Resept:Kotlet

Vikikitab, açıq dünya üçün açıq kitablar

Pəhriz kotleti[redaktə]

Tərkibi[redaktə]

  • 600 qr toyuq filesi
  • 300 qr gül kələmi
  • 1 ədəd bolqar bibəri
  • 70-80 qr bərk pendir
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı xama
  • 2 xörək qaşığı un
  • göy soğan
  • cəfəri
  • duz, istiot.

Hazırlanma qaydası[redaktə]

Öncə toyuq filesini kiçik kub şəklində doğrayın, bolqar bibərini də eyni qayda ilə doğrayın. Gül kələmini 5 dəqiqə duzlu suda qanadın, suyunu süzün və xırda doğrayın. Xırda doğranmış göyərtiləri də əlavə edin. Pendiri sürtgəcin iri gözündən keçirin, yumurta, xama, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Qabın qapağını bağlayıb 1 saatlıq soyuducuya qoyun. Soyuducudan çıxartdığınız qiymədən əlinizi isladaraq orta böyüklükdə kotletlər düzəldin. Kotletləri bitki yağında orta odda hər iki tərəfi qızılı rəng olanadək qızardın. Bişən kotletləri balaca qazana üst-üstə yığıb, qapağını bağlayın və 5 dəqiqə dinləndirin. İstənilən qarnirlə və ya tərəvəz salatıyla süfrəyə verə bilərsiniz[1].

Kiyev kotleti[redaktə]

Ərzaqlar[redaktə]

  • toyuğun döş əti — 2 ədəd
  • kərə yağı — 40 qr.
  • sarımsaq, şüyüd, duz
  • yumurta -2 ədəd
  • suxarı qızartma üçün
  • bitki yağı

Hazırlanması[redaktə]

Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.

Kartof kotleti[redaktə]

Tərkibi[redaktə]

  • Kartof — 10 ədəd.
  • Təzə göbələk — 500 q
  • Soğan — 2 ədəd
  • Un — 2 x.q
  • Çörək qırıntıları — 1 x.q
  • Bitki yağı — 2 x.q
  • Duz, istiot

Hazırlanması[redaktə]

Göbələkləri təmizləyin sonra isə xırda doğranmış soğanla birlikdə yaxşıca qızardın. Suda qaynadılmış kartofun qabığını təmizləyin və rəndədən keçirin. Sonda isə bütün məhsulu un əlavə edərək birlikdə yaxşıca qarışdırın. Kotlet halında yumrulayaraq yağda qızardın.  

Gül kələmi kotleti[redaktə]

Tərkibi[redaktə]

  • 500 qr gül kələmi
  • 2 yumurta
  • 3 dolu xörək qaşığı un
  • yarım stəkan süd
  • 1 fal çörək
  • duz
  • istiot
  • qızardılması üçün bitki yağı

Hazırlanması[redaktə]

Gül kələmini kiçik hissələrə ayırıb, duzlu suda yumşalana qədər qaynadırıq. Püre əzən alət ilə əzdiyimiz gül kələminin üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiotu əlavə edib yaxşıca qarışdırırıq. Tavada bitki yağını qızdırıb, hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardırıq.

Noxud kotleti[redaktə]

Tərkibi[redaktə]

  • 1 stəkan qaynamış noxud
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı un
  • 1 ədəd soğan
  • 3 diş sarımsaq
  • cəfəri
  • 1 çay qaşığı soda
  • duz
  • İstiot
  • sarıkök
  • duru yağ

Hazırlanması[redaktə]

Qaynamış noxudu maşından keçirin. Soğan, sarımsağı rəndələyin. Cəfərini xırda doğrayın. Bunların hamısını bir qabın içinə qoyun, duz, istiot, soda, un, sarıkök və yumurtanı əlavə edib yaxşıca yoğurun. Soyuducuda 1 saat saxlayın. Hazırlanan qarışımdan qoz boyda kotletlər hazırlayın və isinmiş duru yağda qızardın[2].

Toyuq kotleti[redaktə]

Toyuq kotletinin hazırlanması üçün əvvəlcə toyuq filesi hazırlanmalıdır:

Toyuq filesinin tərkibi[redaktə]

  • Toyuq filesi - 500 q
  • Çörək - 200 q
  • Süd - 200 q
  • Yumru düyü - 300 q
  • Kərə yağı - 100 q
  • Çerri pomidoru - 2 ədəd
  • Xiyar - 1 ədəd
  • Suxarı
  • Duz

Toyuq filesinin azırlanması[redaktə]

Toyuq filesi iri-iri doğranılır. Çörək süddə isladılır. Çörəyin südü sıxılıb toyuq əti ilə birlikdə ətçəkən maşınından keçirilir.

2. Farşın içinə bir az süd əlavə edilib əllə qarışdırılır.

3. Kotlet formasında düzəldilib suxarıya batırılır. 10-15 dəqiqə soyuducuda saxladıqdan sonra yağ tökülmüş tavada qızardılır.

4. Düyü qaynayan duzlu suda bişirilib süzülür.

5. Bişmiş düyü formayla boşqaba qoyulur, yanına kotletlər düzülür.

6. Çerri pomidoru və fal-fal doğranmış xiyarla bəzək verilir.

Toyuq kotletinin tərkibi[redaktə]

  • 1 ədəd toyuğun döş əti (file)
  • 100 qram pendir
  • Zeytun
  • Duz, istiot

Toyuq kotletinin hazırlanması[redaktə]

Toyuğun döş ətini yuyub, qurulayaraq, uzunsov şəkildə 2-3 hissəyə bölün. Kəsilmiş toyuq dilimlərini bir az döyəcləyəndən sonra üstünə duz və istiot səpin. Pendiri nazik şəklində doğrayın. Zeytunları iki hissəyə bölün. Tavaya yağ töküb, istilədin. Sonra qızdırılmış tavaya toyuq fileni qoyub, üzərinə pendir dilimləri əlavə edərək, zeytunla bəzəyin. Daha sonra kotletləri 25-30 dəqiqə ərzində orta odda bişirin (tava qapaqsız olmalıdır). Bişməyinə 5 dəqiqə qalmış tavanın qapağını örtüb, vam odda bişirməyə davam edin. Süfrəyə verərkən, qarnir kimi ya kartof qızartması, ya da düyüdən istifadə edə bilərsiz[3].

İstinadlar[redaktə]

  1. Pəhriz kotleti
  2. Kotletlər
  3. Toyuq kotleti