Elimdə

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search
Elimdə (2015)
Müəllif: Aqşin Hacızadə

Olsa da sifətim bir azca qara,
Əməlcə ağ olub üzüm elimdə.
Ədəblə, hörmətlə, xoşbəxtəm ki, mən,
Dolaşır söhbətim, sözüm elimdə.

Beşiyim olubdu, uşaq olanda,
Ocağım olubdu, sazaq olanda,
Bir addım mən ondan uzaq olanda,
Qalıbdı ürəyim, gözüm elimdə.

Bir təbdə olmur ki, ana təbiət,
Gah alov yağdırır, gah soyuq zillət.
Çoxuna şaxtada verib hərarət,
Ocağım, atəşim, közüm elimdə.

Aqşinəm, cismimlə olsamda nə ki,
Özümdən ağırdı el qoyan çəki.
Saysa da el məni ağa, bəy təki,
Elimin quluyam, özüm, elimdə...
10.01.2015