Müzakirə:Salatın Əhmədlinin İran səfəri

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search

Bu səhifə, Salatın Əhmədlinin İran səfəri məqaləsinin müzakirə səhifəsidir.

  • Dörd tildadan (~~~~) istifadə edərək şərhinizə
imza və tarix əlavə edin.
Daxili prinsiplər


Müəllif[redaktə]

Kitabın müəllifi kimdir və kitab nə vaxt yazılmışdır? --Verman1 20:28, 10 yanvar 2012 (UTC)

Vikikitabda heç bir yerdə çap olunmayan və ya müəllifin özünün təqdim etdiyi kitablar saxlanılır. Müəllif hüquqlarının pozulduğu bilinsə kitabı silərəm. --Irada 09:16, 11 yanvar 2012 (UTC)

Müəllifin özünün təqdim etdiyi kitablar yalnız Vikimənbənin müvafiq dil layihəsində olmalıdır. Vikikitabda isə nə xarici dildə, nə də çap olunmuş kitablar, şeirlər, nağıllar və s. olmamalıdır. İstifadəçi:Irada, Görəsən bu mövqeyiniz neçə il davam edəcək? Xocalı həqiqətlərini belə (Guest from Khojaly; Khojaly is not dead; Они никогда не вырастут və s.) təbliğ etmək ən azı ədalətsizlikdir. "Çaşıoğlu" nəşriyyatının müəllif hüquqlarının pozulması isə artıq başqa bir mövzudur. Həmin nəşriyyat istəsə Sizi məhkəməyə verə bilər və s... Sonra "demədi" deməyin. --►Safir yüzüklü Ceklimesaj 10:33, 13 yanvar 2012 (UTC)

  • Vikikitab istənilən istifadəçinin öz kitabını daxil edə bildiyi layihədir. Mən özüm də müəlif ola bilərəm və bu o demək deyil ki,mən kitabımı Vikikitaba daxil edə bilmərəm.
  • İstifadəçi:Cekli829, başqa istifadəçiləri məhkəmə ilə hədələmək bloklanmaya səbəb ola bilər: [1]. Bu son xəbərdarlıqdır!
  • O kitablara isə idarəci kimi özüm cavabdehəm! --Irada 19:05, 15 yanvar 2012 (UTC)

Mən bilirəm ki, məni bloklamaq üçün Sizə bəhanə lazım deyil. Bu artıq bir ənənədir. Amma hər halda nəzərinizə çatdırım ki, Vikikitab:Bloklama qaydaları hələ qəbul olunmayıb. Hədə məsələsinə gəldikdə isə mən kimi isə məhkəməyə verəcəyəm sözünü işlətməmişəm. Mən reallığın nədən ibarət olduğunu bildirmişəm. Vikiqaydalara görə müəllif hüquqları ilk növbədə qayda pozuntusunun məhkəməyə daşınma ehtimalının yüksək olması səbəbindən qorunur. Hal-hazırda bir idarəçi kimi Vikikitabda müəllif hüquqlarının qorunmasında bilavasitə məsul şəxs Sizsiz. Və bir daha bildirirəm ki, müəllifin özünün təqdim etdiyi kitablar yalnız Vikimənbənin müvafiq dil layihəsində olmalıdır. Vikikitabda isə nə xarici dildə, nə də çap olunmuş kitablar, şeirlər, nağıllar və s. olmamalıdır. Siz özünüz müəllif kimi yalnız çap olunmamış kitablarınızı bura daxil edə bilərsiniz. Yalnız Azərbaycan dilində. --►Safir yüzüklü Ceklimesaj 07:46, 16 yanvar 2012 (UTC)

Müəllifin razılığı ilə kitabları Vikikitabda saxlanıla bilər! Müəllif hüquqları pozulmayıb. Əgər istəsəniz Səriyyə Cəfərovanın e-mail ünvanını da sizə göndərə bilərəm, məsələni aydınlaşdırmaq üçün. Mən müəllifə onun kitablarını silmək üçün nə qədər canfəşanlıq etməniz barədə artıq məlumat vermişəm. --Irada 11:43, 16 yanvar 2012 (UTC)

Məqsədim heç də kiminsə kitablarını sildirmək deyil. Məqsədim Vikiqaydaların doğru şəkildə icra edilməsidir. Səriyyə Cəfərovanı şəxsən tanımıram. Mən Sizi tanıyıram. Və onun Sizə razılıq verdiyinə tam əminəm. Amma əsas məsələ ondadır ki, Vikikitabda çap olunmuş əsərlər olmalı deyil. Müəllifin özünün təqdim etdiyi kitablar yalnız Vikimənbənin müvafiq dil layihəsində olmalıdır. Vikikitabda isə nə xarici dildə, nə də çap olunmuş kitablar, şeirlər, nağıllar və s. olmamalıdır. Aydındırmı? Vikikitab çap olunmuş kitablar üçün deyil. Vikikitabın digər dil bölmələrinə baxsanız, bunu görə bilərsiniz. Hörmətli Səriyyə xanımın e-poçt ünvanını isə ingilisdilli və rusdilli Vikimənbələrin idarəçilərinə göndərməyinizi tövsiyyə edirəm. Çünki Vikikitabda Vikiqaydalara zidd olaraq saxlanılan müvafiq kitabların yeri həmin layihələrdir. Axı niyə Vikimənbəyə həmin səhifələri yükləmək istəmirsiniz? Orada idarəçi olmadığınıza görəmi? Əgər buna görə çox narahat olursunuzsa, o zaman təklif edirəm ki, həm ingilisdilli və həm də rusdilli Vikimənbələrdə idarəçiliyə namizədliyinizi irəli sürün. Mən Sizi həmin layihələrdə mütləq dəstəkləyəcəyəm. Amma burada bu mövqeyinizə görə Sizi heç bir halda dəstəkləyə bilmərəm. --►Safir yüzüklü Ceklimesaj 12:06, 16 yanvar 2012 (UTC)

Siz çox yaxşı biliirsiniz ki, adı çəkilən layihələrdə bu kitabların qalması mümkün deyil, hətta müəllif özü idarəçinin qapısına getsə belə... Amma yenə də reallıqdan kənar xəyallar qurmaqda davam edirsiz :))) Bu ifadənizə isə: "o zaman təklif edirəm ki, həm ingilisdilli və həm də rusdilli Vikimənbələrdə idarəçiliyə namizədliyinizi irəli sürün. Mən Sizi həmin layihələrdə mütləq dəstəkləyəcəyəm." Artıq söz tapa bilmirəm. Nə qədər gülünc...İnanmıram ki, bu sözləri Vikipediyada az da olsa müəyyən təcrübəsi olan yazır :))) Məntiqsiz söhbətlərə qatılmıram! --Irada 18:49, 16 yanvar 2012 (UTC)

Adı çəkilən layihələrdə bu kitabların qalması mümkün deyil? Bir tərəfdən deyirsiniz ki, adı çəkilən layihələrdə bu kitabların qalması mümkün deyil, digər tərəfdən də adı çəkilən layihələrdə bu kitabların qalması üçün vacib olan addımları atmağa cəhd etmirsiniz. Mənim dil biliklərim kifayət etsəydi, özüm o layihələrdə namizədliyimi irəli sürərdim. Namizəd olmaq təbirinizcə desək "gülünc" olmaq əlamətidirmi? Sizin məntiqi əsaslandırmanız Vikiqaydalara ziddir. Hə, son olaraq müzakirəni qeyri-müəyyən müddətə qədər təxirə salıram. Amma bundan öncə bir təklifim də var. Xahiş edirəm ki, özünüzə XƏBƏRDARLIQ edin: postunuzda istifadəçiyə qarşı "gülünc", təcrübəsiz", "məntiqsiz" kimi təhqirəyaxın ifadələr işlətdiyinizə görə... Vikiqaydalara hörmət əlaməti olaraq müzakirəni qeyri-müəyyən müddətə qədər təxirə salıram. --►Safir yüzüklü Ceklimesaj 05:06, 17 yanvar 2012 (UTC)