Məzmuna keç

Resept:Badamlı borucuq

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Badamlı borucuq səhifəsindən yönləndirilmişdir)

BADAMLI BORUCUQ

Əla növ buğda unu – 410 q, xama – 185 q, kərə yağı – 120 q, badam – 220 q, şəkər tozu – 180 q, hil – 5 q, şəkər kirşanı – 35 q, maya – 10 q, konyak – 3 q, duz. Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğurulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.