Məzmuna keç

Resept:Surströmminq

Vikikitab, açıq dünya üçün açıq kitablar

Surströmminq (isveçcə mənası: 'turş siyənək'), ən azı XVl əsrdən bəri İsveç mətbəxində ənənəvi sayılan, yüngülcə duzlanmış, fermentasiya olunmuş Baltik dənizi siyənəyidir. Bu, qızardılmış və ya sirkədə saxlanmış (marinadlanmış) siyənəkdən fərqlənir.

İsveç dilində strömming kimi tanınan Baltik siyənəyi Şimal dənizində tapılan Atlantik siyənək balığından kiçikdir.

Ənənəvi olaraq, strömminq Kalmarsund boğazının şimalında Baltik dənizinin duzlu sularında tutulan siyənək kimi müəyyən edilir. Surströmminq üçün istifadə edilən siyənək balığı aprel və may aylarında kürü tökməmişdən qabaq tutulur.

Surströmminq istehsalı zamanı, mayalanmasına icazə verərkən, xam siyənəklərin çürüməsinin qarşısını almaq üçün kifayət qədər duz istifadə olunur. Ən azı altı aylıq fermentasiya prosesi balığa xarakterik güclü qoxu və bir qədər turşulu dad verir.[1] Yeni açılmış surströmminq konservi dünyanın ən iyrənc (çürümüş, qoxumuş) yemək qoxularından birinə malikdir. Onun qoxusu hətta Koreyanın honqeo-hoe, Yaponiyanın kusaya və ya İslandiyanın hakarl, kimi eyni fermentləşdirilmiş balıq yeməklərindən daha güclüdür. Bu xsusiyyət surströmminqi öyrəşilmiş bir dad, yəni hər kəsin bəyənmədiyi, dadına öyrəşmək tələb edən bir qida edir.[2]

1940-cı illərin sonunda İsveçdəki surströmminq istehsalçıları natamam fermentasiya olunmuş balıqların satışının qrşısını ala biləcək kral fərmanı üçün lobbiçilik etdilər (isv. förordning). Verilən fərman avqustun üçüncü cümə axşamına qədər İsveçdə cari ilin istehsalının satışını qadağan etdi. Sərəncam artıq qüvvədə olmasa da, pərakəndə satıcılar hələ də həmin ilin məhsulunun "premyera" (ilk satış) tarixinə riayyət edirlər.[3]

İstinadlar

[redaktə]