Resept:Qəlyə
Görünüş
| Qəlyə |
|---|
Qəlyə — balqabaqdan hazırlanan xörək növüdür.
Hazırlanması
[redaktə]Balqabaqın qabığı soyulur xırda kublar şəkilində doğranıb qazana tökülür, üstünə əvvəlcədən bişirilmiş lobya, yağda qızardılmış soğan, albuxara, bir qədər su əlavə edib bişirilir. Bişənə yaxın bir qədər şəkər, qoz ləpəsi, sarıkök vurulur. Süfrəyə verilərkən üstünə darçın, sumaq və nar gilələri tökmək olar.