Məntiq

Vikikitab, açıq dünya üçün açıq kitablar
Məntiq.
Bu kitab Məntiq haqqındadır.

Mündəricat[redaktə]

Məntiqin tərifi[redaktə]

Məntiq – doğru-düzgün fikirləşmənin ümumi qaydalarından bəhs edir. Məntiqin mövzusu tərif, arqument, əsaslandırma və müzakirənin (mübahisə) üslublarıdır. Məntiq elmi əşyanı ilk olaraq necə tərif edəcəyimizi öyrədir. Həqiqi tərif ilə yalançı tərifin arasındakı izahı göstərir. Məntiq düzgün fikirlə səhv düşüncənin arqumentlərinin həqiqi və ya yanlışlığını öyrədir. Məntiq elmi məlumların necə tənzimlənməsini ki, sonradan heç bir xəta etməyək, öyrədir. Məntiq elmi bəşəriyyətin maariflənməsinin düzgün formada həqiqətə çatması üçün tək yoldur.

Elmin tərifi[redaktə]

Elm beyində nəsnələrin surətinin şəkillənməsidir.

Elmin 2 növü var: 1)Təsəvvür; 2)Təsdiq

Təsəvvür – nəsnələrin idrakı Təsdiq – bir şeyə inanmaq, etiqad bəsləmək və əsaslandırmaqdan ibarətdir. Təsəvvür idrakla bərabərdir, təsdiq isə hökmə bərabərdir.

Təsəvvürün növləri[redaktə]

1) Zəruri – Fikirləşmədən nəsnələri başa düşməkdir 2) Nəzəri – nəsnələrin başa düşülməsi idrakıdır, düşündükdən sonra. Məs: varlıq və ya yoxluq

Təsdiqin növləri[redaktə]

1) Zəruri. Məs: 1 2-nin yarısıdır, 2 4ün yarısıdır. 2) Nəzəri. Məs: yer hərəkətdədir.

Dəlalət[redaktə]

Dəlalət – bir nəsnəni başqa bir şeyin vasitəsilə dərk etmək. Burada 3 nəsnə var: 1) dəlalət edən, 2) dəlalət olunan, 3) dəlalət. Dəlalətin növləri: 1) Rasional nitqi dəlalət – qapı arxasından bir şəxsin danışması. 2) Rasional qeyri-nitqi dəlalət – tüstünün olmasının odun olmasına dəlaləti 3) Təbii nitqin dəlaləti – “ah”, “uh” bu sözlərin xəstənin dərd çəkməsinə dəlaləti 4) Təbii qeyri-nitqin dəlaləti – nəbzin hərəkətinin surəti təzyiqin olub-olmamasına dəlaləti

Hökm və onun tərifi Hökm – predmetlərin mövcudluğunu, onların xassələrini, aralarındakı əlaqə və münasibətləri təsdiq və ya inkar edən fikirdir ki, bu da doğru və ya yalan ola bilər. Hökmün 2 növü var: Təsdiqedici və Rəddedici

Bəzi cinayətlər qəsdən törədilir. (İqrari) Bəzi insanların ali təhsili yoxdur. (İnkar)


Sadə və mürəkkəb hökmlər[redaktə]

İki anlayış arasında əlaqəni ifadə edən hökmə sadə hökm deyilir. Məs: Məntiq elmdir və ya Cəfər sürücüdür.

Sadə hökmlərin növləri[redaktə]

Sadə hökmlərin 3 növü var: 1) Atributiv 2) Münasibət bildirən 3) Mövcudluq bildirən

Mürəkkəb hökmlər sadə hökmlərin məntiqi bağlayıcılar vasitəsilə birləşməsi nəticəsində yaranır.

Mürəkkəb hökmlərin növləri[redaktə]

1) Bİrləsdirici hökmlər 2) Təqsimi hökmlər 3) Şərti hökmlər 4) Ekvivalent hökmlər

Anlayışlar arasındakı münasibətlər[redaktə]

1) Uyuşan anlayışlar: iki külli arasında baş verir, onlardan hər biri digərinin predmetinin hamısını ehtiva edir. Məs: insan və düşünən 2) Uyuşmayan anlayışlar: iki külli arasında olan münasibətdir, onlardan heç birini digərinin predmetlərini ehtiva etmir. Məs: heyvan və bitki 3) Kəsişən anlayışlar ( Çarpazlaşan): iki külli arasında olan münasibətdir. Onlardan biri digərinin bütün predmetlərini ehtiva edir. Məs: heyvan və quş ( ümum və xüsus mütləqən) 4) Tabeli anlayışlar (ümum xüsusi minbəc): iki külli arasında münasibətdir, onlardan biri başqasının predmetlərini bəzisini ehtiva edir, digər isə başqasının predmetlərinə tətbiqdə fərqlənir. Məs: heyvan və ağlıq.

Tərif[redaktə]

Tərif- nəsnənin həqiqətinin açıqlanması və ya onun mənasının izahı Tərifin növləri: 1) Tam tərif – iki yaxın cins və fəsli ehtiva edir. Nümunə: insan düşünən varlıqdır.

2) Naqis tərif – O tərifdir ki, uzaq cins və yaxın fəsli və ya əksini ehtiva edir. Nümunə: insan canlı cisimdir və ya insan düşünən cisimdir

Tərifin şərtləri: 1) Tərifdə tərif edən tərifin bütün predmetlərinə şamil olmalıdır.

2) Tərifdən tərif edən tərifə daxil olmayan bütün predmetlərdən uzaq olmalıdır.

3) Tərifdə tərifedici tərif olunandan daha aydın olmalıdır.

Məntiqin predmeti[redaktə]

Digər tərəfdən 2012-ci ildə xarici borcun geri qaytarılmasının təxirə salınması bəhanəsi ilə mavi ölkə barəsində mərkəzi bank məlumatlandırıldı və Mərkəzi Bank həmin ölkəyə sanksiya tətbiq etdi ki, bu ölkəyə xarici gəlirlərin qayıtması imkanı praktiki olaraq məhdudlaşdırıldı. Digər addımda qırmızı ölkə 2012-ci ildən etibarən öz düşmənini açıqladı və qonşu ölkələr və düşmən qrupların təhriki ilə mavi ölkəni sıradan çıxartmağa çalışdılar. Bu istiqamətdə şimal qonşu ölkələrin siyasi şəxslərərini daşıyan təyyarənin düşməsindən sonra sübutsuz dəlillər gətirməklə bu ölkə mavi ölkənin nəzarətində olan hava məkanının təhlükəsizliyinin təmin edə bilməməsi və İKAU və Birləşmiş millətlər təşkilatına təsir etməklə mavi ölkənin hava məkanının tranzit təyyarələrin üzünə bağlanmasına səbəb oldu və bu ölkənin gəlir mənbələrinin birini hansıki hava tranziti yolu ilə idi, bağladı.

Qırmızı ölkə 2016-cıp ildə separatçı qrupu himayə etməklə mavi ölkənin şimalında daxili qarşıdırmalar yaratdı ki, bunun ardınca regionun əhalisinin bir çoxu ziyan gördü. 2017-ci ildə mavi ölkənin elmi inkişafı ilə mübarizə üçün qeyri humanist fəaliyyətləri bəhanəsi ilə və bu ölkə əleyhinə geniş saxta texnoloji sanksiyalar tətbiq etdi ki, ilk addımda işləmə sürəti sanəyədə 190 milyard iş görən bütün super kampüterlərin emalı daxil olmaqla texnoloji ixrac hansı ki, strateji mallara aid edilir. Mavi ölkə üçün qadağan edildi və sonrakı addımda tərs filtirləmə labaratoriya və tibb ləvazimatlarına və son addımda elmi şəxsiyyətlərinə və universitetlərinə sanksiya tətbiq olundu və elan edildiki bu qanuna riayət etməyən hər hansı bir ölkə qırmzı ölkə tərəfindən birtərəfli qayda da sanksiyaya məruz qalacaq. Bununla belə mavi ölkədə elmi inkişafın qarşısı alınmadı. 2018-2020-ci illərdə mərkəzi bank hava limanı, atom elektrik stansiyası, neft emalı zavodları və KİV kamputerlərinə bir neçə kiber hücumlar edildi ki, bu hücumlardan bəzisi müəyyən edildi və bəziləri də əsas infrasturukturlara böyük ziyan vurdu, o cümlədən neft emalı zavodlarında və yanğına və atom elektrik stansiyalarında şiddətli ziyana səbəb oldu. Qırmızı ölkə və müttəfiqləri tərəfindən həyata keçirilən bütün fəaliyyətlərlə yanaşı mavi ölkə hələ də öz milli qüdrətini qoruya bilmişdir.



Predmet nədir?[redaktə]

- Hər bir elmin predmeti o elmdə onun xüsusiyyətlərindən bəhs edilən nəsnələrdir.

Hər bir elmin predmeti olmalıdırmı?[redaktə]

- Bəli hər bir elmin bir-biri ilə əlaqəli predmeti vardır . Yəni elmi məsələlərdən bir hissəsi müəyyən bir ailəyə, digər bir hissəsi isə başqa bir ailəyə bənzəyir.

Məntiq elminin predmeti nədir?[redaktə]

- Tərif və rasional nəticələrdir. Yəni məntiqin mövzuları ya təriflərdir, ya da rasional nəticələr.

Məntiq elmində 2 əsas iş baş verir:

1) Bir sıra şeylərə (adlara) tərif verilir.

2) Bir sıra məsələlərin isbatı üçün rasional nəticələr göstərilir və istifadə edilir. Nəticədə məntiq elmi düzgün tərifin və düzgün rasional nəticələrin metodlarını öyrənir .

Ədəbiyyat siyahısı[redaktə]

  1. Bilime adanmış ömür: Nasiruddin Tusi. Editör: Aykut Kar ve Anar Gafarov. Ankara. Gece kitaplığı yayını. 2017, 320 seh.
  2. Dini Terminlər Lüğəti. Bakı İslam Universiteti. Bakı. 2010. İpəkyolu nəşriyyatı. 398 səh.
  3. Doktor L. Nəbəvi, “Yeni məntiq”, Tehran-2005.
  4. Doktor M. Əjeyi, “Məntiqin binası”, Tehran-2006
  5. Doktor M. Xansari, “Formal məntiq”, 2007.
  6. Ə. M. Xorasani, “Müzəffər məntiqinin şərhi, 1-2”, 2006.
  7. Ə. Təbatəbai və Şeyx Əli Səadətpərvər, “Gülşəni-Razın şərhi”, Tehran-2005.
  8. Əli İbn Sina, “İşarat”, tarixsiz.
  9. Əli İbn Sina, “Şəfa məntiqi”, 1984.
  10. Əllamə Müzəffər, “əl-Məntiq”, 2007.
  11. Əllamə Təbatəbai Təbrizi, “Fəlsəfənin əsasları və realizmin metodu”, Tehran-2009.
  12. Əllamə Təbatəbai, “Fəlsəfənin əvvəli”, tarixsiz.
  13. Həkim Səbzivari, “Mənzumə”, 2004
  14. İmranoğlu, Rauf. Məntiq. Bakı, Parlayan günəş nəşriyyatı. 2011. 464 səh.
  15. İsrafilov, Mahir. Məntiq (nəzəriyyə və praktika). Bakı, Turan evi nəşriyyatı, 2005, 384 səh.
  16. İsrafilov, Mahir. Məntiq terminlərinin izahlı lüğəti. Bakı, “MBM” nəşriyyatı, 2007, 352 səh.
  17. İsrafilov, Mahir. “Məntiq”. Bakı, 1987.
  18. İzahli Dini Terminlər Lüğəti. Azərbaycan İlahiyyat İnstitutu. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020, 320 səh.
  19. M. M. Ağa Xorasani, “Əqlin rəhbəri”, 1985.
  20. M. Müntəziri, “Məntiq-1”, 2001.
  21. M. Mütəhhəri, “Məcməül-Asar-5 (Şərhi Mənzumə)”, 1992
  22. M. Qulamhüseyn, “Paradokslar”, Tehran, 2006.
  23. M. Qulamhüseyn, “Riyazi məntiq”, Tehran, 2006.
  24. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (1) // ResearchGate elmi bazası, 2020, səh.1-5 (http://dx.doi.org/10.13140/RG.2.2.36134.06724)
  25. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (2) // ResearchGate elmi bazası, 2020, səh.1-4 (http://dx.doi.org/10.13140/RG.2.2.29265.89447)
  26. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (3) // ResearchGate elmi bazası, 2020, səh.1-4 (http://dx.doi.org/10.13140/RG.2.2.20908.41606)
  27. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (4) // ResearchGate elmi bazası, 2020, səh.1-4 (http://dx.doi.org/10.13140/RG.2.2.19361.76643)
  28. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (5) // ResearchGate elmi bazası, 2020, səh.1-5 (http://dx.doi.org/10.13140/RG.2.2.12244.55689)
  29. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (6) // ResearchGate elmi bazası, 2020, səh.1-6 (http://dx.doi.org/10.13140/RG.2.2.31689.08803)
  30. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (7) // ResearchGate elmi bazası, 2020, səh.1-10 (http://dx.doi.org/10.13140/RG.2.2.34297.42087)
  31. Məlikov, Ələddin. Terminlər və Lüğətlər (8) // ResearchGate elmi bazası, 2020, səh.1-6 (http://dx.doi.org/10.13140/RG.2.2.34385.89448)
  32. Məmmədov, Elvüsal. İzahlı İslam fəlsəfəsi terminləri lüğəti. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020, 192 səh.
  33. Məsud Azərbaycani və Seyid Mehdi Musəvi Əsl. Din psixologiyasına giriş. Tərcümə: Famil Burxanoğlu. Xəzər Universitəsi Nəşriyyatı, Bakı -2017, 192 səh.
  34. Nəsirəddin Tusi, “Əsasul-İqtibas”, Tehran, 1996.
  35. Nəsirəddin Tusi, “İşaratın (İbn Sina) şərhi“, Tehran, 2008.
  36. Nəsirəddin Tusi. Əsasül- İqtibas. Tərcümə: Şahin Yəhyayev. Bakı: Elm nəşriyyatı, 2022, 296 səh.
  37. Nəsirəddin Tusi. Tozlu lövhənin köməyi ilə hesab toplusu. Tərcümə edənlər: Əmirşah Əmirəhmıdov və Eminağa Məmmədov. Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, 2011, 172 səh.
  38. Rəzəvi, Müdərris. Nəsirəddin Tusinin Həyatı və Əsərləri. Tərcüməçilər: Məsiağa Məhəmmədi və Vidadi Mustafayev. Bakı, Nurlan nəşriyyatı. 2002. 212 səh.
  39. Sədrəddin Şirazi, “Məntiq”, tarixsiz.
  40. Şəhid Sədr, “Üsul elmi (Hələqeyi-Əvvəl)”, tarixsiz.
  41. Seyid A. Ənvar, “Şərhi Əsasul-İqtibas”, Tehran, 1996.
  42. Seyid Əli Xəndan, “Praktiki məntiq”, 2000.
  43. Seyid Əli Xəndan, “Sofizmlər”, 2001.
  44. Suzan Hak, “Məntiqin fəlsəfəsi”, M.Ə.Höccətinin tərcüməsi, 2003.
  45. Ustad M. Ğərəvi və M. Mötəmidi, “Müzəffər məntiqinin şərhi”, 2008.
  46. Ustad M. Ğərəvi, “Müzəffər məntiqinin misalları”, 1986.
  47. Vasim Məmmədəliyev və Ziya Bünyadov. Quranın tərcüməsi. 1991
  48. Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə, ön söz və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.
  49. Xacə Nəsirəddin Tusi. Təcrid əl-məntiq. (Tərcümə, ön söz və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2012, 260 s.