Resept:Qarışıq turşu
Görünüş
(Qarışıq turşu səhifəsindən yönləndirilmişdir)
Qarışıq turşu | |||
---|---|---|---|
Kateqoriya: | Turşular | ||
Porsiya: | 20 | ||
Enerji qiyməti: | 100-80 kkal. | ||
vaxt: | 1 saat | ||
Hazırlanma mürəkkəbliyi: | |||
Lazım olan tərəvəzlər
[redaktə]- 4 kq xiyar,
- 6 kq göy bibər,
- 4 kq göy pomidor,
- 4 kq kök,
- 4 kq 4 yerə bölünmüş kələm,
- 1 dəstə cəfəri.
Hazırlanması
[redaktə]Tərəvəzlər doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.