Resept:Albalı piroqu
Üsul 1
[redaktə]Albalı piroqu | |||
---|---|---|---|
Kateqoriya: | Piroqlar | ||
Porsiya: | 6 | ||
Enerji qiyməti: | 1000-800 kkal. | ||
vaxt: | 2-3 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 3 ədəd yumurta
- 200 q kərə yağı
- 1,5 stəkan şəkər tozu
- 2 stəkan un
- vanil, qabartma tozu
- 3-4 ədəd alma və ya 200 q. albalı (çiyələk də olar)
Hazırlanma qaydası
[redaktə]Yumurtanın sarısını ağından ayırın və 3/4 stəkan şəkər tozu ilə qarışdırın. Yumşaldılmış yağ, qabartma tozu, vanil, və un əlavə edin. Mikserlə çalın. İki hissəyə ayırın. Biri o birindən bir az çox olsun. Çox hissəni tavaya töküb bərabər yayın. Az hissəni isə dondurucuya qoyun. Almanı sürtgəcin böyük gözündən keçirib xəmirə tökün (tumları çıxarılmış aıbalı və ya uzun-uzun doğranmış çiyələyi qoyun). Daha sonra yumurtanın ağını 1/2 stəkan şəkər tozu ilə qarışdırıb sürtgəcdən keçirilmiş almanın üstünə tökün. Dondurucudakı xəmiri də çıxarıb sürtgəcdən keçirin və qarışığın üstünə tökün. 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Hazır piroqun üstünə şəkər unu səpin.
Üsul 2
[redaktə]Albalı piroqu | |||
---|---|---|---|
Kateqoriya: | Piroqlar | ||
Porsiya: | 8 | ||
Enerji qiyməti: | 1000-800 kkal. | ||
vaxt: | 1 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Tərkibi
[redaktə]- 3 ədəd yumurta
- 200 q kərə yağı
- 1 stəkan şəkər tozu
- 3 stəkan un
- vanil, qabartma tozu
- 100 q. albalı
- 2 x.q xama
Hazırlanma qaydası
[redaktə]Otaq tempraturunda yumşaldılmış yağın üzərinə 1 stəkan şəkər tozu qatılır və mikserdə qarışdırılır. Qarışdırdıqca 3 ədəd yumurtanı növbə ilə əlavə edirik. Yaxşı çalındıqdan sonra 2 xörək qaşığı xama və vanil əlavə edilir və qarışdırılır. Üzərinə 3 stəkan un (aramla) və 1 paçka qabartma tozu əlavə edilir. 10-15 dəqiqə xəmir gözlədilir. Alımış qarışıq orta yumuşaqlıqda olur və qaşığın yardımıyla yağlanmış qaba tökülür. Əvvəlcədən hazırlanmış albalı xəmirə basılır. Albalı əvvəlcədən tumu çıxarılır, bölünür və süzgəcə düzülür. Bu o məqsədlə edilir ki, məmirdə su yaranmasın.