Vikiuşaq:Bitkilər/Çiçək

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Gül səhifəsindən yönləndirilmişdir)

Çiçəklər təbiətin möcüzələrindən biridir. İnsanlar çiçək yetişdirməyə, onların şəkillərini qablar və parçalar üzərinə çəkməyə çox qədim zamanlardan başlayıblar.

Çiçəyin quruluşu[redaktə]

Nərgizgülü

Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da miixtəlifdir. Çiçək -şəklini dəyişmiş zoğdur, o, tumurcuqdan əmələ gəlir. Çiçəyin yerində bir və bir neça toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müayyən oxşarlıq da vardır. Çiçək, çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir.

Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac olur. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və kasacıq cicək yanlığını təşkil edir. Çiçək yanlığı çicəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı həşəratları özünə cəlb edir.

Çiçəyin əsas hissələri dişicik və erkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. Dişicik genişlənmiş hissədən - yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcıgından ibarətdir. Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə; alma, armud, heyva və s. meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir. Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir. Çobananyastığı, albalı, gilas, günəbaxan, inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.

Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıq və dəvədabanı bitkiləri hələ qar əriməmis çiçəkləyir.

Təsnifatı[redaktə]

İtburnu çiçəyi, Azərbaycan, Quba
Yabanı çiçəklər, çobanyastığı çiçəkləri

Çiçəklər özləri də müxtəlif olurlar:

  • Dekorativ çiçəklər - yəni yalnız gözəlliklərinə görə becərilənlər. Məsələn, bənöbşə, zanbaq, mimoza və s.
  • Müalicəvi çiçəklər - müxtəlif xəstəliklərdən müalicə edə bildiklərinə görə toplanırlar, Məsələn, çobanyastığı, itburnu və s. bitkilərin çiçəkləri.
  • Müxtəlif meyvələrin çiçəkləri - meyvə ağacı çiçək açmasa o ağac bar verməz.

Bəzi güllər haqqında[redaktə]

Qızılgül — güllərin şahı sayılır.

Lalə — baharın müjdəçisidir.

Bənövşə — gözəl gözləri çox zaman bənövşəyə bənzədirlər.

Həmçinin bax[redaktə]

Vikianbarda Bitkilər/Çiçək ilə əlaqəli mediafayllar var.

[[b:{{{b}}}|   ]]

Vikipediyada Bitkilər/Çiçək ilə əlaqəli məqalə var.