmək üçün heç bir şey tapa bilməzlər, çünki burada heç bir ağlasığmaz və yaxud əxlaqsız bir şey baş verməmişdir. Bu xüsusda Məhəmmədi (Ona Allahın salavatı və salamı olsun) tənqid etməyə başlayanlar İntibahdan öncəki erkən xristianlar deyil “müasir” Qərbləşdirilmiş Xristianlardır.

İslam Qanunvericiliyinə görə məhz həddi-büluğ yaşına çatdıqda kişi və yaxud qadın qanunən mükəlləf hesab olunur. Bu həddə çatdıqda artıq onlara qərar vermək hüququ verilir və etdikləri əməllərə görə məsuliyyət daşıyırlar. Eləcə də qeyd etmək lazımdır ki, İslam dinində istəmədiyi bir şəxs ilə kimisə evlənməyə məcbur etmək qadağandır. Bu sübut-dəlil göstərir ki, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) evliliyi hər iki tərəfin və ailələrinin razılığı əsasında baş vermişdir. Həmin dövrdə əsas götürülən adət-ənənəyə əsaslanmaqla heç kəs bu cür evlilikdə hər hansı bir xəta olduğunu ağlının ucundan belə keçirmirdi. Əksinə, onların hamısı bu evlilikdən razı idilər.

İslam mənbələrinə müraciət etsək görərik ki, həmin dövrdə cəmiyyət arasından heç kəs Aişənin (Allah ondan razı olsun) gənc yaşından dolayı bu evliliyi tənqid etməmişdir. Əksinə, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) evliliyi atası Əbu Bəkir (Allah ondan razı olsun) tərəfindən də təşviq edilmiş və bütövlükdə cəmiyyət tərəfindən yaxşı qarşılanmışdı. Xəbər verilir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) yardım etmək istəyən qadınlar, onlardan Xəvlə bint əl-Hakim, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) gənc Aişəyə (Allah ondan razı olsun) evliliyini təşviq etmişdir. O vaxt cəmiyyətin riayət etdiyi Sami mədəniyyətindən dolayı, onlar əlbəttə ki, belə bir evlilikdə heç bir səhv olduğunu görmürdülər.

Bu günün sözdə “çağdaş” və “sivil” Qərb aləmində cəmiyyətin sevgi, ailə və evlilik barədə fikir və ideyaları İncil və yaxud Quranın gəldiyi dövrlərdən çox çox fərqlidir. Əfsuslar olsun ki, Avropalılar (və onların ideyaları) yer kürəsinə hökmranlıq etməyə başlayandan bizdən bir çoxumuz ağıllarımızı zəhərləməyə fürsət tapan “romantik məhəbbət” və cinsi əlaqələr barədə fikir və ideyalar toplusunu yüklənmişik. Bu fikir və ideyalar yalnız müsəlmanların ağıllarına nüfuz etməklə yetinməmiş və əslində onların çoxunun canına hopmuşdur. Avropanın müstəmləkə gücləri demək olar ki, bütün müsəlman ölkələrindən geri çəkilmişdirlər, lakin ağılların müstəmləkəsi isə davam edir! Yuxarıda qeyd etdiyimiz kimi, insanı hüznləndirən budur ki, insanların bir çoxu hələ də bu cür Allahsız təsirlərin altında olduğunu dərk etməyiblər. Məsələlərin dəyişikliyə məruz qaldığına dair bir misal çəkmək üçün sizə bir istinad verək. Yeni Britannika Ensklopediyasındakı hesabatda açıq-aydın qeyd olunur ki, evlilik üçün münasib hesab olunan yaş həddi illər keçdikcə dəyişməkdədir:

...Birləşmiş Ştatlarda və Avropanın bəzi yerlərində yetkinlik ayinləri baxımından ifadə etsək, yeniyetmə statusunun cinsi yetişkənlik ilə əlaqələndirilməsi heç də yaxşı qarşılanmamaqdadır.”(2)

İnsanın psixologiyasında cinsi əlaqələrin oynaya biləcəyi rolun əhəmiyyəti fikrinin kökü Freydə gedib çıxır. Baxmayaraq ki, dövrümüzdə Freydin bir çox ideyaları sərt şəkildə tənqidə məruz qalır, bununla belə onun fikir və düşüncələri bir çox insanların düşüncələrinin formalaşmasında hələ də rol oynamağa davam edir. Siqmund Freyd (1856-1939) təlimlərində deyilir ki, insanlar əsas etibarilə “cinsi varlıqlardır” və onların uşaqlıqdakı cinsi istəkləri insanları başa düşməkdə bazis təşkil edir. O psixoanaliz metodologiyasını işləyib hazırlamış və onun cinsi əlaqələr, repressiv günah və cinsi həyat, qeyri-şüuri cinsi istək, Edipov kompleksi və digər ideyaları Qərbin cinsi həyat barədə fikir və görüşlərini (Roma Katolik Kilsəsinin repressiv görüşləri qədər) demək olar ki, kabusu altına almışdır. Şərhə ehtiyac yoxdur, Freydin ideyaları dindar yəhudi, xaçpərəst və müsəlmanlar tərəfindən tənqid edilmişdir. Çünki, bu fikir və düşüncələr əsasında insanın əxlaqi məsuliyyətini təkzib etmək durur.

Məsələlərə dair Freydin rəyi budur ki, insan varlıqları qeyri-iradi qüvvələr və cinsi istəklərinin təsirlərinə təslim olan “məhbuslardır”. Bu cür ideyalar hər zaman “liberallar”, “humanistlər” və onlara oxşayan digərləri tərəfindən xoş qarşılanır. Bütün bunların gənc evlilik məsələsinə aidiyyatına gəldikdə, hərçənd bu çox da aydın görünmür. Burada vurğulanması lazım olan məsələ cinsi həyat barədə ziddiyyətli “müasir” Qərb görüşüdür. Qərbli insanı həddi büluğ yaşında evlənmək barədə eşitdikdə təşvişə düşürlər, baxmayaraq bu əsrlər boyu davam edən bir adət-ənənə olmuşdur.

Bununla belə, cinsi həyatdan təlim-tədris verən ali təhsil ocaqları var və cinslər ilə münasibətlərdə ağına bozuna baxmadan əxlaqsız “tanışlıq” belə bir cəmiyyətdə “qayda-qanun” hesab edilir. Bəzən cinsi həyat ləzzət alınacaq təbii bir zövq olaraq görülür, bəzən isə bu böyük fəsadlara aparacaq psixoloji bir şeytandır. Qısaca ifadə etsək, Qərbdə şəxsi həyatlarından tutmuş məhkəmə sistemlərinə kimi sahibi olduğu hər şey psixiatrlar və psixoloqların əxlaqi nisbilik konsepsiyasının qurbanına çevrilmişdir. Həyatda hər hansı bir təcrübə, hadisəyə “travma” yanaşması olduqca geniş yayılmışdır. İnsanların bir çoxu həyatda ömür sürərək nisbətən normal həyatlarında başlarına gələnlərdən dolayı əziyyət çəkdikləri “kompleksin” növünü müntəzəm şəkildə öyrənməklə məşğuldurlar. Bu cür münasibətlərdən yaranan mənəviyyat hamısını olmasa da, insan məsuliyyəti deyilən qavramı yerli-köklü dağıdır. Ağır cinayətlərdən təqsirli bilinən insanlar, işlədikləri əməllərə görə məsuliyyət daşımaq əvəzinə, onların özləri “qurban” hesab edilirlər, çünki onlar sadəcə psixoloji bünövrələrinin onları təhrik etdiyi şeyləri etmişdirlər.


Həddi-büluğ, Yetişkənlik, Nikah[redaktə]

Bu məqamları təqdim etməklə yanaşı, bunlardan bir neçəsi barədə əlavə təfsilata getmək təqdirəlayiqdir. İncilin hökm sürdüyü çağlarda insanların nikah əqdinə girdikləri yaş həddi barədə maraqlı bir məqalə, “Qədim Yəhudilərdə Nikah Adət-Ənənələri”, Cim Vest, Baptist xadimi tərəfindən qələmə alınıb. Məqalədə deyilir:

“Evlilik üçün namizəd zövcə daha böyük ailələrin içərisindən (adətən həddi-büluğ yaşının başlanması ilə və yaxud təxminən 13 yaş həddində) seçilməli olurdu. Bundan məqsəd ailənin nəsil-nəcabətinin (genealogiyasının) saflığını təmin etmək idi”

Bu sadəcə məsələyə dair verilən bir mənbədir və göstərir ki, həddi-büluğ yaşının çatması gənclərin ailə həyatı qurması üçün meyar olaraq nəzərdə tutulur. İncilin hökm etdiyi dövrlərdə insanların daha erkən yaş həddində nikah bağlaması əsaslı şəkildə təsdiqini tapmış bir həqiqətdir. Almah kəliməsinin mənasını müzakirə edərkən, Yəhudi dilində “gənc qadın” və yaxud “yetkin qadın”, Qerald Seqal belə deyir:

“Bununla belə qeyd etmək lazımdır ki, İncilin əhatə etdiyi dövrdə qadınlar daha erkən yaşlarında ərə gedirdilər.”(3)

Qərbin təkəbbürlü “primitiv mədəniyyətlər”ibarəsinə baxmayaraq, Dünya Dinlərinə Ümumi Baxış yazısından aydın olur ki, həddi-büluğ əsrlər boyu yetkinliyin rəmzi olmuşdur:

“Demək olar ki, bütün primitiv mədəniyyətlərdə həddi-büluğ və nikah ayinlərinə diqqət yetirilir, baxmayaraq kişilərin həddi-büluğa çatmasına qadınlardan fərqli olaraq daha çox diqqət yetirən ümumi bir təmayül mövcuddur. Həddi-büluğ və nikah uşaqların böyüklərə xas vəzifələri qazanmış olduğunu əks etdirdiyindən, primitiv ənənələrin əksəriyyəti bu mərasimlər ilə bağlı ayinləri çox mühüm hesab edirlər. Həddi-büluğ ayinləri adətən şənlik edilən sünnət mərasimləri ilə müşayiət olunur və yaxud kişilərin tənasül orqanlarında digər əməliyyatların aparılması ilə qeyd olunur. Qadınların sünnət edilməsi geniş yayılmamışdır, baxmayaraq bəzi mədəniyyətlərdə bu da mövcuddur. Qadınlarda həddi-büluğ tez-tez gənc qızlarda aybaşı dövrünün başlaması ilə əlaqələndirilir.

Bəzi qadın müəlliflər aşağıdakılar ilə razılaşarlar:

Həddi-büluğ bir kəsin cinsi reproduksiyaya (törəməyə) başladığı ilk yaş həddi və yaxud müddət kimi təsbit olunur. Tarixin digər dövrlərində bu təməl mərasimin qeyd olunması mədəniyyətin bir hissəsini təşkil edirdi. Ayinlər: Həddi-Büluğ, Sue Kurevitz Arsen

“Aybaşı olmaq” gənc qızların qadınlıq mərhələsinə keçməsini göstərən keçid ayinidir. Women Resource Center

Evlilik yaşını həddi-büluğ ilə əlaqələndirən digər müasir ədəbiyyat Mərkəzi Afrika barədə yazılan bir məqalədir. Məqalədə deyilir:

...qadınlar həddi-büluğdan dərhal sonra ərə gedirlər.(4)

Bir çox saysız-hesabsız ədəbiyyatlar vardır ki, şüurlu bir insan üçün antropoloqlar və tarixçilərin artıq bildikləri sübut-dəlil hesab edilməlidir: ötən əsrlərdə, insanlar həddi-büluğa çatdıqda artıq evlənmək üçün hazır hesab edilirdi.

Qeyd etmək lazımdır ki, İslam nöqteyi-nəzərindən bugünki cəmiyyətimizdə yaranan problemlərin bir çoxunun kökünü əvvəlki evlilik adət-ənənələrinin tərk olunmasında axtarmaq lazımdır. Uca Allahın kişi və qadınlarda xəlq etdiyi güclü cinsi istəklərini nəzərə alsaq insanların həddi-büluğ yaşına çataraq gənc yaşlarından ailə qurmasında bir qəribəlik olmamalıdır. Qədimdə bu daha çox aktual idi, çünki ortalama uzunömürlülük səviyyəsi çox aşağı idi (40 yaşına vardıqda insan “qoca” hesab edilirdi). Evlilik nəinki güclü cinsi istəkləri olan insanlar üçün şəriət baxımından çıxış yolu təmin edir, adətən evliliklə daha çox uşaq törənir. Evlilikdəki əsas məqsədlərdən biri uşaqlar törətməkdir –“məhsuldar olun və çoxalın”. İncildə belə deyilir (Mövcudat 8:17). Əlalxüsus da, keçmişdə məsələ bu cür əhəmiyyətli idi, insanlar o zamanlar indi olduğu kimi uzun ömür sürmürdülər və uşaqların arasında ölüm halları qat-qat yüksək idi.

Həddi-büluğ yaşı[redaktə]

Evliliyə hazırlıq üçün həddi-büluğun tarixi, mədəni və dini qayda-qanun olduğunu sübuta yetirməyimizə rəğmən, insanlardan bir çoxu həddi-büluğun adətən nə zaman baş verdiyini öyrənmək arzusunda ola bilərlər. Məhəmməd (Ona Allahın salavatı və salamı olsun) və Aişənin (Allah ondan razı olsun) konkret müzakirəsi baxımından bunu burada söyləmək hardasa mənasızdır, çünki hədis ədəbiyyatı aydınlaşdırır ki, Aişə (Allah ondan razı olsun) həddi-büluğa çatmışdı. Bununla belə, həddi-büluğ və qızların əksəriyyətinin hansı yaş dövründə ilk aybaşı dövrünü gördüklərinə gəldikdə Əbdülhəmid Siddiq deyir:

İslam dini həddi-büluğ üçün yaş həddi qoymayıb, çünki bu məsələ bir ölkədən digərinə və irqlərə görə iqlim, irs, fizki və sosial şərtlər baxımından fərqlilik göstərir. Soyuq bölgələrdə yaşayanlar həddi-büluğa daha gec yaş həddində çatırlar, bundan fərqli olaraq isti bölgələrdə yaşayanar həddi-büluğa olduqca erkən yaşlarında çatırlar. “Sadəcə aybaşı baxımından deyil, eləcə də həddi büluğ yaşında cinsi inkişafın bütövlüyü baxımından ölkənin və yaxud əyalətin ortalama temperaturu burada başlıca faktor hesab edilir”, Qadın adlı məşhur kitabın müəllifi belə deyir. (5)

Raciborski, Caubert, Rous və bir çoxları oxucuların istinad edə biləcəkləri mövzulara dair statistik göstəricilər toplamış və qarşılaşdırmışdırlar. Mariya Espino bu məlumatların bəzilərini aşağıdakı şəkildə xülasə etmişdir: (a) Aybaşının ilk dəfə baş verdiyi yaş həddi isti bölgələrdə doqquz ilə iyirmi dörd yaş arasında dəyişir. (b) Ortalama yaş həddi çox fərqlilik göstərir və Ekvatora nə qədər yaxındırsa, aybaşı üçün ortalama yaş həddi bir o qədər erkən baş verir söyləmək təsdiqini tapmış bir həqiqətdir. (6)

Bundan əlavə, Avstraliya hökumətinin İctimai Səhiyyə təşkilatı tərəfindən hazırlanmış Qız uşaqlarında yetkinlik adlı məqalədə belə deyilir:

Həddi-büluğun ilk əlaməti adətən inkişaf dalğasıdır: daha hündür olurlar; sinə inkişaf edir; övrət yerlərində və qoltuq altında tüklər bitməyə başlayır. Bu proses 10-14 yaşdan başlayaraq davam edə bilər-hətta bəzilərində daha erkən, digərlərində isə daha gec başlayır.

Həddi Büluğ Dövründə Qız Uşaqlarında Fiziki Dəyişikliklər adlı məqalədə deyilir:

Həddi büluğ mərhələsində qız uşağının bədəni daxilən və zahirən qadınlaşma mərhələsinə keçərək dəyişir. Bu dəyişikliklərin hamısı dərhal baş vermir və hər kəsdə bu proses eyni anda başlamır. Qızların çoxunda bu fiziki dəyişiklikər 11 yaş civarında özünü göstərir, lakin hər kəsin özünəməxsus daxili inkişaf planı var. Bu dəyişikliklərin hətta 8-9 yaş həddindən başlaması normadır və yaxud 13-14 yaşından sonra başlaması mümkündür. Hətta heç bir şeyin dəyişdiyi görünməsə və yaxud hiss olunmasa belə, ola bilsin ki, bədəninizin daxilində artıq dəyişikliklər başlamış olsun.

Bir çoxları yuxarıdakı məlumatlar ilə heç bir çətinlik olmadan razılaşacaqlar. Lakin hələ də belə gənc bir qızın yaşlı bir kişi ilə evləndiyi halda xoşbəxt olub olmayacağına dair içərilərində bəzi qərəzli fikirlər bəsləyə bilərlər. Bir anlığa Qərbin müasir “xoşbəxtlik” fikirlərini unutsaq, Aişə və Peyğəmbərin evliliyi qarşılıqlı xoşbəxt və isti bir evlilik yuvası olmuşdur, necə ki, bu barədə saysız hesabsız hədis və sira kitablarında bildirilir. Olduqca böyük yaş fərqinin olduğu insanlar arasında xoşbəxt ailə həyatının olduğu həqiqəti psixoloqlara yaxşı məlumdur:

Cütlər arasında yaş fərqi böyük olduqda, yəni on beş iyirmi yaşı keçdikdə, nəticələr daha yaxşı ola bilər. Əlbəttə ki, yaşlı, qoca deyil, böyük yaş həddində olan birinin olduqca cavan bir qız ilə ailə qurması adətən olduqca uğurlu və mehriban olur. Gəlinə dərhal mötədil cinsi yaxınlıq təqdim olunmaqla buna alışdırılır. (7)


Bu evliliyin arxasında duran digər hikmətlər[redaktə]

Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) gənc yaşında evlilyini qeyd edən Səhih Müslimin şərhində Əbdülhəmid Siddiqi bu evlilyin üç başqa hikmətini göstərir.

Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) erkən yaşında evliliyi Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyatının şəxsi təfərrüatına şahid olmağa və bunları sonrakı nəsillərə ötürməyə imkan vermişdir.

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) həm mənəvi, həm də fiziki baxımdan yaxın olmaqla bu evlilik Aişəni (Allah ondan razı olsun) butün müsəlmanlar, xüsusilə də qadınlar üçün əbədi bir nümunə kimi hazırlaşdırırdı. O (Allah ondan razı olsun) mənəvi bir müəllim kimi formalaşmış və alim olmuşdu, çünki o nəzərəcarpacaq dərəcədə ağıllı və müdrik idi. Onun bu keyfiyyətləri Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dəvətinə və bundan əlavə İslam işinə dəstək verdi. Aişə, möminlərin anası, sadəcə zövcələr və analar üçün nümunə olmaqla kifayətlənməmiş, həmçinin o Quranın müfəssiri, hədisdə nüfuz, söz sahibi və İslam Hüququnda elmli bir şəxs idi. Ən azından 2210 hədis rəvayət etmişdir ki, bunlar da müsəlmanlara Son Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) gündəlik həyatı və davranışı barədə dəyərli məlumatlar bəxş etmişdir. Bu yolla da, Muhəmmədin Sünnəsi qorunmuş olur.

Həmin vaxtlar bu evlilik “kimsə özünə qardaş elan etdiyi kəsin qızına evlənə bilməz” fikrini təkzib etdi. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) və Əbu Bəkir biri-digərini qardaş elan etmişdi, evlilik barədə bu fikir bu yolla da aradan qalxmış olur. Bu məsələ əksini növbəti hədisdə tapır:

`Usra rəvayət edir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Əbu Bəkirdən qızı Aişəni (Allah ondan razı olsun) istədi. Əbu Bəkir dedi, “Mən sənin qardaşınam axı?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Sən Allahın dinində və Onun Kitabında mənim qardaşımsan, lakin onunla (Aişə ilə) evlənmək mənə icazəlidir.” Səhih əl-Buxari, Cild 7, Kitab 62, Hədis 18

Eləcə də bu evlilik o vaxtlar ərəb müşrikləri arasında yaşanan mövhumata son qoydu. Çünki onlar inanırdılar ki, Şəvval ayında evlənmək nəhs idi. Onların fikrincə bu ay özündə nəhs, uğursuzluq daşıyırdı, çünki Şəvval sözü Şəələ sözündən gəlir, uğursuzluq mənasını daşıyırdı. Səhih hədislər göstərir ki, Peyğəmbər və Aişə bu qəməri ayda ailə qurdular.

Çox səs-küy yaratmadan elə isə geri qayıdaq[redaktə]

Yuxarıda biz bir faktı nəzərinizə çatdırdıq ki, həddi-büluğ yaşında evlənmək nəinki bugünün “primitiv mədəniyyətlərində”, xüsusilə də onlardan Orta Şərqin Sami xalqları arasında (yəni yəhudi,ərəb, suriya və s.) məqbul görülmüş bir adət-ənənə idi. Həmin vaxtlarda Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evliliyinin kiminsə qaşının belə qalxmasına səbəb olmadığı barədə əlavə məlumatları vermək üçün İslam dinini ətraflı şəkildə tədqiq edən Qərbli iki qadın alimin sitatlarını veririk:

Bu evliliyin əslində nə zaman baş verdiyi aydın deyil. Bəzi versiyalara əsasən nikah Hicrətin 1-ci ilində Şəvval ayında gerçəkləşmişdir, yəni Mədinəyə hicrətdən hardasa yeddi və yaxud səkkiz ay sonra; lakin, digərlərinə görə bu evlilik Bədr Döyüşündən sonra olmuşdur. Yəni, Hicrətin ikinci ilində Şəvval ayında. Bu xəbərlərin heç bir versiyasında Muhəmməd ilə Aişənin yaş uyğunsuzluğu və yaxud gəlinin erkən yaşında olduğuna dair heç bir irad bildirilmir. Belə ki, gəlin (Aişə) həmin vaxt on yaşdan yuxarı ola bilməzdi və hələ də özünün oyuncaqlarına sevgi duyurdu. (8)

Yuxarıda verilən ikinci sitatlar üçün mənbə olaraq “Nəvəvi və “Təbəri” göstərilir. Həm İmam Nəvəvi, həm də ət-Təbəri böyük islam alimləridir. Lakin onların əsərlərində elə materiallar var ki, İslamın mötəbərlik standartlarına əsasən nisbətən az mötəbər hesab edilir, məhz bəlkə də bu səbəbdəndir ki, bu iki alim qadının evliliyin hansı tarixdə baş verdiyini sorğu-sual etməsinin səbəbi bundan irəli gəlir. Bütün bunların məsələyə aidiyyatı yoxdur, çünki biz artıq göstərdik ki, mötəbər islam mənbələrində bildirilir ki, Aişə (Allah ondan razı olsun) “doqquz yaşında idi”. Burada qeyd olunmalı əsas məqam budur ki, həmin iki alim qadının qeyd etdiyi “heç bir versiya” onların yaşı və yaxud Aişənin gənc yaşı ilə bağlı verilən sıradan bir şərhdir. Nə üçün? Çünki bu cür erkən evlilik bütün Sami cəmiyyətlərində-bunlardan İbrahim, Musa, İsa və Məhəmmədin böyüyüb başa çatdığı-cəmiyyətlərdə normal bir şey idi.

Digər bir müəllif, Karen Armstronqun buna əlavəsi vardır:

Təbəri bildirir ki, (Aişə) o qədər gənc idi ki, valideynlərinin evində qalırdı və sonradan həddi-büluğa çatdıqda nikah bağlandı.(9)

Bu da göstərir ki, nikah həddi-büluğ yaşında bağlanmışdır və odur ki, heç kəs gözümün üstündə qaş var deməmişdir. “Təbəri”, bu da qeyd olunmalıdır, Əbu Cəfər Muhəmməd ibn Cərir ət-Təbəri (225-310 Hicri/839-923 Miladi), Quranın təfsiri və dünya tarixi əsərinə görə Qərbdə yaxşı tanınmış böyük islam alimidir.

Təəccüblü deyil ki, yuxarıdakı müəlliflərin hər ikisi razılaşır ki, Məhəmməd ilə Aişənin (Allah ondan razı olsun) nikahı Aişə həddi-büluğa çatdıqda baş vermişdir və həmin vaxtlar bu adi bir şey idi. Burada təəccüblü bir şey yoxdur, çünki islam mənbələri və Sami mədəniyyətini oxuyan hər bir kəs üçün eyni qənatə gəlmək çətin olmayacaqdır, bu sadəcə tarixi bir həqiqətdir. Bunu da söyləmək yerinə düşür ki, yuxarıda adı çəkilən hər iki qadın müəllif öz yazılarında (bilərəkdən və yaxud bilməyərəkdən) islamı pis qələmə verməkdə tərəddüd etmirlər. Elə bunu demək kifayətdir ki, əgər mövzuya dair bu və ya digər “zərərli” məlumat mövcud olsa idi, onlar bunu gündəmə gətirməkdə heç tərəddüd etməzdilər. İslamın bəzi sahələrində bəzi faydalı tədqiqat aparmış Nabia Abbott klassik bir anlamda əsasən “Orientalist” idi. Yuxarıda adını çəkdiyimiz “Aişə, Məhəmmədin Sevimlisi”adlı kitab əslində Aişənin (Allah ondan razı olsun) həyatını ikinci dəfə zənnə əsaslanaraq qurdalayan iyrənc kitabdan başqa bir şey deyil. Əgər Qərbdə nüfuzlu bir şəxs barədə spekulyasiya və doğru mənbələrə istinad etmədən qarışıq dəlillərdən ibarət bənzər bir kitab qələmə alınmış olsa idi, əminliklə demək olar ki, belə bir kitab elm adamlarının kitab rəfində özünə yer tapa bilməzdi. Artıq çoxdan sübuta yetirilib ki, İslamda səhv tapmağa çalışan Orientalistlər özlərində əvvəlcədən daşıdıqları qərəzli fikirlərə əsaslanmaqla rəvayətin, xəbərin mötəbərliliyini bu fikirlərinə bağlamağı xoşlayırdılar. Əgər yanlış bir rəvayət İslam Peyğəmbərini nüfuzdan salmağa xidmət edə bilərdisə, artıq bu təkrar-təkrar sitat gətirilən bir mənbəyə çevrilirdi. Bununla belə, onların nəzəriyyələri ilə ziddiyyət təşkil edən hər hansı səhih, mötəbər materiallar sadəcə gözardı edilirdi. Eynilə İsa peyğəmbərin tarixi tərcümeyi halını yazaraq qeyri-mötəbər İncillərdən sitatlar gətirməklə işinə gələn şəkildə nə vaxt münasib idisə təsdiqini tapmış mənbələri rədd etmək kimi eyni qəbildən olan yanaşmadır. Bax bu qaydada Orientalistlər və Xristian missionerləri əsrlər boyu Məhəmmədə bu cür münasibət bəsləyiblər. Bu barədə daha ətraflı məlumat öyrənmək istəyənlər bizim Orientalizm, Yanlışməlumatlılıq və İslam adlı məqaləmizi oxusunlar.

YAXŞI, elə isə qəti qərar necə olmalıdır?[redaktə]

Mədəniyyətdən irəli gələn qərəzliliyi özündə dəf etmək və yaxud ikili standartların daşıyıcısı olduğunu etiraf etmək heç də həmişə asan deyil. Bəzi insanların riyakar davrandığını etiraf etməsi üçün uzun illər lazım gəlir. Ümid edirik ki, burada təqdim olunmuş fikir və düşüncələr bəzi insanlarda “düşüncə toxumunu”nu cücərdəcəkdir ki, nəticədə onlar “həqiqətin nə olduğu” üzərində bir təfəkkür etsinlər. Müəyyən bir məsələ ilə bağlı problemin olduğunu etiraf etmək hələ döyüşün ortası deməkdir, odur ki, oxucu məsələnin hansı mərhələsində olduğuna dair son fərdi mühakiməsini irəli sürmək üçün irəliyə addım atmazdan öncə, düşünməniz üçün sizə bir az da əlavə resurs təqdim etmək istəyirəm. Montqomerri Uatt, islam sahəsində erkən elm adamı, Qərb aləminin Məhəmmədi necə mühakimə etdiyinə dair bəzi seçmə sözləri vardır. Mən Uatın islam barədəki qənaətlərinin bir çoxu ilə heç vaxt razı olmamışam, lakin Orientalist alimlər arasında onu hər zaman daha açıq fikirli və açıq ürəkli görmüşəm. Bəlkə də, dar düşüncəli Xristian missionerlərindən fərqli olaraq, bu xüsusiyyət məsələlərin həqiqətini başa düşməyə çalışaraq bunu təbliğ edən bir şəxsiyyət olmasından irəli gəlir. İslam dinini illərcə tədqiq edən Uat bu nəticəyə gəlmişdir:

Məhəmmədə qarşı irəli sürülən mənəvi nöqsanlıq ilə bağlı digər başlıca iddialar budur ki, o xəyanət edən və şəhvətini güdən biri olmuşdur...Bu məsələlərin izahı barədə yuxarıda kifayət qədər söz açmışıq və bunlar göstərir ki, Məhəmmədə qarşı irəli sürülən bu iddialar güman edildiyindən qat-qat zəifdir. Bu iddiaların müzakirəsi bununla belə başlıca bir sual doğurur. Biz Məhəmmədi necə mühakimə etməliyik? Onun yaşadığı dövrdə və ölkədə mövcud olan standartlara görəmi mühakimə etməliyik? Yoxsa bu gün Qərbdə mövcud olan maarifləndiricilərin ən üstün gördükləri rəyə əsasən? Bu mənbələri yaxından diqqətlə incələdikdə aydın olur ki, çağdaş Qərbin Məhəmməd ilə bağlı təkzib etdikləri, qəbul etmədikləri əməllər Məhəmmədin özünün çağdaşları tərəfindən mənəvi tənqid obyekti kimi görülməmişdir. Onlar Məhəmmədin bəzi əməllərini tənqid etmişdirlər, lakin onların motivi mövhumata əsaslanan ön mühakimə və yaxud (Məhəmmədin təlimlərinin təbliği ilə) yaranacaq nəticələrdən qorxuya əsaslanırdı. Əgər onlar Nəxlədə baş verən hadisələri tənqid etmişlərsə də, bunun səbəbi o idi ki, onlar təhqir olunan müşrik ilahlarının onları cəzalandıracağından və yaxud Məkkəlilərin dünyəvi intiqamından qorxaraq bunu etmişdirlər. Əgər onlar yəhudilərin Qüreyzə qəbiləsinin kütləvi edamından dəhşətə gəlmişdirlərsə də, bu tayfalar arasında baş verən qan-qisas döyüşlərinin sayı və təhlükəsindən irəli gəlirdi. Zeynəb ilə evlilik yaxın qohumlar arasında cinsi yaxınlıq kimi görülmüşdü, lakin bu evlilik konsepsiyası ailə müəssisələrinin aşağı, tayfa-qəbilə səviyyəsinə məxsus qədim adət-ənənə idi. Belə ki, burada uşağın atasının kim olduğu qəti surətdə bilinmirdi; və bu aşağı səviyyə İslam dininin gəlişi ilə aradan götürülmək prosesində idi...Məhəmmədin yaşadığı dövr baxımından ona qarşı irəli sürülən xainlik və azğınlıq iddiaları təmin oluna bilməz. Onun çağdaşları bu və ya digər şəkildə olsun onda mənəvi baxımdan heç bir qüsur tapmamışdırlar. Əksinə, müasir Qərb insanının Məhəmmədin bəzi əməllərini tənqid etməsi göstərir ki, Məhəmmədin standartları öz dövrünün standartlarından daha ali idi. Onun vaxtında və tayfasında o sosial bir islahatçı idi, hətta mənəviyyat-əxlaq sahəsində bir islahatçı idi. O yeni ictimai firavanlıq, təhlükəsizlik və yeni ailə strukturunu təsis etdi. Bunların hər ikisi bundan öncə mövcud olanlar ilə müqayisədə əsaslı təkmilləşdirmə idi. Bədəvi, köçərinin mənəviyyatına ən üstün şəkildə xidmət edən faydaları özü ilə gətirməklə və bunları oturaq icmalara uyğunlaşdırmaqla Məhəmməd bir çox insan irqinin həyatı üçün dini və ictimai çərçivə qurmuşdur. (10)

İbrahim təlimlərindən sonraya “Seçim Et/Kef et dini”məfhumuna kimi

Yuxarıda müzakirə etdiyimiz hər bir şey ona qarşı yönəldilmiş ədalətsiz tənqiddən Məhəmmədi məntiqcə uzaq tutur. (ən azından intelektual baxımdan doğru-dürüst və ədalətli olanlar arasında). Bununla belə bir məsələnin bir az daha geniş izahına ehtiyac var. Ötəri olsa da, biz bunu qeyd etməliyik ki, Məhəmmədi (Ona Allahın salavatı və salamı olsun) mənəviyyatına görə tənqid edən Xristianların riyakarlığı, ikiüzlülüyü və ikili standartlarının daha ətraflı təhlil edilməyə və ifşasına ehtiyac var.

Bibliya mənəviyyatının təhlilinə keçməzdən öncə, müsəlman qardaşlarıma bəzi məsləhətlər və təşviqedici sözlər çatdırmaq istəyirəm. Mənim verəcəyim əsas məsləhətlər əsla islama edilən həmlələr və yaxud islamın kütləvi informasiya vasitələrində məruz qaldığı təhriflərin kölgəsində qala bilməz.Sözsüz ki, hamımız bu cür şeylərin baş verdiyini gördükdə buna nifrət edirik, lakin söz azadlığına (guya) ali dəyər verən bir mədəniyyətin təşəbbüs etdiyi “İnformasiya Əsrində” bunun qarşısını almaq üçün biz nə qədər çalışsaq da qarşısını tam ala bilmərik. Medalın əks tərəfi budur ki, İslam hələ də həqiqət olaraq xilasını davam etdirir və insanlar bunu axtarıb tapırlar. Bəli, İslam yayılır, hərçənd bunun qarşısını almaq üçün xristianlar və digərlərinin istifadə etdiyi münafiq, ikiüzlü metodlar olsa da. Robert Moreyin “ay ilah” yalan-palanından tutmuş mediada demək olar ki, hər gün yayınlanan gündəlik təhriflərə baxmayaraq, İslam hələ də Qərbdə yayılmağa davam edir. Əslində, İslama həmlələr etməklə özünə karyera qazanan kəslər, bunlardan məsələn Xristian missionerləri, islamı müzakirə edərkən mütləq yalanlara və təhriflərə əl atmalı olacaqlar ki, bu da “gözəl bir müjdədir.” Sözsüz ki, əgər onlar İslamı həqiqi və başadüşülən bir şəkildə müzakirə etsələr, bu halda yalnız öz missiyalarına zərər vermiş olacaqlar. Qərbdə islam qeyri-müsəlmanların müzakirə obyektinə çevrildikdə adətən məsələyə aidiyyatı olmayan ikinci dərəcəli məsələlər müzakirə olunaraq tənqid edilir. İslamın başlıca inancları, əgər işdir müzakirə olunarsa, təhrif olunmuş surətdə çatdırılır. Əgər islam dini insanları özünə çəkməyən, cazibəsi olmayan bəzi gülünc “Üçüncü Dünya” dini olsa idi, onların bu “Üçüncü Dünya” dininə münasibəti bu qədər ciddi olmazdı. Faktiki olaraq, islamın əleyhinə yazılmış və xristianların kitab rəflərini (və interneti) dolduran saysız hesabsız ədəbiyyatlar Müsəlmanları islama gətirmək üçün deyil, lakin Qərb insanlarını islamdan uzaqlaşdırmaq, uzaq məsafədə tutmaq üçün tərtib olunub. Bu cür yalan-palanları qələmə alan adamlar sadəcə məqsədləri insanların beyinlərini zəhərləməkdir ki, insanlar islamın onlara ünvanlanan mesajını duyduqda bunu qəbul etməyə yanaşmasınlar.

Onların tətbiq etdikləri metodlar bununla belə uğursuzluq ilə nəticələnir. Xüsusilə də Avropada, xristian dini ciddi tənəzzül, durğunluq durumundadır və insanlar haqqı başqa yerdə axtarırlar. Xristianlar həmişə görkəmli bir müsəlmanı xristian olmağa çevirməkdə tam acizliklərindən xəcalət içərisindədirlər.


Sözsüz ki, onların da nümunə kimi irəli sürdükləri “inancını dəyişən” insanları var, bununla belə onların hamısı görünür bundan öncə (ən yaxşı halda) “adda” müsəlman olmaqdan başqa bir şey olmamışdırlar. Bununla belə, çoxsayda məşhur görkəmli Qərb insanı islamı qoynuna basmışdır, həm son zamanlarda, həm də keçmişdə. Bu barədə ən çox maraq doğruran məsələ budur ki, (hamısı olmasa da) bu insanların çoxunu “Haqq Axtarışında Olanlar” adlandırmaq mümkündür. Bununla onu demək istəyirəm ki, bu qəbildən olan insanlar dindar, açıq-fikir yürüdən, bəsirətli insanlar olmuş və bir çox mövzularda kitablar oxumuş kəslərdir. Onlar beyinləri yuyulmuş sadəlövhlər deyildilər ki, məqsədləri sadəcə asan bir dinə və dövrün ən çox hakim olan bir mədəniyyətinə qoşulmaq olsun. Onlar elə bir insanlardırlar ki, nəinki din barədə, o cümlədən tarix, fəlsəfə və digər fənlər barədə çoxlu elmə yiyələnmişdirlər. Bunu demək kifayət olar ki, İslamın həqiqəti həmişə olmuşdur, hərçənd mətbuatdan gələn mənfi təbliğat olsa da. Aşağıda İslamın Qərb aləmində yayıldığın təsdiq edən sadəcə bir parça mətn verilib:

Anqlikan və Katolik kilsələri daxilində dərin parçalanma dövrünün yaşandığı belə bir vaxtda ağlagəlməyən sayda Britaniyalı insan, demək olar ki, bunlardan hamısı qadınlar olmaqla İslam dinini qəbul etməkdədirlər. İslama köç etmək tempi artıq belə bir proqnozların formalaşmasına səbəbiyyət verir ki, İslam dini bu ölkədə sürətlə mühüm bir dini qüvvəyə çevriləcəkdir... Növbəti 20 il ərzində Britaniyalılardan islamı qəbul edənlərin sayı bu dini inancı bu ölkəyə gətirən mühacir Müsəlman camaatına ya bərabər olacaq ya da onları ötəcəkdir”, bu sözləri Hull ümumtəhsil məktəbində dindən dərs verən müəllimə və Quran barədə dərs kitabı və metodoloji vəsaitin müəllifi Rouz Kendrick bildirir. O sözünə davam edərək deyir: “İslam dini Roma Katolik inancı qədər dünya inancıdır. Heç bir milliyyət bunu özününkü deyə iddia edə bilməz.” İslam eləcə də qitədə və Amerikada sürətlə yayılır. The Times, London, Çərşənbə Axşamı, 9 noyabr, 1993-cü il, Home-News page

Allaha şükürlər olsun ki, bizlərdən bir çoxu əvvəllər “kilsədə kürsünün yanında isinmək üçün əyləşənlər” nəhayət bir çölə çıxıb minbərlər və TV-dən bizi qaşıq ilə yedizdirməyə çalışan məsələləri araşdırmağa qərar vermişdirlər. Sual yaranır ki, islam dini xristianlar və digərlərini özünə cəlb etməkdə nə üçün müvəffəqiyyət qazanır? Çünki bu İbrahimin Açıq-Aydın Yoludur. Bu gün heç bir din bunu açıq şəkildə dürüstlüklə, insafla iddia edə bilməz! İslam dini sizin eşitmək istədiklərinizi və İncildən seçilmiş ayələri oxumağınızı sizə söyləyən “özünü sərbəst hiss et”qəbilindən sıradan bir din deyil. Bu gün xristianların çoxu dinə Bazar Günü etdikləri gecikmiş nahar yeməyi kimi baxırlar; onlar bunun içərisindən xoşlarına gələni seçir və xoşlamadıqlarını isə kənara qoyurlar. İbrahim onların İncilində inancın fövqəladə nümunəsi kimi ifadə olunmasına baxmayaraq onların dinə münasibət bax belədir. İbrahim, Qüdrətli Allah bunu əmr etdiyindən dolayı öz oğlunu qurban kəsməyə hazırlaşırdı, sözsüz ki, dinin, mənəviyyatın əsaslarnı bilirdi. Həm İncil, həm də Qurandan məlumdur ki, İbrahim bilirdi ki, Allah ona nəyi əmr edirsə bu ən doğru olandır. Bununla belə, bu gün nə qədər xristian deyə bilər ki, onlar səmimi şəkildə bütün bu məsələlərə iman edirlər? Onlardan nə qədəri İncildə olan mənəvi nəticələr üzərində təfəkkür ediblər? Görünür, onların islama hücum, həmlələr edən hətta elmli, qərəzli müdafiəçiləri belə bunların üzərində dərindən düşünməyiblər!

“Mənəviyyatımızın əsasını nə təşkil edir?” sualı İbrahim dininin daşıyıcıları olanlar üçün asan bir sualdır və elə İslam da məhz budur. İslam dini Qüdrətli Allahın iradəsinə təslim olmaqdır-“Biz eşitdik və itaət etdik”, babamız İbrahimin inancı da bu idi. Əgər bu din İbrahim, Musa, İsa və Məhəmməd üçün bu kifayət edibsə elə isə mənim üçün də kifayət qədərindən daha yaxşıdır! İnsanları islama cəzb edən məhz bu həqiqət və bu yanaşmadır. İslamın bütün əsası bu yanaşmanı ortaya qoyan Tövhid məfhumudur. Qüdrətli Allahın Vahidliyi və insanların vəhdəti. Bunu qəti olaraq bilin ki, islamın gətirdiyi mesaj insanoğlunun fitrətinə, təbiətinə tam cavab verir. Odur ki, islamın yayılması heç də qəribə görünməsin! Bir xristian teoloqu təxminən bu yaxınlarda bunları müşahidə etmişdir:

“Güman etmək olar ki, iyirmi birinci əsrin əvvəlinə İslam dini say baxımından dünya dinlərinin ən nəhənginə çevrilmiş olacaqdır.”

Tamamilə mümkün bir şeydir, sadəcə Əhli Sünnəni saysaq (müsəlmanların ən azından 85%-ni təşkil edir) bütövlükdə xristianları deyil, Ortodoks, Roma Katolikləri və yaxud Protestantlar ilə ayrı-ayrılıqda müqayisədə biz artıq dünyada ən böyük dinin daşıyıcılarıyıq.


İddia olunan “Haqq İncil Əxlaqına” dair Əyani Misal[redaktə]

Tarazlıq xatirinə Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun) həyatındakı iddia olunan mənəvi müşkülə ətraflı nəzər saldıqdan sonra, indi də gəlin İncildə olan mənəvi çətinliklərə də bir nəzər salaq. Artıq biz yuxarıda İncil əxlaqının xarakteri barədə bir neçə açıqlama verdik, lakin ola bilsin ki, oxucularımızdan bir çoxunun “bu çətinliklərdən” xəbəri olmasın. Yaxşı və yaxud pis məqsədlə olsun, Sunday məktəblərində bizim aşağıda baxacağımız ayələrin üstündən ümumiyyətlə göz yumularaq keçilir. Bununla belə, sözügedən ayələr sözsüz ki, intelektual baxımdan insaflı olan Xristianları, Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun) gənc yaşlı Aişəyə, (Allah ondan razı olsun) evliliyindən dolayı müsəlmanları sıxışdırdıqları “eyni əxlaqi çıxılmaz vəziyyətə” onları da sıxışdırmaq üçün faydalı alətlərdir. Bunu da yadda saxlamaq lazımdır ki, bu müzakirədən məqsədimiz İncilin nazil olması məsələsi deyil, xristian əxlaqının əsasıdır. Bu müzakirənin məqsədi üçün biz İncili “hal-hazırda olduğu kimi qəbul edirik.” Bununla belə, elə anlaşılmamalıdır ki, biz hal-hazırki İncili “Allahın Kəlamı” kimi təsdiq edirik. Digər tərəfdən elə başa düşülməsin ki, biz “Allahın Kəlamına” həmlələr edirik. Çünki, bizim bunu müzakirə etməyimizin səbəbi sadəcə budur ki, Xristianlar bunu (İsa Peyğəmbərə gələn İncil deyil, İncilin hal-hazırki təhrif olunmuş formasını) Allahın Kəlamı hesab edirlər. Bunun üçün onların hər hansı bir izahının olduğu fərq etməz. Müsəlmanların İncil barədə rəylərinə dair geniş məlumat əldə etmək istəyənlər bu www.muslim-answers.org saytına müraciət etsinlər.

İncildə baxmaq istədiyimiz hissələr Saylar Kitabı, Fəsil 31, 17-18-ci ayələrdir. Burada Musa (Ona Allahın salamı olsun) Rəbbinin əmri ilə İsrailoğullarına əmr edir ki, bütün medanit erkək uşaqları öldürsünlər. Əmr aşağıdakı sözlər ilə davam edir:

“...Kişi ilə yatdığı məlum olan hər bir qadını öldür, kişi ilə yatmadığı məlum olan qız uşaqlarından xaric, onları özün üçün saxla.

Özünüz indi təsəvvürünüzə gətirin ki, İsrailoğulları kimin bakirə olduğunu hansı yolla müəyyən edirmişlər. Çox güman ki, onlar bunu yaş və yetişkənliyə əsaslanaraq həddi büluğ yaşına çatmayan bütün qız “uşqlarının” bakirə olduğunu güman edirdilər. Bunu yadda saxlayın ki, bu məsələ İncilə əsasən, Allahın “İsrailoğullarının qisasını Medianitlərdən götürün” əmrinə görə edilmişdir. Sonra Allah Musaya qənimətin bölünməsi barədə göstəriş verir, “istər insan, istər öküz, uzunqulaq, qoyun və yaxud keçi olsun.” Bu əmrə əsasən “ümumilikdə otuz iki min olmaqla, kişi ilə yatmadığı məlum olan qadınlar” bölünmüşdülər. Bundan məqsəd o idi ki, yəhudi əsgərləri bu gənc qızları “özləri üçün saxlasınlar.” Mən şübhə etmirəm ki, bunu oxuyan hər kəs bunların nə mənaya gəldiyini başa düşməmək üçün ya sadəlövh olmalıdır, ya da Kral Ceymsin İngilis dilini bilmir!

Bibliya əxlaqının digər dahi bir nümunəsinə keçək...Musanın İkinci Kitabı 21:10-14. Bibliyanın tərənnüm etdiyi “Sevgi İlahı” aşağıdakı əmrləri verir:


“Düşmənlərinə qarşı döyüşə çıxdıqda və Rəbbin onların sənin əlinə verdikdə və onları əsir götürdükdə, əsirlər arasında qəşəng bir qadın görsən və ona istəyin olsa...sonra onunla yaxınlıq edib əri ola bilərsən və o sənin arvadın olacaq. Lakin ona qarşı heç istəyin olmasa, onu sərbəst burax.

Bu yetərli bir sübut-dəlil olaraq göstərir ki, Bibliyada təlim-tədris edilən əxlaq adətən Xristianların havadan uydurduqları əxlaq deyil. Sunday məktəblərində keçdikləri dərslərə rəğmən, yuxarıdakı ayələr bunları nümayiş etdirir:

  • Ən azından Bibliyaya görə Qüdrətli Allah məsum körpələri öldürməyi əmr etmişdir və;
  • Gənc qadınları məcburən, zorla öz iradələrinin əksinə cinsi əlaqədə olmağa əmr etmişdir.

Mövzuya davam etməzdən öncə qeyd etmək lazımdır ki, müharibədə qadınları və uşaqları öldürmək heç vaxt İslam Qanunvericiliyinə əsasən (dünyada bəzi cahil, nadan müsəlmanların əməllərinə baxmayaraq) icazəli deyil. Bəzi xristianlar ola bilsin ki, “məsum körpələr” sözləri ilə razılaşmasınlar, çünki onlar inanırlar ki, hətta körpələr belə “İlk Günah”a bulaşıblar. Lakin hal-hazırda bu müzakirə mövzusu deyil. Bunu söyləmək kifayətdir ki, İlk Günah Doktrinasına Bibliya dəstəyi ən yaxşı halda belə, ziddiyyət təşkil edir. Bunu dəstəkləyən bəzi ayələrin olduğu görünür, lakin digər ayələr vardır ki, açıq-aydın surətdə bunu inkar edir. Bunun sadəcə ədalətsiz olduğu həqiqətindən başqa “İlk Günaha” daha başqa bir zərbə budur ki, Əhdi Ətiqi oxuyan yəhudilər heç bir vaxt bu gün Xristianların inandığı kimi inanmamışdırlar. Lakin, nə isə...Əhdi Ətiqin problem yaradan hissələri ilə rastlaşdıqda xristianların buna reaksiyası müxtəlif olur. Onlardan bir çoxu “pis niyyətlə” “Bilirsiniz-bu-Əhdi-Ətiqdədir” mövqeyini tuturlar. İsanın (Ona Allahın salamı olsun) iddia olunan proqnozları ilə üst-üstə düşən ayələr onlara göstərildikdə adətən onların Əhdi Ətiqi bu cür sürətlə bir kənara atmadığını nəzərə alsaq, məsələyə dair bir neçə başqa fikirləri də söyləmək mümkündür. Əhdi Ətiqi bir kənara buraxmağı bir balaca çətinləşdirən bəzi məsələlər (heç olmazsa intelektual baxımdan insaflı qalmaq istəyən xristianlar üçün) aşağıda təqdim olunur:

  • Əhdi Ətiqi “nazil edən” eyni Allah Əhdi Cədidi də “nazil etmişdir”
  • Bibliyaya görə bu eyni Allah “dəyişməzdir”


  • Əhdi Cədiddə İsa “Şəriət və peyğəmbərləri” (yəni Əhdi Ətiqdə) bir neçə yerdə təsdiq edir
  • Əhdi Ətiqsiz Xristianlığın heç bir əsası yoxdur


Küncə sıxışdırıldıqda Xristianların aşağıdakı iki seçimdən birini etməkdən başqa yolu qalmır:

  • Bu barədə düşünməyə son qoymaq, “kefin kök olsun”, lakin həyatın ən çətin suallarından hər hansı birinə cavab verməyən liberal “istədiyini seç” dininə qayıtmaq
  • Hal-hazırki Bibliyanın guya Allah tərəfindən nazil olunan əxlaqını olduğu kimi qəbul etmək (İncilin təhrif olunmuş versiyası).

Bibliyanın İlahi Nazil əxlaqını qəbul etdiyini iddia edən xristianlar hələ də mövcuddur. Onlar nə cür təhlükənin olduğunu və aktual məsələləri başa düşürlər. Əgər insanlara fantastikcəsinə nəyin doğru, nəyin yanlış olduğu barədə qərar verməyə icazə verilərsə, hərc-mərclik olar. Əhəmiyyət baxımından eyni dərəcədə olmaqla, əgər insanlar nəyin “Allahın Kəlamı” olub-olmadığını onlarda əvvəlcədən formalaşmış fikir və “müasir” mədəni, kübar hissiyyatlarına əsaslanaraq qərar verərlərsə, Bibliyadan heç bir şey qalmaz. Belə ki, xristianlar var ki, prinsip etibarilə bildirirlər ki, bir halda ki, Allah bunu açıq-aydın əmr edir, körpələri öldürmək “əxlaq”dandır. Allah tərəfindən nazil olan əxlaqın xarakterini başa düşən bir insan üçün prinsip etibarilə biz onunla razılaşardıq, lakin müəyyən şərtlər altında. Yuxarıda qeyd olunduğu kimi, Qüdrətli Allah islama görə heç bir vaxt məsum körpələri öldürməyə icazə vermir. Bu onların cavab vermə bilmədikləri “bir çətinlikdir” və mən buna görə çox şadam ki, müsəlmanlar vəziyyətdən çıxmaq üçün belə bir şeyi izah etməyə ehtiyac duymurlar! Nə qədər ki, Allah əmr edir, körpələri öldürmək xristianlara görə əladır?! Xristianları dayəliyə götürmək üçün bu qədəri kifayətdir!

Xülasə, əxlaq, mənəviyyat Qüdrətli Allahdan gələn bir şeydir və mənbəyini yalnız Ondan götürür. Bununla belə, Bibliyanı oxuduqda açıq-aydın göz qabağındadır ki, təhrif olunmuş bu Kitab əxlaq və mənəviyyat üçün təməl ola bilməz. Yuxarıda gətirdiyimiz misallar Əhdi Ətiq və Əhdi Cədidin hər ikisindən iqtibas etdiyimiz misallardan sadəcə bir neçəsidir. “Bibliya əxlaqı”na çağıranlar istədikləri kimi oradakı mətnlərdən götürüb seçirlər. Təmiz vicdanla, əxlaq və mənəviyyata dair “tam silsiləni” cahilliyə yol vermədən və yaxud ikiüzlülük nümayiş etdirmədən xoşlamadıqlarını inkar etməyəcək şəkildə tam qəbul etmək yalnız islamda mümkündür. Bax bu cür surətdə daxili rahatlıq və ahəng əldə olunur. Əgər kimsə özünü bir dinin mənsubu hesab edərək həmin əlyazmada olan hər bir şeyi qəbul etmirsə (istər həqiqi, istərsə də iddia edilsin), məlum şəxs nəinki özünə qarşı eləcə də Allaha qarşı yalandan şahidlik etmiş olur. Çağdaş dövrdə tüğyan edən bütün batil ideyaların mühasirəsində insanın yolunu azması asan görünür. Yer kürəsinin bütün guşələrinə toxunan Liberal Qərb əxlaq-mənəviyyatı mədəni tərzdə ifadə etsək, səkkiz yüz funt sterlinq dəyərində bir quldur rolunu oynayır. Onun yolunun qarşısında durmaq və yaxud onun əleyhinə danışmaq olduqca ağır bir işdir. Bununla belə, ətrafdakı digər insanların təşviqi ilə “boş-xəyalların” ardına düşmək insanlığın əbədi bir problemi olaraq qalmaqdadır. Bu barədə Qüdrətli Allah Qurani Kərimdə belə buyurur: De: "Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram. [əl-Ənam 6:56]

Şükrü şərtləndirən Hidayət Nişanələri[redaktə]

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bütün insanlıq və müxtəlif mədəniyyət mənsubları olan insanlar (“çağdaş” Avropalılardan tutmuş Avstraliyadakı aborigenlərə kimi) üçün böyük bir nümunə olmuşdur. O nəinki dahi bir Peyğəmbər və Rəsul olmuş, həmçinin dövlət rəhbəri, ordu başçısı, hakim, müəllim, qonşu və dost idi. Ailə həyatı onun böyük nümunə təşkil etdiyi ən mühüm sahələrdən idi. Çünki o həm həyat yoldaşı, həm də bir ata idi. Allahın hikməti sayəsində Onun son və axırıncı peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) olduğundan bir neçə dəfə nikah bağlamış və müxtəlif ailə proseslərindən keçmişdir. Bu səbəbdən də, o həm təkarvadlılığa meyilli olanlar, eləcə də çoxarvadlılığa meyilli olanlar, özlərindən yaşca böyük olanlar ilə ailə qurmaq istəyənlər və şəriətə görə bir kəsin ən erkən nə zaman ailə quracağı barədə maraqlananlar üçün bir nümunə idi. Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) İbrahimin Dinini təkrar canlandırdı ki, Qiyamət Gününə kimi davam etsin.

Bir müsəlman kimi biz həyatımız boyunca davam edən mənəvi səyahətimizdəki bu cür hidayət nişanələrinə görə Rəbbimizə şükür əda etməliyik. İnsan bunların üzərində düşündükdə “əxlaqi nisbilik”zəlalətinə düşməkdən qorunmaq üçün bunlar yardımçı olur. Bu çox təhlükəli bir şeydir, çünki bu günahların ən şərlisi, şiddətlisi olan Allaha ibadətdə digərlərini Ona şərik qoşmaq bataqlığına insanı sürüklüyə bilər. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) həyat hekayəsini tədris etməklə Qüdrətli Allahın insanlıq üçün cızdığı sərhədlər hüdudunda necə hərəkət etməyi və Fitrət Dini olan İslamda yaşamağın yollarını öyrənmiş oluruq. Elə bir din ki, bəşəriyyətin fitrətinə ölçülərək hesablanmışdır

Allahdan diləyim budur ki, biz müsəlmanları Qüdrətli Rəbbimizin cızdığı hüdudları hüdud (haramı haram, halalı halal) qəbul edənlərdən etsin və digər cəmiyyətlər, mədəniyyətlərin azdırıcı təsir dalğasından bizi uzaq tutsun. Əgər bu din İbrahim və Musaya kifayət edibsə, elə isə mənə nə üçün etməsin ki...

Bu sadəcə bir insan düşüncəsinin məhsuludur, lakin ən doğrusunu Allah bilir...


Istifadə olunan ədəbiyyat siyahısı[redaktə]


Tərcümənin mənbəyi[redaktə]