Məzmuna keç

Resept:Bozbaş

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Qovurma bozbaş səhifəsindən yönləndirilmişdir)

Bozbaş - Azərbaycanın milli yeməyi.

Tərkibi

[redaktə]

1 nəfərlik

150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot

Hazırlanma qaydası

[redaktə]

Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.

Maraqlı faktlar

[redaktə]

2011-ci il 17-22 yanvar tarixlərində Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində keçirilən Beynəxalq Mədəniyyət Festivalı çərçivəsində həftə sonu universitetin yataqxanasında yeməkxanada müxtəlif ölkələrin mətbəxindən yeməklər təqdim olunub. Günün nəticələrinə əsasən ən çox sifariş olunan yeməklərin arasında birinci yeri bozbaş qazanıb.[1]

Mənbə

[redaktə]

İstinadlar

[redaktə]
  1. Rəşad Mehbaliyev: Azərbaycanlı tələbələr Beynəxalq Mədəniyyət Festivalında ölkəmizi təbliğ edib