Resept:Süd çörəyi

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Süd çörəyi səhifəsindən yönləndirilmişdir)

Tərkibi[redaktə]

  • 2 ədəd çörək üçün
  • 1 paket (2 + ¼ çay qaşığı) quru toz maya
  • 2 stəkan ilıq süd
  • 6 stəkan yarım un
  • 1 stəkan + ¾ stəkan şəkər tozu
  • Bir çimdik duz
  • 1 çay qaşığı sarıkök
  • 1 ədəd yumurta - otaq hərarətində
  • 200 qram kərə yağı- əridib soyudun
  • 1 ədəd yumurta, üstü üçün
  • 1 çay qaşığı xaş-xaş

Bişirilməsi[redaktə]

  • Bir qabda mayanı 1 stəkan süddə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan südü, yumurta və yağı əlavə edib xəmir yoğurum. Əvvəcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.
  • Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.
  • 2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.
  • Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.
  • Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün 1 saatlığına kənara qoyun. Sobanı 190C-dək qızdırın.
  • Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.
  • Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanzn iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.