Dil qaydaları

Vikikitab, açıq dünya üçün açıq kitablar

Azərbaycan dilinin qrammatikası.

Azərbaycan dilinin qrammatikası fonetika, leksikologiya, söz yaradıcılığı, morfologiya, sintaksis, nitq mədəniyyəti və üslubiyyat kimi bölmələrdən ibarətdir.

Fonetika- yunanca fone-səs, tika-elm, səs haqqında elm deməkdir. Bu bölmədə biz səsləri və hərfləri öyrənirik. Azərbaycan dilində 32 hərf, 34 səs vardır. Səsləri deyirik və eşidirik, hərfləri isə yazırıq və görürük. X və K üstü ştrix səslərinin əlifbada xüsusi işarəsi yoxdur, onlar yalnız tələffüz zamanı meydana gəlir.

Fonetika bəhsində aşağıdakı başlıqlar üzrə qaydaları öyrənəcəyik:


  • Saitlər
  • Samitlər
  • Səs artımı, səs düşümü
  • Səs uzanmasına görə mənası dəyişən sözlər
  • Ahəng qanunu
  • Vurğu
  • Vurğusuna görə mənası dəyişən sözlər – Omoqraf
  • Paronimlər
  • Omoform( daşı(maq) feil; daş+ı isim)
  • Heca və sətrdən-sətrə keçirilmə
  • Orfoqrafiya-orfoepiya
  • Fonetik təhlil
   Saitlər:
  • Saitlərin təsnifi
  • Saitlərin tələffüzü
  • Eynicinsli, müxtəlifcinsli saitlərin tələffüzü
  • Səs uzanması
   Samitlər:
  • Kar-cingiltili samitlər
  • “K” hərfinin ifadə etdiyi səslər
  • “Q” hərfinin ifadə etdiyii səslər
  • K-Y, Q-Ğ əvəzlənməsi
  • Sonu “d, b, g, c” samitləri ilə bitən sözlərin tələffüzü