Məzmuna keç

Kartofçuluq/Kartofun xəstəlikləri və zərərverirciləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
Kartofun gübrələnməsi Kartofçuluq

Kartofun xəstəlikləri və zərərverirciləri. Kartof bitkisinə ən çox zərər vuran bakterial, göbələk və virus xəstəliklərindən fitoftoroz və yaxud boz çürümə, rizoktorioz adi dəmgil, alternarioz, qaraayaq, yumruların yaş və həlqəvi çürüməsi, xərçəng, gümüşlü dəmgil və s. Göstərmək olar ki, ölkəmizin bütün bölgələrinə ən çox ziyan vuran fitoftoroz xəstəliyidir.
Bu xəstəliklərə qarşı 80%-li Ditan M 45, Maneb 80, poliran, tekto, Aqat – 25 K, Bravo, 70%-li Aktrakol və s. dərmanlarla norma üzrə mübarizə aparılmalıdır.
Kartof bitkisinin əkildiyi əksər ölkələrdə eləcə də bizim respublikamızın bölgələrində ən çox yayılmış zərərvericilər kolorado böcəyi, kartof nematodu, məftil qurdları, adi danadişi, payızlıq sovka, kartof güvəsi, parabüzən, xallı böcək, böyük və yaşıl şəftəli mənənəsidir. Bu zərərvericilər kartofun yerüstü kütləsini, gövdəsini zədələyir, kökünü və kök yumrularının gəmirərək bitkiyə xeyli ziyan vuraraq məhsulun keyfiyyət və kəmiyyətini aşağı salırlar.
Bu zərərvericilərə qarşı norma üzrə Ambuş 325, Bi-58 poqor – 40% q.e, desis 2.5%, Nurell 20% q.e, zolon q.e və sair pestisidlərdən istifadə etmək olar.
Lakin ekoloji sağlam məhsul yetişdirmək üçün növbəli əkinə düzgün riayət edilməli, aqrotexniki mübarizə tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirilməlidir ki, kimyəvi pestisidlərdən az istifadə olunsun.