Resept:Qızardılmış qızıl balıq
Görünüş
Tərkibi
[redaktə]- Qızıl balıq – 248q,
- Buğda unu – 10q,
- Ərinmiş yağ – 25q,
- Baş soğan və ya göy soğan – 40–50q,
- Narşərab – 5q,
- Cəfəri – 15q,
- İstiot – 0,1q,
- Duz– zövqə görə.
Hazırlanma qaydası
[redaktə]Balıq (qızıl balıq) təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırıcı sobada bişirilir.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üzərinə göyərti səpilir, yanına narşərab qoyulur.