Qadağan olunmuş sevgi
Naviqasiyaya keçin
Axtarışa keçin
Bu əsərin müəllifi bilinmir Daha ətraflı məlumat üçün müzakirə səhifəsinə baxın. |
Deyirəm qismətmi yoxsa talemi
Birləşə bilmirik ayrı qalmışıq
Qadağa olunmuş sevgiylə yanıb
Alovlar içində çaşqın qalmışıq
Bilmirik hayana haraya gedək
Hansı sahillərin qonağı olaq
Yanan alovların içində birgə
Çırpınan Xəzərin qonağı olaq?
Deyirik danışıb görüşməyək biz
Bir daha sarılıb öpüşməyək biz
Günahı işləmiş bəndələr kimi
Alovlar içində alışmayaq biz
Səsini duyduqda uçmaq istərəm
Sən olduğun yerə qanad açaraq
Baxmayıb əngələ maneyəyə
Bir tək sənə doğru gəlmək istərəm
Toxunmaq istərəm öpmək istərəm
əlimi boynuna salmaq istərəm
Hər şeyi unudub sənin olaraq
Xəyallar qoynunda uçmaq istərəm.
Tarix:2009
Müəllif: Paradoks