Məzmuna keç

Kartofçuluq/Kartofun gübrələnməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Gübrələr/Kartofun gübrələnməsi səhifəsindən yönləndirilmişdir)
Kartofun becərilmə texnologiyası Kartofçuluq

Kartofun xəstəlikləri və zərərverirciləri

Kartofun gübrələnməsi. Torpağın qida maddələri ilə təmin olunma dərəcəsindən, becərildiyi şəraitdən istehlak təyinatından (ərzaq, toxum, yem, nişasta, spirt və s.) asılı olaraq kartof bitkisinə üzvü və mineral gübrələr verilir. Bir ton kartof yumruları torpaqdan təxminən 5-6 kq azot, 8-10 kq kalium, 1.5-2 kq fosfor mənimsəyir ki, bunlar gübrə kimi torpağa qaytarılmalıdır.
Torpaq-iqlim şəraitindən becərmə üsullarından və s. asılı olaraq bir hektar kartof əkilən sahəyə 150-180 kq azot, təsiredici maddə hesabı ilə payızda və yazda 60-90 kq fosfor, 60-90 kq kalium, 60-80 kq maqnezium və şum altına hər hektara 20-30 ton peyin və ya şirəsinin verilməsi yüksək və keyfiyyətli kartof məhsulunun alınmasını təmin edir.
Suvarılma: - Vegetasiya ərzində bir kartof kolu təxminən 50 litrədək su mənimsəyir. Dəmyə şəraitində təsiredici maddə hesabı ilə kartof əkininin hər hektarına verilmiş 150 kq azot gübrəsi məhsuldarlığı 50-100 sentner artırdığı halda, suvarma şəraitində bu rəqəm 2 dəfə artaraq 120-200 sentner ola bilər.