Məzmuna keç

Resept:Küftə-bozbaş

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Küftə-bozbaş səhifəsindən yönləndirilmişdir)

Tərkibi

[redaktə]
  • Qoyun əti - 163q,
  • quyruq - 20q,
  • düyü - 15q,
  • təzə alça - 30q,
  • noxud - 25 q,
  • kartof - 150q,
  • baş soğan - 18q,
  • zəfəran - 0,1q,
  • quru nanə - 0,1q,
  • istiot, duz.

Hazırlanma qaydası

[redaktə]

Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartov və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır.

Süfrəyə verilməsi

[redaktə]

Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Mənbə

[redaktə]