Simulyasiya

Vikikitab, açıq dünya üçün açıq kitablar
Jump to navigation Jump to search

Simulyasiya nədir[redaktə]

Simulyasiya- teorik və ya fiziki gerçək olan bir sistemin, kompyuter şəraitində modelləşdirildikdən sonra bu model ilə sistemin işlədilməsi məqsədinə yönələrək, sistemin davranışını anlaya bilmək və müxtəif strategiyaları dəyərləndirmək üçün sınaqların olunması və nəticələrin kompyuter vasitəsi ilə dəyərləndirilməsidir. "Simulyasiya" termini, “oxşar” mənasındaki “similis” kökündən gələn, bir şeyin oxşarını(təqlidini) etmək demək olan və 14-cü yüzillikdən bəri Latın dilində istifadə olunan “simulare” sözündən meydana gəlmişdir. Bu termin ancaq 20-ci yüzillikdə texniki bir məna qazanmışdır. Texniki olan və olmayan mənaları ilə müxtəlif cür işlədilməkdə və yerinə görə hansı mənaya gəldiyi anlaşılmaqdadır. Günümüzdə simulyasiyaya ən sadə nümunı olan istifadə sahəsi sürücülük kurslarıdır. Namizədlər real sürücülük etmədən öncə simulyasiya üzərindən təcrübə qazanırlar.

Simulyasiyanın növləri[redaktə]

Simulyasiyanın dörd növü vardır: Fiziki simulyasiyalar, metod simulyasiyalar, prosessual simulyasiyalar, funksional simulyasiyalar.

  1. Fiziki simulyasiya- kompyuter əsaslı fiziki simulyasiyada bir şagirdin əlverişli şəraitdə öyrənməsi üçün fiziki bir cisim ekranda təsvir olunur. Məsələn: buzların hərəkəti, linza və prizmalar arası işığın hərəkəti və ya elektrik xətləri köməyi ilə enerjinin ötürülməsi.
  2. Metod simulyasiyası- bir hadisə haqqında məlumat verərkən fiziki simulyasiyalar ilə çox oxşardır. Metod simulyasiyası adətən özü tərəfindən öz həllini tapmayan bir hadisə haqqında bir metod və ya ümumi fikir vermək üçün istifadə olunur.
  3. Prossesual simulyasiyalar- əksər prosessual simulyasiyalar obyektiv bir prosedur təşkil edən hadisələrin nəticələrini öyrətməkdir. Nümunə olaraq; performansdaki seyrəkliklər, problemli bir materialın diaqnozu və s.
  4. Funksional simulyasiya- müxtəlif mövqelərdəki insanların davranışları və görüşləri bir nöqtədə birləşməsinə imkan verir.

Nə vaxt istifadə olunur[redaktə]

  1. Əgər sistem sınaq üçün uyğun deyilsə.
  2. Sistem hələ dizayn mərhələsindədirsə.
  3. Sistem / Problem qarışıqdırsa.
  4. Sistemin davranışı təhlil ediləcəksə.
  5. Kompüter mövcud olduqda.

Yaxşı simulyasiya necə olmalıdır[redaktə]

  1. Istifadəçi tərəfindən asanlıqla başa düşülməlidir.
  2. Məqsəd və hədəf yönümlü olmalıdır.
  3. Istifadəçi tərəfindən nəzarət və fəaliyyət göstərilməsi asan olmalıdır.
  4. Tam olmalıdır.
  5. Modifikasiya və yenilənmə üçün model asanlıqla uyğunlaşdırılmalıdır.
  6. Təkamülçü olmalı; yəni sadə şəkildə başlamalı və getdikcə daha mürəkkəb olmalıdır.

Modelləşdirmə prosesi[redaktə]

  1. Sistemin tərifi.
  2. Modelin formalaşdırılması.
  3. Məlumatların yığılması.
  4. Kompüter proqramının formalaşması.
  5. Modelin həqiqi olmasının yoxlanması.
  6. Strateji və Taktiki Planlaşdırma.
  7. Sınaq və həssaslıq təhlili.
  8. Ərizə və sənədləşmə.

Istinadlar[redaktə]

[1] [2] [3]

Həmçinin bax[redaktə]

  1. İSTİQAMƏTLƏNDİRMƏ [[1]]
    1. http://fas-philosophy.rutgers.edu/goldman/Simulation%20Theory.pdf
    2. http://www.simulationaustralasia.com/about/what-is-simulation
    3. https://dictionary.cambridge.org/dictionary/english/simulation