Məzmuna keç

Resept:Göyərti küküsü

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Göyərti küküsü səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • Yumurta - 3 əd.,
  • göy soğan – 50 q.,
  • keşniş – 20 q.,
  • şüyüd - 20 q.,
  • ispanaq – 50 q.,
  • təzə nanə - 10 q.,
  • turşəng - 20 q.,
  • ərinmiş yağ – 50 q.,
  • istiot, duz.

Hazırlanması

[redaktə]

Göyərtilər yuyulur və xırda-xırda doğranır. Yumurta qabda çalınır və üzərinə göyərti, duz, istiot əlavə edilərək təkrar çalınır. Qızdırılmış tavaya yağ qoyulur. Yağ əriyəndən sonra üzərinə yumurtalı göyərti əlavə edilir. Tavanın qapağı möhkəm örtülür. 10 dəqiqədən sonra tavadakı kükü 4 yerə bölünərək ehtiyatla digər üzünə çevrlir. Yenidən 10 dəqiqə bişirilir.

Qatıq və ya xama ilə yeyilir.

Xarici keçidlər

[redaktə]