Resept:Paytaxt salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Paytaxt salatı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Tərkibi[redaktə]

  • Kartof-6 əd,
  • yerkökü-2 əd,
  • yumurta-6 əd,
  • duzlu xiyar-5 əd,
  • mal əti-400 q (əzələ hissəsi və yaxud bir toyuğun döş və bud əti),
  • göy noxud-1 banka,
  • şüyüd-100 q,
  • göy soğan-200 q,
  • cəfəri-100 q,
  • mayonez-1 banka
  • xama-1 banka

Hazırlanması[redaktə]

Kartof, yerkökü, mal əti və yumurta bişirilir. Kartof və yerkökünün qabığı təmizlənir. Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır. Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın. Əks halda salat su salar. Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur. Mayonez və ya xamaya bitki yağı əlavə edilir, qarışdırılır.

Süfrəyə verilməsi[redaktə]

Salatı süfrəyə verən zaman ona Mayonez və ya xamaya Final bitki yağı qarışığı qatılıb qarışdırılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpilir. Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.


Xarici keçidlər[redaktə]