Məzmuna keç

Meyvəçilik/Armud

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Armud səhifəsindən yönləndirilmişdir)
../ Meyvəçilik

../

Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.

Armudun faydaları

[redaktə]

Həzm sistemini gücləndirir, həzmi asanlaşdırır. Böyrəklərin nizamlı işınə, böyrək daşlarının və qumunun tökülməsinə kömək edir. Sidik çökdürücüdür. Qəbizliyi aradan qaldırır. Qanı təmizləyir. Qansızlığa yaxşı gəlir. Sinirləri sakitləşdirici təsiri ilə yüksək təzyıqi salır və zehin yorğunluğuna yaxşı gəlir. Nıkris (gut) və romatizmdə faydalıdır. Soyuqdəyməyə yaxşı gəlir. Susuzluğu keçirir.

İstifadəsi

[redaktə]

Mədəsi zəyif olanların kompotunu içməsi tövsiyə edilir. Mümkünsə tumları ilə birlikdə yemək daha faydalıdır. Tumunu ac qarına yemək bağırsaq qurdlarını tökməyə də köməkçi olur. Armud çiy yeyilə biləcəyi kimi bişırilərək də yeyilə bilər. Az kalorili lakin buna qarşılıq bol lifli və minerallı bir meyvə olan armud pəhriz saxlayanlar üçün də faydalıdır. Fərahlıq verən bir meyvə olduğu üçün hamilələrin qusmalarını azaldır. Yeməklərdən əvvəl yeyilməsi tövsiyə olunur.