Sahil (Paradoks)
Bu əsərin müəllifi bilinmir Daha ətraflı məlumat üçün müzakirə səhifəsinə baxın. |
Sahil
Çırpınan ləpələr hər dəfə biri,
Sahil eyni.
Dəyişməyən tək sahil
Yox onuda ləpələr dəyişdi
Onun qumsalı dəyişdi
Amma sahil eyni. Adı eyni.
Ondan soruşan yoxdur ki, səni incitmirik ki?
Bəlkədə, sorsalar sahildə səs edər.
Səs ona çırpınan dalğalardandır.
Bəlkədə, o da hayqırmaq istəyir.
Bəlkədə, o da coşmaq istəyir.
Amma səssiz qalır.
Gəlib gedən qonağını qarşıılayır.
Kim yazdı ona bu taleyi?
Əqidəsindən, dinindən asılı olmayan insanların ayaqları altında.
Çırpınan dalğaların, vurnuxan qayıqların təzyiqi altında.
Görən ondan kimsə soracaqmı?
Sən nə düşünürsən? yorulmusan? Bəlkə etirazın var?
Nə soran var, nə də onun ağrısını bilən.
Dalğa. Yenə gəlir özüylə nələr gətirir?
- sahili dəyişəcək qumcuqlar.
O qumcuqlar ki, sahili istəmədən dəyişəcək.
Dalğa. Yenə gəlir özü ilə nə gətirəcək?
-Ruhsuz bir cəsəd.
Özündə saxlamağı ərk etmədən sahilə tərk edəcək.
Yenədə o sahil.
Yenə ağrını çəkəcək
Ağlayan göz yaşlarını dinməzcə,səsizcə özünə çəkəcək.
Yenə o sahil...
Mənim sevdiyim sahil.
Tarix: 18 mart 2015
Müəllif: Paradoks