Kosmetika/Kələm lasyonu

Vikikitab, açıq dünya üçün açıq kitablar
< Kosmetika(Kələm lasyonu səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search


Kələmin tərkibində bir çox mineral duzlar mövcuddur. Kələm ucuz və həmçinin çox effektiv kosmetik preparatdir. Kələm həm ağardıcı, nəmləndirici, həm də, qidalandırıcı effektə malikdir. Bundan əlavə, kələm tərkibli maskalar var ki, onları saçın möhkəmlənməsi üçün və başın dərisinin qabıqlardan azad edilməsi üçün istifadə etmək məsləhətdir.

Quru dəri üçün lasyon[redaktə]

Tərkibi:

  • 1 çay qaşığı kələm suyu
  • 2 çay qaşığı bal
  • 20 qr. spirt

Yaxşıca qarışdırıb 2 gün şüşə flakonda qaranlıq yerdə saxladıqdan sonra, istifadə etmək olar. Bu lasyon quru dərini silmək üçün nəzərdə tutulur.


Qidalandırıcı maska (hər növ dəri üçün)[redaktə]

Tərkibi:

  • 1 ədəd yerkökü
  • 50 qr. kələm suyu

Yerkökünü sürtgəcdən keçirib məhlulu əzirik. Daha sonra üzərinə kələm suyunu əlavə edirik. Qarışdırdıqdan sonra üzərinə 1 çay qaşığı smetan əlavə edib maskanı təmiz üz dərisinə çəkməklə qidalandırıcı effekti əldə edərik.